Azərbaycan toylarında DƏYİŞİKLİK

Azərbaycan toylarında DƏYİŞİKLİKKlarnet ifaçısı Hüseyn Məhəmmədoğlu artıq toylarda bəy və gəlinin "Vağzalı" istəmədiyini deyib. O, muğam ifaçılarının da buna şərait yaratdığını bildirib.

"Artıq neçə toydur "Vağzalı" ifa etmirik. Müəyyən mahnılar seçilir. Muğam ifaçılarının ifasında xarici, mənşəyi bilinməyən mahnılar - bəy və gəlin bununla içəri daxil olur. Amma "Vağzalı"nı unutmaq olmaz. Bir vaxtlar muğam da belə idi. Birinci xanım Mehriban Əliyeva muğamı yenidən ayağa qaldırdı və dünyaya tanıtdı", - sənətçi qeyd edib.

Onun sözlərinə görə, muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar. "Gözəl oxuyurlar, ifalar qəşəngdir. Amma "Vağzalı"nın yeri başqadır. Çox xahiş edirəm, heç olmasa toyda əvvəldə 15 dəqiqə "Vağzalı" çalınsın", - klarnet ifaçısı əlavə edib.

Belə bir tendensiya kütləviləşə bilərmi? Bəs adət-ənənəmiz necə olsun?

Pravda.az xəbər verir ki, məsələ ilə bağlı Əməkdar artist, muğam ifaçısı Elnarə Abdullayeva Musavat.com-a danışıb. İfaçı səslənən fikirlərə bu cür münasibət bildirib: "Bu haqda ilk dəfədir eşidirəm. Şəxsən mənim iştirak etdiyim toylarda "Vağzalı" səslənir. Digər toylarda hansı musiqilərin ifa olunduğu barədə isə dəqiq fikir söyləyə bilmərəm. İstər "Vağzalı" ilə, istərsə də xarici musiqi ilə bağlı kiminsə seçiminə qarışmaq mənim haqqım deyil. Əsas odur ki, insanlar xoşbəxt olsunlar. Hər kəs özü qərar verir ki, toya hansı musiqi ilə daxil olub, hansı musiqi ilə yola salınacaq. Bu, tamamilə şəxsi seçimdir və kənardan müdaxilə doğru deyil. Guya mən fərd olaraq desəm ki, belə olmaz, bu dəyişəcəkmi? Əlbəttə ki, yox.

O ki qaldı muğam ifaçılarının toylarda xarici musiqi ifa etməsinə, açığı, mən buna rast gəlməmişəm. Əgər belə hallar varsa da, bu da hər kəsin öz seçimidir. Mən özüm də xarici musiqilər ifa edirəm, məsələn, fransız mahnısı oxumuşam, amma bunu bəy və gəlinin toya daxil olduğu an üçün etməmişəm. Əgər konkret olaraq hansısa muğam ifaçısından söhbət gedirsə, onun adı məlumdursa, qeyd oluna bilər. Ümumiyyətlə, muğam ifaçıları xarici musiqiyə müraciət edirsə, bu, müəyyən mənada inkişafın göstəricisi kimi də qiymətləndirilə bilər. Bunun nəyi pisdir ki? Əsas odur ki, bu proses milli dəyərlərimizə zidd getməsin. Allah bu inkişafı əlimizdən almasın. Hər şey öz axarında və gözəl olanda daha dəyərlidir".

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə qeyd edib ki, Azərbaycan toyu milli mədəniyyətimizin və xalqımızın canlı bir təsisatıdır və hər zaman yeniliyə açıq olub: "Vaxtilə, ötən əsrin 60-cı illərində Azərbaycan toylarında gedən islahatları qəbul etmək istəməsək də, məhz həmin dəyişikliklər bugünkü toy formatını bizə bəxş edib. Yəni əvvəllər qadın və kişi toyları, qız və oğlan məclisləri ayrı-ayrı keçirilirdi. Sonradan isə bu sistemdə dəyişikliklər baş verdi. Hətta bir dövr olub ki, mağar toyundan qadın toyuna kişilər, kişi toyuna isə qadınlar daxil ola bilmirdi və bu da müəyyən mənada narazılıqlara, hətta mübahisələrə səbəb olurdu.

