"Bayou Villas Delice Peninsula" 2026-cı il yay mövsümünü açır

"Bayou Villas Delice Peninsula" 2026-cı il yay mövsümünü açırDidimdə yerləşən "Bayou Villas Delice Peninsula" yenilənmiş xidmətləri və villa qonaqları üçün nəzərdə tutulmuş yeni imtiyazları ilə 2026-cı il mövsümünə start verir.

​Bu mövsüm məkanlar və xidmətlər daha fərdi (privat) xarakter alıb. "Fish Camp" restoranı artıq yalnız villa qonaqları üçün açıqdır; səhər yeməyi və nahar vaxtı xidmət göstərən restoran, sakit ritmi ilə qapalı klub atmosferi yaradır. Çimərlik kabanaları isə villa qonaqlarına ödənişsiz təqdim olunur ki, bu da dəniz kənarındakı istirahəti daha izolyasiya olunmuş və rahat edir.

​Qonaqların qarşılanması bir qədəh "Moët & Chandon" şampanı ilə başlayır - bu jest istirahətin elə ilk dəqiqələrindən xoş əhval-ruhiyyə yaradır. İstəyə bağlı olaraq təqdim edilən "batler" (fərdi köməkçi) xidməti isə istirahəti qonaqların şəxsi seçimlərinə uyğun təşkil etməyə imkan verir.

​"Anda Barut Collection"ın "ultra hər şey daxil" (ultra all-inclusive) konsepsiyası "à la carte" restoranlara üstünlük hüquqlu giriş, "villa dining" xidmətləri və kurortun bütün infrastrukturundan yararlanmaq imkanı ilə tamamlanır. Bununla belə, əsas diqqət fərdi yanaşma və məxfiliyə yönəldilib.

​Yeni mövsümdə "Bayou Villas Delice Peninsula" daha butik və sakit istirahət atmosferi təklif edir. Burada detallara verilən önəm və eksklüziv xidmətlər qonaqlar üçün konfortlu və dinc bir məkan yaradır.

​"Bayou Villas" - "Barut Hotels" otel şirkətinin Lara (Antalya) və Egey bölgəsindəki Delice yarımadasında daha fərdi və eksklüziv istirahət üçün yaradılmış premium villa seqmentidir. Geniş interyerlər, şəxsi bağçalar və fərdi hovuzlar təbiət qoynunda təklik hissi bəxş edir. Müasir memarlıq, zərif dizayn, panoramik pəncərələr və diqqətlə seçilmiş sənət obyektləri estetika və rahatlıq arasında balans yaradır. Bir, iki, üç və ya dörd yataq otağı olan villalar, həmçinin premium xidmətlərə çıxış imkanı "Barut Hotels"in təcrübəsini əks etdirir və fərdi istirahət formatı yaratmağa imkan verir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 621   Tarix: 01 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

02.10.2026 188
.

Putin nəvələrinin gələcək peşəsini - Açıqladı

Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider

02.10.2026 132
.

Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı

"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət

02.10.2026 311
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

02.10.2026 159
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 127
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

02.10.2026 246
.

Dünya Bankı Azərbaycan iqtisadiyyatının makroiqtisadi dayanıqlığını qiymətləndirib

Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitliyin yüksək səviyyəsini qoruyub saxlayır, həmçinin ÜDM-in artım tempi hələ də mülayim olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən CAMCA-2026 Regional Forumund

02.10.2026 154
.

Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı

Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy

02.10.2026 194
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

02.10.2026 296
.