Yanlış təqdim olunan xəbərlər cəmiyyəti necə çaşdırır? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Yanlış təqdim olunan xəbərlər cəmiyyəti necə çaşdırır? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMediada son dövrlər yayılan bəzi xəbərlər informasiya təqdimatında peşəkarlıq və media savadlılığı məsələsini yenidən gündəmə gətirib. Xüsusilə marqarin məhsulları ilə bağlı yayımlanan materiallarda, qablaşdırmada məhsulun növü açıq şəkildə göstərilsə də, bəzi hallarda bu məhsullar "guya kərə yağı adı altında satılır" formasında təqdim olunur və cəmiyyətdə yanlış təsəvvür formalaşdırılır.

Oxşar hallar mobil rabitə sahəsində də müşahidə edilir. Abunəçi mobil internetini aktiv vəziyyətdə saxladığı halda balansından vəsait çıxılması dərhal "mobil operatorun fırıldağı" kimi qələmə verilir, istifadə qaydaları və xidmət şərtləri isə diqqətdən kənarda qalır. Araşdırılmadan yayılan bu cür əsassız şikayətlər ictimai rəydə çaşqınlıq yaradır və media savadlılığı mövzusunu daha da aktuallaşdırır.
Yanlış təqdim olunan xəbərlər cəmiyyəti necə çaşdırır? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, bu cür halların kökündə ilk növbədə media savadlılığının yetərincə formalaşmaması, eyni zamanda bəzi media subyektlərində peşəkar jurnalistika prinsiplərindən uzaqlaşma dayanır. Onun sözlərinə görə, təəssüf ki, bəzən auditoriyanın diqqətini cəlb etmək, daha çox klik toplamaq və sosial şəbəkələrdə yayılmaq naminə informasiyanın mahiyyəti təhrif olunur, emosional və ittihamedici başlıqlardan istifadə edilir: "Halbuki jurnalistikanın əsas prinsipi faktı olduğu kimi təqdim etmək, manipulyasiya etməmək və auditoriyanı yanlış istiqamətə yönəltməməkdir.

Məsələn, hansısa məhsul istehsalçı tərəfindən heç vaxt "kərə yağı" kimi təqdim edilməyibsə, etiketində tərkibi açıq şəkildə göstərilibsə, sonradan bunu "istehlakçı aldadılıb" kimi təqdim etmək obyektiv yanaşma deyil. Yaxud abonent ödəniş etmədiyi üçün xidmət dayandırılıbsa, bunu "şirkət vətəndaşın pulunu yeyir" kimi emosional formada təqdim etmək artıq xəbərçilik yox, manipulyativ informasiya təqdimatıdır. Burada problem yalnız medianın məsuliyyətsiz yanaşması deyil, həm də auditoriyanın informasiyanı tənqidi süzgəcdən keçirmə bacarığının zəif olmasıdır.

Media savadlılığı məhz burada vacib rol oynayır. İnsanlar başlığın emosional tonuna deyil, xəbərin məzmununa, faktlara, qarşı tərəfin mövqeyinə və təqdim olunan sübutlara diqqət yetirməlidir. Çünki bu gün "klik iqtisadiyyatı" adlandırılan modeldə bəzi platformalar informasiya keyfiyyətindən çox diqqət toplamağa fokuslanır. Bu isə həm şirkətlərin reputasiyasına zərər vurur, həm ictimai etimadı sarsıdır, həm də cəmiyyətdə yanlış informasiya dövriyyəsini artırır.

Bu problemin həlli üçün bir neçə istiqamətdə iş aparılmalıdır. İlk növbədə media qurumlarında etik standartlara nəzarət gücləndirilməlidir. Jurnalist yalnız iddia ilə deyil, faktla danışmalıdır. Qarşı tərəfin mövqeyini almadan ittiham xarakterli material təqdim etmək peşəkar yanaşma hesab oluna bilməz. Digər tərəfdən cəmiyyətin media savadlılığı artırılmalıdır ki, insanlar sensasion başlıqla obyektiv xəbəri ayırd edə bilsinlər. Şirkətlər və qurumlar da operativ kommunikasiya qurmalı, dezinformasiyaya çevik reaksiya verməlidirlər. Çünki informasiya mühitində ən təhlükəli məqam yalan xəbərin özü deyil, həqiqət kimi qəbul edilən manipulyativ informasiyadır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 644   Tarix: 13 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zibil qutusunu dolmasını gözləməyin: mütəxəssislərdən xəbərdarlıq

Mətbəxdə zibil torbasını tam dolana qədər saxlamaq gigiyena baxımından düzgün deyil. BİG.AZ xəbər verir ki, xüsusilə qida tullantıları olan zibil torbasını uzun müddət evdə saxlamaq bakteriyaların, pis qoxunun və xırda həşəratların yaranmasına səbəb ola bilər. Mütəxəssislərə görə, adi şəraitdə zibi

13.08.2026 119
.