Son illərdə isə mağar toyları demək olar ki, sıradan çıxıb və toy mərasimlərinin böyük əksəriyyəti bir məclisdə keçirilir. Əvvəllər qadın və kişi toyları ayrı-ayrı olsa da, indi onlar birləşdirilib və biz şadlıq saraylarında, restoranlarda xınayaxdı, paltar kəsdi, qız və oğlan toylarının birləşdirilmiş forması olan hibrid milli toy modelinin şahidi oluruq. Bəzən isə toy anlayışı daha geniş məna kəsb edərək böyük məclislər, xüsusi şadlıq formatları şəklində təşkil olunur. Məncə, bu yanaşma daha uyğundur. Çünki Bakı paytaxt olaraq Azərbaycanın əhalisinin demək olar yarısını özündə birləşdirir. Əhalinin böyük bir hissəsi Abşeron yarımadasında, xüsusilə Bakı şəhərində yaşayır. Əgər hər kəs ayrıca çadır və ya mağar toyları keçirsə, yaxud mərasimləri ayrı-ayrılıqda təşkil etsə, bu, ciddi xaos yarada bilər".

Ekspert qeyd edib ki, hazırda daha çox hibrid və maraqlı toy formaları müşahidə olunur: "Hətta toy edənlər mərasimi canlı yayımlayaraq xaricdə yaşayan və toya gələ bilməyən yaxınlarının da bu sevincə şərik olmasını təmin edirlər. Qaldı ki, toyda səslənən musiqi məsələsinə, əvvəllər biz toyları həm musiqi, həm də süfrə ilə bağlı həddindən artıq israfçılığa görə tez-tez tənqid edirdik. Amma unuduruq ki, insan həyatında toy adətən bir dəfə olur və azərbaycanlı olaraq biz qonaqpərvərliyi, süfrə bolluğunu sevirik. Öz toyumuzda bunu nümayiş etdirmək üçün müəyyən xərclərə getmək təbiidir, əlbəttə ki, həddi aşmamaq şərtilə.

İndi isə diqqət daha çox toy musiqisinə yönəlib. Halbuki toy havaları və rəqslər Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Hətta demək olar ki, milli musiqi və incəsənət məhz toy mühitində daha da inkişaf edib. Toy həm də bir növ kreativ biznes sahəsidir - burada qonorar var, insanlar həm əylənir, həm də qazanc əldə edirlər. Bu səbəbdən toy musiqisi sabit qalmır, daim dəyişir, yenilənir və müəyyən islahatlar keçir.

Bəli, bizim qulağımız və zövqümüz "Vağzalı" musiqisinə çox öyrəşib, amma bu, yeganə dominant musiqi deyil. Əgər biz bütün toylarda eyni ssenarini, eyni musiqini görmək istəmiriksə, "Vağzalı"nın səslənməməsini, yaxud bəy və gəlinin başqa musiqi ilə məclisə daxil olmasını bu qədər problemə çevirməməli, ictimai polemikaya çıxarmamalıyıq. İnsanlar müxtəlif düşüncələrə malikdir. Bu gün bir çox hallarda insanlar yalnız öz millətindən olan şəxslərlə deyil, multikultural ailələr qurur, fərqli xalqların nümayəndələri ilə evlənirlər. Azərbaycanlı qız və ya oğlan xarici, hətta din baxımından fərqli olan bir şəxslə ailə qura bilər. Belə hallarda onlardan mütləq şəkildə "Vağzalı" sədaları altında məclisə daxil olmağı tələb etmək doğru olmaz. Əlbəttə, "Vağzalı" olsa, bu, daha milli və doğma görünər, amma onun olmaması da faciə deyil. Başqa musiqi sədaları altında da bəy və gəlin məclisə daxil ola bilər.

Son vaxtlar isə mahnılar və rəqslərlə zənginləşdirilmiş, daha çox teatrlaşdırılmış toylar müşahidə olunur. Xüsusi təşkilatçılar tərəfindən ssenariləşdirilmiş toylar dəbə minib. Bu tip məclislərdə bəzən görürük ki, ssenariyə uyğun olaraq bəy və gəlin Azərbaycan himninin sədaları altında və ya "Koroğlu" uvertürası ilə məclisə daxil olur. Elə toylar da var ki, şəhid ailələri və qazilərlə bağlı olur və belə hallarda təntənəli "Vağzalı" əvəzinə, daha çox döyüş ruhlu və ya kədərli musiqilər səsləndirilir".

