"Ukrayna Tramp-Putin danışıqlarına əhəmiyyət vermir" - "Heç bir konkret nəticə yoxdur"

"Ukrayna Tramp-Putin danışıqlarına əhəmiyyət vermir" - "Heç bir konkret nəticə yoxdur"Rəsmi Kiyev ABŞ Prezidenti Donald Trampla Vladimir Putin arasında telefon danışıqlarına əvvəlki qədər diqqət yetirmir.

"AzPolitika" xəbər verir ki, bu barədə məlumat verən "The New York Times" qəzetinin yazdığına görə, 2025-ci ildə bu cür təmaslar Ukrayna üçün potensial təhlükə sayılsa da, indi artıq laqeydliklə qarşılanır.

Son Putin-Tramp telefon söhbətindən sonra Prezident Volodimir Zelenski sadəcə əməkdaşlarına onun məzmunu ilə bağlı araşdırma aparmaq göstərişi verib. Əvvəlki kimi Vaşinqtonla ayrıca danışıqlara və ya müttəfiqlərlə məsləhətləşmələrə başlamayıb. Əvvəllər bu cür addımlar Kiyevin iştirakı olmadan ABŞ və Rusiya arasında təmaslardan sonra standart təcrübə idi.

Yanaşmanın dəyişməsinin səbəbi nəticənin olmamasıdır. Bir ildən çoxdur ki, Trampla Putin arasında on bir söhbət olub, lakin bunların heç biri sülhü yaxınlaşdırmayıb.

Ukrayna parlamentinin Xarici İşlər Komitəsinin sədri Aleksandr Merejka bununla bağlı açıq şəkildə deyib: "Artıq bu cür zənglərə o qədər də əhəmiyyət vermirik, çünki onlar heç bir konkret nəticə vermir."

ABŞ seçkilərindən sonra ukraynalılar ümidlərini Trampın iştirakı ilə müharibənin tez bir zamanda başa çatmasına bağlasalar da, indi əksəriyyət artıq bu cür əlaqələrin effektiv olacağına inanmır. Kiyevdə liderlər arasında təkrarlanan zəng xəbərləri getdikcə cəbhədəki vəziyyətə heç bir təsir göstərməyən adi bir rəsmiyyət kimi qəbul edilir.

Buna baxmayaraq, Ukrayna əsas tərəfdaş kimi ABŞ-ni gözardı edə bilməz. Kiyev Vaşinqtonla işgüzar münasibətləri saxlayır və qısamüddətli atəşkəs də daxil olmaqla müəyyən diplomatik təşəbbüsləri dəstəkləyə bilər. Eyni zamanda, hökumət vurğulayır ki, bu cür addımlar real irəliləyişlərə inamdan daha çox siyasi məqsədlərə xidmət edir.

Məqalədə deyilənlərin doğru olduğunu göstərən daha bir əlamət budur ki, Tramp və Putin arasındakı son söhbətdən cəmi bir neçə saat sonra Ukrayna qüvvələri Rusiya ərazisindəki neft obyektlərinə PUA zərbələri endirdi…


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 730   Tarix: 01 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

02.10.2026 188
.

Putin nəvələrinin gələcək peşəsini - Açıqladı

Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider

02.10.2026 132
.

Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı

"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət

02.10.2026 311
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

02.10.2026 159
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 127
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

02.10.2026 246
.

Dünya Bankı Azərbaycan iqtisadiyyatının makroiqtisadi dayanıqlığını qiymətləndirib

Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitliyin yüksək səviyyəsini qoruyub saxlayır, həmçinin ÜDM-in artım tempi hələ də mülayim olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən CAMCA-2026 Regional Forumund

02.10.2026 154
.

Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı

Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy

02.10.2026 194
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

02.10.2026 296
.