Uşaqların cihazlardan istifadəsi onların nitqinə necə təsir edir?

Uşaqların cihazlardan istifadəsi onların nitqinə necə təsir edir?Müasir uşaqlar elə bir dünyada böyüyür ki, ekranlar artıq oyuncaqlar qədər adi bir şeyə çevrilib. Bəs cizgi filmləri gündəlik vərdiş halını aldıqda uşağın nitqində nə baş verir? Gəlin bu məsələni daha ətraflı araşdıraq.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, iki yaşdan kiçik bir çox uşaq gündə təxminən 2 saata yaxın vaxtını ekran qarşısında keçirir. Bu vaxt əsasən video izləmək və ya televiziya ilə məşğul olmaqla keçir. Uzun müddət alimlər sadəcə uşağın söz ehtiyatına baxırdı və belə nəticəyə gəlirdilər ki, ekran qarşısında daha çox vaxt keçirən uşaqların söz ehtiyatı daha az olur.

Tədqiqat necə aparılıb

Alimlər 17-30 aylıq uşaqları olan 388 valideyni araşdırmaya cəlb ediblər. Bu dövr "nitq sıçrayışı" mərhələsi hesab olunur. Valideynlər uşağın nə qədər ekran qarşısında vaxt keçirdiyini qeyd edib, xüsusi dil sorğularını doldurub və uşağın artıq dediyi sözləri işarələyiblər.

Orta hesabla uşaqlar gündə təxminən 110 dəqiqə video izləyib və bu, ən yayılmış rəqəmsal fəaliyyət növü olub. Araşdırma göstərib ki, ekran vaxtı çox olan uşaqlarda söz ehtiyatı sadəcə azalmaqla qalmır, həm də fərqli "söz profili" formalaşır.

Hansı sözlər azalır

Çox video izləyən uşaqlarda bədən üzvlərini bildirən sözlər daha az olur (məsələn: burun, qulaq, ayaq). Bunun səbəbi odur ki, bu sözlər adətən fiziki təmas və real qarşılıqlı əlaqə zamanı öyrənilir.

Hansı sözlər artır

Eyni zamanda bu uşaqlarda aşağıdakı kateqoriyalara aid sözlər daha çox olur:

İnsanlar: ana, ata, nənə, müəllim və s.

Ev əşyaları: divan, mətbəx, televizor və s.

Bunun səbəbi uşağın videoya baxdığı mühitlə bağlı ola bilər məsələn, divanda oturaraq valideynlərlə birlikdə izləmək. Maraqlıdır ki, heyvanlar, qida, oyuncaqlar və nəqliyyat kimi kateqoriyalarda ciddi dəyişiklik müşahidə olunmayıb. Həmçinin forma və materiala aid sözlərdə də fərq qeydə alınmayıb.

Araşdırma göstərir ki, gadgetlərin təsiri "yaxşı" və ya "pis" kimi sadə şəkildə qiymətləndirilə bilməz. Bu, daha mürəkkəb və çoxşaxəli bir prosesdir. Keyfiyyətsiz kontent nitq inkişafını zəiflədə bilər, lakin keyfiyyətli, öyrədici və interaktiv kontent əksinə faydalı ola bilər. Ən vacib amillərdən biri də mühitdir. Əgər uşağın həyatında valideynlərlə canlı ünsiyyət, oyun və qarşılıqlı əlaqə varsa, gadget istifadəsi olsa belə, nitq inkişafı normal davam edə bilər.

Tövsiyələr

Qəti qadağalar əvəzinə daha balanslı yanaşma tövsiyə olunur:

ekran vaxtını məhdudlaşdırmaq

kontentin keyfiyyətinə diqqət yetirmək

maarifləndirici və interaktiv proqramlara üstünlük vermək

gadgetləri canlı ünsiyyətin yerinə qoymamaq

Ən əsası isə ideal axtarmaq lazım deyil. Bəzən bir neçə dəqiqəlik cizgi filmi valideynlərə istirahət imkanı verir və bu enerji sonradan uşağa daha çox diqqət və qayğı kimi geri qayıdır. Qeyd etmək lazımdır ki, bu tədqiqat valideynlərin verdiyi məlumatlara əsaslanır və tam səbəb-nəticə əlaqəsini sübut etmir. Buna görə də elm bu sahədə araşdırmalarını davam etdirir.

Ekranlar artıq uşaqlığın bir hissəsinə çevrilib və bunu görməzdən gəlmək mümkün deyil. Amma qorxu yerinə şüurlu yanaşma seçmək daha doğrudur. Gadgetlər inkişafı avtomatik şəkildə pozmur sadəcə onun istiqamətini dəyişir. Bu istiqamətin necə olacağını isə valideynlər müəyyən edir. Uşağın nitqi yalnız ekranlardan deyil, həm də ünsiyyətdən, oyundan və canlı münasibətlərdən formalaşır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 528   Tarix: 08 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.