Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizə olan beynəlxalq etimadı daha da möhkəmləndirir

Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizə olan beynəlxalq etimadı daha da möhkəmləndirirAprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Çex Respublikasının Baş naziri Andrey Babiş arasında keçirilən görüşlər, aparılan müzakirələr və mətbuata verilən birgə bəyanatlar ölkəmizin müstəqil, balanslı və çoxvektorlu xarici siyasət kursunun növbəti dəfə yüksək səviyyədə nümayişi kimi qiymətləndirilməlidir.
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliyin artdığı, qütblərarası ziddiyyətlərin dərinləşdiyi bir dövrdə Azərbaycanın sərgilədiyi müstəqil mövqe xüsusi diqqət çəkir. Rəsmi Bakı heç bir siyasi blokun təsiri altına düşmədən milli maraqlara əsaslanan praqmatik siyasət həyata keçirir və bu yanaşma ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul olunmasını şərtləndirir.
Bu əlaqələr yalnız diplomatik münasibətlərlə məhdudlaşmayaraq, strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Ötən illər ərzində qarşılıqlı səfərlər, yüksəksəviyyəli təmaslar və imzalanmış sənədlər bu əməkdaşlığın institusional əsaslarını daha da gücləndirib.
Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi səfəri ölkəmizə Avropada olan diqqət və marağın növbəti təzahürü kimi dəyərləndirilməlidir. İlk növbədə iki ölkə arasında iqtisadi əlaqələrə nəzər salsaq görərik ki, keçən il 814,73 milyon ABŞ dollarına çatan ticarət dövriyyəsi bu əlaqələrin dinamik inkişafını göstərir. Çexiya Azərbaycanın 6-cı ən böyük ixrac tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqı daxilində 4-cü yerdə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropa bazarındakı mövqeyinin gücləndiyini nümayiş etdirir.
Ölkələrimizin energetika sahəsində əməkdaşlığı isə xüsusi önəm daşıyır. Azərbaycan Çexiyaya xam neft ixrac edir və 2025-ci ildə bu ölkə İtaliyadan sonra ikinci ən böyük idxalçı olub. Bununla yanaşı, Çexiya tərəfi bərpaolunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıqda maraqlıdır. Bu isə münasibətlərin ənənəvi enerji modelindən daha innovativ istiqamətlərə keçdiyini göstərir.
Aprelin 27-də Qəbələdə Prezident İlham Əliyevin Çexiyanın Baş naziri Andrey Babişlə görüşlərindən sonra ölkə başçısı mətbuata bəyanatında söyləyib ki, " bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq".
Bildirilib ki, iki ölkə arasında əməkdaşlığın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Azərbaycan və Çexiya çox etibarlı tərəfdaşlardır. Dövlətimizin başçısı deyib ki, Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur.
Bu gün Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir.
Hazırda Azərbaycan Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alır və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Bu sahənin də çox genişmiqyaslı olacağına əminliyini bildirən dövlətimizin başçısı qeyd edib: "Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır".
Çexiya Baş nazirinin Azərbaycana səfəri bir daha göstərir ki, Azərbaycan artıq regional deyil, daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul olunur, ölkəmizin beynəlxalq sistemdə rolunun gücləndiyini təsdiqləyir.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 762   Tarix: 28 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Güclü külək əsir - Bəzi yerlərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz

02.10.2026 210
.

Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək

Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı

02.10.2026 212
.

Rusiya Ukraynada rekord itkilər verir: Ordu geri çəkilir?

Rusiya ordusu 2026-cı ilin sentyabrında ən ağır itkilərindən birini verib. Ukrayna hərbçilərinin məlumatına görə, ay ərzində 46 230 rusiyalı hərbçi öldürülüb və ya yaralanıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu göstərici iyundan etibarən Rusiyanın aylıq itkilərinin təxminən 40 min nəfə

02.10.2026 213
.

Onlar İdarə Heyətindən çıxarıldı

Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib. "Qafqazinfo" xəbər verir ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşir, Ramin Məmmədov, Rövşən Bayramov YAP İdarə Heyətinin üzvləri siyahısından çıxarılıb

02.10.2026 222
.

Endrik "Real Madrid"i bu kluba dəyişə bilər

İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ

02.10.2026 198
.

"Hərənin arxasında, böyük bir dayı var"

"Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kim

02.10.2026 280
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

02.10.2026 289
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

02.10.2026 282
.

Dünyanın ən uzun küçəsi: uzunluğu nə qədərdir, harada yerləşir?

Düşünürsünüz ki, dünyanın ən uzun küçəsi Torontodakı Yonge Street-dir? Onun uzunluğunun 1896 kilometr olduğu illərlə dərsliklərdə yazılıb. Lakin 199-cu ildə Ginnesin Rekordlar Kitabı bu titulu ləğv edib. Hazırda rəsmi rekord başqa bir yola məxsusdur. xarici mediaya istinadən sözügedən yolla bağlı məlumatlar

02.10.2026 217
.