"Onun ölümündə mənim təqsirim yoxdur" - Dr. Sənan Mehdiyev bəraət istəyir

"Onun ölümündə mənim təqsirim yoxdur" - Dr. Sənan Mehdiyev bəraət istəyirÖtən il xəstəsi Nəzrin Mansurlunun ölümündə təqsirli bilinərək həbs olunmuş, Amnistiya aktı ilə azadlığa çıxmış həkim Sənan Mehdiyev müsahibə verib.

"Qafqazinfo" həmin müsahibəni təqdim edir.

- Bir həkim olaraq, tibbi ağırlaşmaya görə həbs cəzası gözləyirdinizmi?

-Öncə Nəzrin Mansurluya Allahdan rəhmət diləyirəm. Heç bir həkim pasiyentinə zərər dəyməsini arzu etməz. Həkim üçün xəstəsini itirmək, yaxınını itirmək qədər üzücüdür!

Sualınıza gəlincə isə, Nəzrin xanımın ölümü qəsdən deyil, tibbi ağırlaşma səbəbindən baş verib. Dünyanın heç bir yerində ehtiyatsızlıqla baş verən həkim işlərində həbs cəzası olmur.

- Əməliyyatdan sonra nə baş verdi?

-Əməliyyat uğurla başa çatdı və biz pasiyenti 1 gün sonra sağ-salamat evə yazdıq. Paylaşdığım video görüntülərdə də bu öz təsdiqini tapır. İki gün sonra Nəzrin xanımın yaxınları zəng edib bildirdilər ki, onda baş ağrısı, halsızlıq və ürəkbulanma var. Rinoplastika əməliyyatından sonra xəstələrdə belə şikayətlər tez-tez olur. Mən də öz məsləhətlərimi verdim. Lakin mənə demədən Nəzrin xanıma ev şəraitində müxtəlif sistemlər köçürülüb. Sonra isə yenə də mənim xəbərim olmadan başqa bir xəstəxanaya aparıblar. Aparılan bütün bu tibbi müdaxilələrdən sonra halı daha da pisləşib.

- Nəzrin xanımın digər xəstəxanaya ağır koma vəziyyətində aparıldığı deyilir.

-Bu da yalan məlumatdır. Nəzrin xanım huşsuz, koma vəziyyətində olmayıb. Xəstəxanaya daxil olduğu videolarda bu öz əksini tapıb. Həmin videolar istintaqda təqdim olunub.

-Mətbuatda xəstə ilə maraqlanmadığınız, zənglərinə cavab vermədiyiniz yazıldı.

-Bu, doğru məlumat deyil. Xəstə yaxınları ilə dəfələrlə telefon danışığımız olub və bunu isbat edən istintaq materialları - mobil operatordan çıxarışlar da var. Ümumiyyətlə məni məsuliyyətsiz həkim kimi göstərmək üçün müxtəlif yalan məlumatlar dərc olundu. Hətta elə təsəvvür yaratmışdılar ki, guya mən saxta həkiməm. Halbuki, Azərbaycan Tibb Universitetini bitirmiş, dünyanın bir sıra ölkəsində ixtisaslaşmış, yüksək balla dəfələrlə dövlət sertifikasiya imtahanından keçmiş cərraham. 25 illik peşəkar həkim fəaliyyətim və 20 mindən çox icra etdiyim müxtəlif əməliyyatlar var. 10 ildən çox Respublika Klinik Xəstəxanasının LOR şöbəsinin həkimi olmuşam.

- Özünüzü Nəzrin Mansurlunun ölümündə təqsirli bilmirsiniz?

-Xeyr! İstintaqda göstərilib ki, Nəzrin xanımın əməliyyat zamanı guya kəllə sümüyünü sındıraraq beynin zədələnməsinə və infeksiyalaşmasına səbəb olmuşam. Halbuki, xəstənin kompüter tomoqrafiyasında (KT) heç bir sınıq izlənilməyib. Hətta KT nəticəsini 4 fərqli həkim təhlil edərək eyni rəyi bildirdilər. Həkim işində son sözü tibbi ekspertlər deyir. Tibbi ekspertlər şahid qismində məhkəməyə dəvət olundu və məhkəmə zalında da birmənalı dedilər ki, kəllə sümüyündə heç bir sınıq yoxdur, baş vermiş hal tibbi ağırlaşmadır ki, heç bir həkim bundan sığortalanmayıb. Təəssüf ki, tibbi ekspertlərin rəyi nəzərə alınmadı.

- Amnistiya aktına əsasən azadlığa buraxıldınız.

-Bəli, buna görə cənab İlham Əliyevə təşəkkür edirəm və onun bu humanist addımını yüksək qiymətləndirirəm!

- Yaxın günlərdə ölkə başçısına müraciət etdiniz.

-Məcbur qalaraq, cənab İlham Əliyevə həm öz məsələm, həm də həkim həmkarlarımla bağlı video müraciət etməli oldum. Çünki həkimlərə qarşı haqsız olaraq qərəzli bir kampaniya aparılır. Bu, yolverilməzdir. Hər tibbi ağırlaşmaya görə həkim həbs olunsa, ölkədə həkim qalmayacaq. Bu gedişlə həkimlər ağır xəstələrdən imtina edəcək. Dünyanın heç bir yerində həkim tibbi ağırlaşmaya görə həbs edilmir.

-Müraciətin sizə bağlı hissəsində əməliyyat alətini də nümayiş etdirdiniz.

-Bəli, göstərdim ki, o alətlə beyin sümüyünü sındırmaq mümkün deyil. Çünki alətin qoruyucu başlığı var. Dünyada o alətlə milyonlarla rinoplastika əməliyyatı icra edilib. Tarixdə bir dəfə də ölüm halı olmayıb.

- Artıq azadlıqdasınız. Bu sizə yetərli deyilmi?

-Doğrudur, cəzadan tam azad olmuşam. Amma mən bəraət istəyirəm! Günahsız olduğumun rəsmi təsdiqini dövlətimdən gözləyirəm. Buna haqqım çatır. Axı o ölümdə mənim təqsirim yoxdur. Bununla bağlı Ali Məhkəməyə müraciət etmişəm. Ümid edirəm ki, ədalətli bir qərar veriləcək. Sonda isə cənab İlham Əliyevdən bu işi öz nəzarətinə götürməsini xahiş edirəm.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 653   Tarix: 28 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək

Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı

02.10.2026 212
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

02.10.2026 233
.

"Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident

"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır

02.10.2026 248
.

Yəməndə ölən və yaralananların sayı 1500-ü keçdi

Yəməndə döyüşlər intensivləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, silahlı qüvvələrin məlumatına görə, son 24 saat ərzində həyata keçirilən 474 hücum nəticəsində 1 540 husi döyüşçüsü öldürülüb və ya yaralanıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə ölkənin cənubuna yönələn ü

10:08 69
.

"Qarabağ Ermənistandır və nöqtə" deyənlər artıq - "Qarabağ Azərbaycandır!" deyirlər"

"Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Çünki birinci növbədə yeni bir preseden

02.10.2026 172
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

02.10.2026 289
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 211
.

Onlar İdarə Heyətindən çıxarıldı

Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib. "Qafqazinfo" xəbər verir ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşir, Ramin Məmmədov, Rövşən Bayramov YAP İdarə Heyətinin üzvləri siyahısından çıxarılıb

02.10.2026 222
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir

02.10.2026 218
.