Gündəlik ehtiyaclar belə kreditə: Cəmiyyət borc bataqlığına sürüklənir? - İQTİSADÇIDAN AÇIQLAMA

Gündəlik ehtiyaclar belə kreditə: Cəmiyyət borc bataqlığına sürüklənir? - İQTİSADÇIDAN AÇIQLAMASon illər gündəlik həyatın ayrılmaz hissəsi sayılan ərzaq, dərman, kosmetika və hətta geyim kimi əsas tələbat mallarının belə kreditlə alınması adi hala çevrilib. Bir vaxtlar yalnız iri məbləğli alışlar üçün istifadə olunan kredit mexanizmləri artıq insanların ən sadə ehtiyaclarını qarşılamaq vasitəsinə dönüb. Bu tendensiya cəmiyyətin maliyyə davranışında ciddi dəyişikliklərin baş verdiyini göstərir. Artan qiymətlər, gəlirlərin sabit qalmaması və istehlak vərdişlərinin dəyişməsi insanları borclanmağa daha meyilli edir. Nəticədə insanlar maaşlarını gözləmədən, gündəlik ehtiyaclarını belə kredit hesabına qarşılamağa üstünlük verir.

Bu isə həm fərdi büdcələrə əlavə yük yaradır, həm də uzunmüddətli maliyyə risklərini artırır. Bəs bu vəziyyətin arxasında hansı sosial-iqtisadi səbəblər dayanır? İnsanları gündəlik məhsulları belə kreditlə almağa vadar edən nədir və bu tendensiya gələcəkdə hansı nəticələrə gətirib çıxara bilər? Bu suallar hazırda cəmiyyət üçün aktual mövzulardan birinə çevrilib.
Gündəlik ehtiyaclar belə kreditə: Cəmiyyət borc bataqlığına sürüklənir? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, insanların çörək, dərman, geyim kimi gündəlik şeyləri kreditlə alması təkcə gəlirlərin kəskin azalması ilə bağlı deyil. Məsələ bir neçə amilin üst-üstə düşməsidir. Onun sözlərinə görə, əsas səbəb alıcılıq qabiliyyətinin zəifləməsidir: "Son 2 ildə inflyasiya rəsmi 5.6-5.7% olsa da, ərzaq, dərman, geyim səbətində real bahalaşma daha yüksək hiss olunur. Maaşlar, pensiyalar inflyasiya qədər artmır. Ailənin aylıq gəliri nominal olaraq dəyişməsə də, həmin pulla əvvəlki qədər mal almaq olmur. Ayın sonuna pul çatmır, amma ehtiyac qalır. Nəticədə insan ən zəruri şeyləri belə taksit kartı, kredit kartı və ya "indi al, sonra ödə" xidmətləri ilə alır.

İkinci səbəb kredit əlçatanlığının artmasıdır. Banklar və marketlər son illərdə "0% taksit", "6 aya ödə", "faizsiz böl" kampaniyalarını aqressiv şəkildə təklif edir. Əvvəl insan 100 manatlıq dərmanı almaq üçün borc almağa utanırdı, indi aptek özü kartla 3 yerə bölür. Kapital Bank BirKart, Bank Respublika CardPlus, ABB TamKart və digər taksit kartları marketdə, aptekdə, geyim mağazasında adi ödəniş alətinə çevrilib. Kredit götürmək üçün banka getməyə ehtiyac qalmayıb, telefonla 2 dəqiqəyə limit açılır.

Üçüncüsü, maliyyə davranışı dəyişib. İnsanlar maaş gününə qədər gözləmək əvəzinə "indi lazımdır, sonra verərəm" psixologiyası ilə yaşayır. Xüsusilə gənclər arasında bu normaya çevrilib. Gəlir var, amma planlama yoxdur. Aylıq 1200 manat qazanan şəxs 400 manatlıq kosmetikanı 4 aya bölüb alır, çünki "aylıq cəmi 100 manat edir" deyə düşünür. Beləcə 5-6 belə taksit yığılır və ayın sonunda maaşın yarısı köhnə borclara gedir.

Dördüncü amil məcburi xərclərin artmasıdır. Kommunal, kirayə, məktəb, uşaq xərcləri qalxıb. Əvvəl maaşı ərzağa çatırdı, indi məcburi xərclər gəlirin 60-70%-ni aparır. Qalan pulla ərzaq almaq olmur, ona görə də ərzaq da kreditə keçir.

Gəlirlər kəskin azalmayıb, amma real gəlir, yəni həmin maaşla ala bildiyin malın miqdarı azalıb. Üstəlik kredit çox asanlaşıb və borc həyat tərzinə çevrilib. Nəticədə insanlar dünən nağd aldıqları pendiri, çorəyi, dərmanı, köynəyi bu gün borcla alır. Bu, kasıblaşmanın da göstəricisidir, amma daha çox "gəlir-xərc qayçısı" və "asan borclanma" sindromunun nəticəsidir.

Ən təhlükəlisi odur ki, gündəlik tələbat kreditlə bağlananda borc spiralı yaranır. Bu ay ərzağı kreditlə aldın, gələn ay həm ərzaq, həm də köhnə borcu ödəməlisən. Pul yenə çatmayacaq, yenidən borc. Beləcə ailə daimi borc içində yaşayır, gəlir artsa belə hiss olunmur, çünki əvvəlki borclar yeyir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 641   Tarix: 27 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qidanın xarab olduğunu özü göstərəcək - qablaşdırma rəngini dəyişəcək

Alimlər qidanın təzəliyini qablaşdırmanı açmadan müəyyən etməyə imkan verən yeni texnologiya hazırlayıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Yaponiyanın Kyushu Universitetinin tədqiqatçıları qidanın xarab olma prosesini izləyə bilən xüsusi hidrogel qablaşdırma hazırlayıblar. Material qidanı

02.10.2026 212
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı

02.10.2026 233
.

"Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın" - Prezident

"Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır

02.10.2026 248
.

Yəməndə ölən və yaralananların sayı 1500-ü keçdi

Yəməndə döyüşlər intensivləşib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, silahlı qüvvələrin məlumatına görə, son 24 saat ərzində həyata keçirilən 474 hücum nəticəsində 1 540 husi döyüşçüsü öldürülüb və ya yaralanıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə ölkənin cənubuna yönələn ü

10:08 69
.

"Qarabağ Ermənistandır və nöqtə" deyənlər artıq - "Qarabağ Azərbaycandır!" deyirlər"

"Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Çünki birinci növbədə yeni bir preseden

02.10.2026 172
.

Leysan, dolu, qar... - Sabahın havası

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal

02.10.2026 289
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

02.10.2026 211
.

Onlar İdarə Heyətindən çıxarıldı

Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib. "Qafqazinfo" xəbər verir ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşir, Ramin Məmmədov, Rövşən Bayramov YAP İdarə Heyətinin üzvləri siyahısından çıxarılıb

02.10.2026 222
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir

02.10.2026 218
.