Ozon təbəqəsini təhdid edən yeni təhlükə - Yanan peyklər

Aşağı Yer orbitində istismar müddəti başa çatan peyklər atmosferə daxil olarkən yanaraq buxarlanır. Lakin yox olduğu düşünülən tonlarla alüminium mikroskopik toz hissəciklərinə çevrilərək atmosferdə asılı qalır. Alimlər bunun iqlim tarazlığını poza biləcəyindən narahatdırlar. Qaynarinfo xəbər verir ki

13.08.2026 113
.

Laçında meteorit yağışı - Video

Laçında meteorit yağışı müşahidə olunub. "Qafqazinfo" xəbər verir ki, meteorit yağışı Laçın sakini tərəfindən bu gecə saat 00:38-də mobil telefonla kameraya çəkilib. Sözügedən görüntüləri təqdim edirik:

13.08.2026 253
.

Qadağan olunmuş heyvanları ovlayanlara ağır cəza - Həbs də mümkündür

"Azərbaycan Respublikasının "Qırmızı kitab"ına daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin mühafizəsi ilə bağlı tələblərin yerinə yetirilməməsinə görə fiziki şəxslər 1 00 manatdan 1 300 manatadək, vəzifəli şəxslər 3 00 manatdan 4 00 manatadək, hüquqi şəxslər is

13.08.2026 210
.

Binəqədidə qanunsuz tikinti narazılıq yaratdı - VİDEO

Binəqədi rayonu, Xocasən qəsəbəsində aparılan qanunsuz tikinti sakinlərin narazılığına səbəb olub. -a bu barədə məlumat verən sakinlər bildirib ki, böyük bir ərazini zəbt edərək aparılan işlər qanunsuzdur. Sakinlər bildirib ki, tikinti ilə bağlı heç bir norma və qaydalar gözlənilmir:. "Heç bir məluma

13.08.2026 154
.

Tətilə gedən bir ailə yox oldu: Cəsədləri belə tapıldı

Türkiyənin Giresun vilayətinin Görele rayonunda güclü yağış ailə faciəsinə səbəb olub. yerli mediaya istinadən xəbər verir ki, Hamzalı kəndinin yüksək ərazilərində yağan leysan nəticəsində Zıva çayının su səviyyəsi qalxıb və daşqın baş verib. Çayın kənarında piknik edən Mehmet və Zekiye Kırca cütlüyü

13.08.2026 205
.

Ağ Evin təmirinə 1 milyardadək pul xərcləyəcəklər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Ev və ətrafındakı tikinti və yenidənqurma layihələrinə ən azı 927 milyon dollar xərcləməyi planlaşdırır. "Qafqazinfo"nun məlumatına görə, layihələrin ümumi dəyərinin böyük hissəsinin ABŞ vətəndaşlarının ödədiyi vergilər hesabına qarşılanacağ

13.08.2026 132
.

Keçmiş arvadından intiqam almaq üçün iki oğlunu yandırdı

Avstraliyanın Tasmaniya ştatında kişi arvadından intiqam almaq üçün iki uşağını diri-diri alova atıb. xarici mediaya istinadla xəbər verir ki, illər öncə baş vermiş qandonduran hadisənin təfərrüatları indi açıqlanıb. Paul Konnelli adlı şəxs ayrıldığı həyat yoldaşından qisas almaq məqsədilə iki oğlun

13.08.2026 184
.

Naxçıvan regional logistika mərkəzinə çevrilə bilər - əsas şərtlər

"Zəngəzur dəhlizinin açılması və Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə daha rahat nəqliyyat bağlantısının təmin olunması regionun iqtisadiyyatında ciddi canlanma yaratmaq üçün real imkanlar yaradır. Lakin bu, avtomatik olaraq baş verməyəcək". Bunu -a açıqlamasında Liberal İqtisadçılar Mərkəzini

13.08.2026 221
.

TOP MP3