Uşaqlar niyə "olmaz" deyilən şeyi daha çox etmək istəyir? - PSİXOLOQDAN AÇIQLAMA
Valideynlərin tez-tez qarşılaşdığı vəziyyətlərdən biri də budur: uşağa "olmaz" deyildikdə, o, sanki məhz həmin davranışı etmək üçün daha da israr edir. Bu hal xüsusilə erkən yaş dövrlərində daha qabarıq görünür və bir çox valideynlərdə çaşqınlıq yaradır - qadağa qoyduqca niyə nəticə əksinə olur?
Bu davranış uşağın təbii marağı, sərhədləri yoxlama istəyi və müstəqillik hissinin formalaşması ilə bağlıdır. Bəs belə hallarda valideynlər necə davranmalıdır ki, həm qaydaları qoruyub saxlasın, həm də uşağın daha çox müqavimət göstərməsinin qarşısını alsın? Bu sual müasir valideynlik yanaşmalarında ən çox müzakirə olunan mövzulardan biridir.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, uşaqlarda qadağa tonlu informasiyalar fərqli çalışır. Etmə deyəndə, beyində ilk canlanan şey məhz onu etmək olur. Bu halda valideyn necə davranmalıdır? Onun sözlərinə görə, daha təsirli yollardan biri, nəyi etməməli olduğunu deyil, nəyi etməli olduğunu deməkdir: "Misal olaraq: "Oyuncaqları atma" əvəzinə, oyuncaqları yerə qoy, onları yığ demək əvəzinə, səliqəyə sal, qaçma əvəzinə, yanımda yavaş get" kimi cümlələrlə əvəz etmək lazımdır. Əmiranə, tonla deyilən sözlərdə, səsdəki aqressiv vibrasiyanı uşaqlar sevmədikləri üçün, onlara etməməli olduğu şeylərdə seçim və daha sakit səs tonu istifadə etmək lazım gəlir. Bu üsul uşağa aydın istiqamət verir. O, sadəcə qadağa eşitmir, nə etməli olduğunu anlayır.
Həm də qısa və konkret cümlələr daha yaxşı işləyir. Səs tonu da vacibdir: sakit, amma qətiyyətli. Bəzi valideynlər deyir ki, mənim uşağıma qışqırmasan başa düşmür. Məsələ ondadır ki, uşaq qışqırığı daha yaxşı başa düşdüyü üçün yox, ondan qorxduğu və ya qəfil səsə reaksiya verdiyi üçün dayanır. Qışqırıq qısa müddətdə işləyə bilər.Uşaq ya buna öyrəşir, ya da daim gərgin olur. Bir müddət sonra isə yalnız səs yüksələndə dinləməyə başlayır. Sakit danışmaq yumşaqlıq deyil. Göz təması quraraq, uşağa yaxınlaşmaq, qısa və aydın danışmaq - "oyuncağı yerə qoy ". Dinləmədiyi təqdirdə şərt qoymaq - "əgər etməsən bir müddət oyuncağın olmayacaq".
Uşağın valideyni eşitməməsi inadkarlıqdan deyil, özünü idarə etmə bacarığının hələ inkişaf etməməsidir. Yəni məqsəd uşağı qışqırıqla idarə etmək deyil, ona sərhədləri ardıcıl şəkildə öyrətməkdir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 604 Tarix: 01 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGüclü külək əsir - Bəzi yerlərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz
02.10.2026 188 Putin nəvələrinin gələcək peşəsini - Açıqladı
Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider
02.10.2026 132 Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət
02.10.2026 311 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 159 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 127 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
02.10.2026 246 Dünya Bankı Azərbaycan iqtisadiyyatının makroiqtisadi dayanıqlığını qiymətləndirib
Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitliyin yüksək səviyyəsini qoruyub saxlayır, həmçinin ÜDM-in artım tempi hələ də mülayim olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən CAMCA-2026 Regional Forumund
02.10.2026 154 Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı
Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy
02.10.2026 194 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs
02.10.2026 296