Aydın Xan Əbilov sonda vurğulayıb ki, insanların şəxsi seçimlərinə müdaxilə etmək, "niyə məhz Vağzalı deyil" sualı ətrafında böyük müzakirələr açmaq o qədər də doğru deyil: "Hər kəs öz zövqünə, dünyagörüşünə və həyat tərzinə uyğun seçim edir və bu seçimlərə hörmətlə yanaşmaq daha düzgün yanaşma olardı".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 867   Tarix: 03 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Təhlükəsizlik Şurasının katibini dəyişdi

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş parlament sədri Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Paşinyanın fərmanında "Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilsin. Alen Simonyan Ermənistan Təhlükəsizli

11:40 163
.

Gürcüstanın Baş naziri 1783-cü il müqaviləsinin əhəmiyyətindən danışdı

1783-cü il Georgiyevsk müqaviləsi Gürcüstan dövlətinin qorunmasında həlledici rol oynayıb. xəbər verir ki, Minval Telegram kanalının məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib. Kobaxidzenin sözlərinə görə, II Erekle Georgiyevsk müqaviləsini imzalayarkən bu sənəd Gürcüsta

11:10 168
.

Kəlbəcərdə mina partlayıb - Xəsarət alan var

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlayışı baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın Mətbuat Xidmətləri məlumat yayıb. Məlumata görə, 1953-cü il təvəllüdlü Tərtər rayonunum Qaynaq kənd sakini Süleymanov Kamran Şükü

13.08.2026 243
.

Afaq bu dəfə Yunanıstana getdi - Fotolar

Aparıcı Afaq Gəncəli yay tətilinə yollanıb. Axşam.az xəbər verir ki, aparıcı bu dəfə Yunanıstanı seçib. Afaq Mikonos adasında istirahət edir. O, gəzinti zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb. Aparıcı paylaşımına "Geyimi dəyərli edən onun sahib olduğu rəngdir" sözlərin

14:10 205
.

IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı (SİYAHI)

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin IV ixtisas qrupunda dövlət sifarişi əsasında 3629 plan yeri ayrılıb. -ın Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 4-cü nömrəsindən əldə etdiyi məlumata görə, ən çox dövlət sifarişli yer tibb ixtisasına ayrılıb. Bu ixtisas üzr

10:16 194
.

"Polşanın sərhədləri Rusiyanın səxavətinin nəticəsidir" - Konstantinov

Krım parlamentinin rəhbəri Vladimir Konstantinov Polşa hakimiyyətinə sərhədlərinin hazırkı konfiqurasiyasını kimə borclu olduğunu xatırlamağı tövsiyə edib. xəbər verir ki, Konstantinov bu barədə RİA Novosti-yə açıqlamasında Polşa Prezidenti Karol Navrotskinin Ukraynaya "moskvalıları məğlub etmək"d

10:52 149
.

Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - Video

Xalq artisti Röya Ayxan bu dəfə həmkarı, Xalq artisti Aygün Kazımovanın repertuarına müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müğənni Aygün Kazımovanın 37 il əvvəl oxuduğu "Uzaqlıq" mahnısını ifa edərək ona klip çəkdirib. Qeyd edək ki, mahnının musiqisi Eldar Mansurov, sözlər

14:27 178
.

Sabah güclü külək olacaq - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 15-i Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Mingəçevir, Cəlilabad

17:30 1
.

ABŞ-dan Ukrayna ilə bağlı diqqətçəkən hesabat

Ukraynada ciddi hərbi personal və texnika çatışmazlığı yaşanır. Bu vəziyyət ölkənin hərbi əməliyyatlar aparmaq qabiliyyətinə təsir göstərir. xəbər verir ki, bu barədə Pentaqonun Baş Müfəttişliyi, ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən ABŞ Müdafiə Kəşfiyyat Agentliyini

11:46 158
.

TOP MP3