Mənzili olanlara VACİB XƏBƏR: Sığortasız evlərə görə cərimələnə bilərsiniz

Mənzili olanlara VACİB XƏBƏR: Sığortasız evlərə görə cərimələnə bilərsinizAzərbaycanda daşınmaz əmlakın icbari sığortası sahəsində illərdir davam edən durğunluğu aradan qaldırmaq və vətəndaşların əmlakını daha etibarlı qorumaq məqsədilə yeni konsepsiya hazırlanıb. Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanovun açıqladığı yeni yanaşmanın əsas hədəfi katastrofik riskləri daha düzgün qiymətləndirmək və bədbəxt hadisələr zamanı vətəndaşlara daha adekvat sığorta ödənişlərini təmin etməkdir.

Yeniliyin ən mühüm elementi sığorta məbləğinin artıq vahid standartla deyil, dövlət qurumları ilə inteqrasiya olunmuş elektron platformalar vasitəsilə əmlakın parametrlərinə, yaşayış sahəsinin kvadratmetrinə və yerləşdiyi əraziyə uyğun formalaşdırılmasıdır.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"İcbari sığortanın əhatə dairəsi on faizdən aşağıdır"

Sığorta eksperti İlkin Nəcəfovun sözlərinə görə, hazırda bu sahədə vəziyyət ürəkaçan deyil. Daşınmaz əmlakın icbari sığortası üzrə bazarın əhatə dairəsi on faizdən də aşağıdır: "Yəni, Bakıdakı hər yüz evdən heç onu belə icbari qaydada sığortalanmayıb. Bunun isə tək bir səbəbi var, cərimə mexanizmi işləmir. Mövcud qanunvericiliyə əsasən, bu sığorta kifayət qədər geniş riskləri - yanğın, partlayış, ildırım vurması, daxili su basması və ya qonşudan su sızması, habelə üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində əmlaka dəyən zərəri əhatə edir. Sığorta predmeti sadəcə quru divarlar deyil, bura əmlakın əsas konstruksiyaları, qapı-pəncərəsi, tavanı, döşəməsi və daxili təmiri də daxildir. Göründüyü kimi, mövcud təminat zərfi kifayət qədər genişdir və əlavə nəsə daxil etməyə ehtiyac yoxdur. Əsas hədəfimiz sadəcə bu mükəmməl təminat paketini bazara düzgün tətbiq etmək və əhalinin sistemə kütləvi cəlb olunmasını təmin etməkdən ibarət olmalıdır".

İ.Nəcəfov bildirdi ki, yeni konsepsiyanın uğuru, ilk növbədə, işlək cərimə mexanizminin tətbiqindən asılıdır: "Şəxsi fikrimcə, avtomobillərin icbari sığortasında olduğu kimi, daşınmaz əmlak sığortasında da real cərimələr tətbiq edilməsə, istənilən cəlbedici təklif əhali tərəfindən rəğbətlə qarşılanmayacaq. Müqayisə üçün avtomobillərin icbari sığortasına nəzər salaq. Vətəndaş sığortası olmadıqda hər iyirmi gündən bir əlli manat cərimə olunur deyə, hamı bu sığortanı əldə etməyə çalışır. Bu vəziyyəti dəyişmək üçün hökumət, Mərkəzi Bank və İcbari Sığorta Bürosu tərəfindən müxtəlif variantlar nəzərdən keçirilir. Sığorta haqqının kommunal ödənişlərə, xüsusən də işıq puluna inteqrasiya edilməsi, məbləğin bələdiyyə orqanları tərəfindən yığılması və ya icra hakimiyyətləri tərəfindən icbari sığortası olmayanlar üçün xüsusi cərimə protokollarının tətbiqi kimi müxtəlif təkliflər müzakirə olunur".

"Yeni konsepsiya ədalətli və çevikdir"

Ekspertin fikrincə, tətbiq edilməsi gözlənilən yeni konsepsiya əvvəlki qaydalarla müqayisədə qat-qat ədalətli və çevikdir. Köhnə qaydalardakı ən böyük natamamlıq məbləğlərin hamı üçün eyni olması idi: "Hövsanda 70 min manatlıq bir otaqlı panel evlə, Gənclikdəki 10 milyonluq villanın sığorta haqqı 50 manat təşkil edirdi. Çünki hər ikisi mülkiyyətin real dəyərindən asılı olmayaraq, 25 min manatlıq standart sığorta təminatı alırdı. Yeni konsepsiyada isə regionlar, şəhərin məskunlaşma dərəcəsi və zonalar üzrə sığorta haqqı və məbləğləri dəyişəcək".

"Sənədsiz evlər əsas problemdir"

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, bütün dünyada məcburi xarakter daşıyan sığorta sistemi ölkəmizdə avtomobil və digər sahələrdə işləsə də, daşınmaz əmlak sektorunda hələ də tam tətbiq edilə bilmir: "Bunun əsas səbəbi ölkədə yüz minlərlə çıxarışı olmayan əmlakın mövcudluğudur. Qanunvericiliyə görə, hər hansı bir əmlakın sığortalanması üçün mütləq şəkildə mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır".

E.Fərzəliyevin fikrincə, məsələnin digər tərəfi isə çıxarışlı əmlak sahibləri arasında da sığortalanma səviyyəsinin aşağı olması və maarifləndirmənin çatışmazlığıdır: "Son beş ildə Bakı və Abşeron ərazisində satılan sənədli mənzillərin 60 faizindən çoxu ipoteka və ya daxili kreditlərlə alındığı üçün müqavilə müddəti bitənə qədər məcburi qaydada sığortalanır. Bu, çox müsbət haldır, çünki risk anında zərər dərhal qarşılanır. Lakin kreditdə olmayan sənədli mənzil sahibləri illik cəmi 50 manat ödəyərək 25 min manatlıq təminat almaqda maraqlı görünmürlər. Bakı şəhərində dəyəri yüz minlərdən milyonlara qədər dəyişən və minimal olaraq 400 manata kirayə verilən saysız-hesabsız mənzillər var. Təcrübə göstərir ki, yanğınlar, qısaqapanmalar və ya subasmalar kimi sığorta hadisələri məhz daha çox kirayə verilən evlərdə baş verir. Nəticədə zərərin ödənilməsi prosesi məhkəmələrə qədər uzanır. Halbuki sığorta vasitəsilə bu problemi sivil və sürətli şəkildə həll etmək olar".

"Yalnız sənədli evlərə tətbiq ikitirəlik yaradacaq"

Ekspert bildirdi ki, yeni icbari sığorta konsepsiyası hazırlanarkən bu reallıqlar mütləq nəzərə alınmalıdır. Mənzil istifadədədirsə, onun qazı, işığı, kommunal xətləri çəkilibsə və qeydiyyatı mövcuddursa, çıxarışın olub-olmamasından asılı olmayaraq, bu əmlak sığortalana bilməlidir: "Yalnız sənədli evlərə məcburiyyət tətbiq etmək ikitirəlik yaradacaq, mənzillərin yarısı sığortalı, qalan yarısı isə sığortasız qalacaq. Buna görə də, yeni konsepsiyada sırf sənədsiz evlərin sığortaya cəlb edilməsi və ya onların sənədləşdirilməsi prosesinin sürətləndirilməsi istiqamətində addımlar atılmalıdır. Bu hal həm sığorta şirkətlərinin fəaliyyətini genişləndirər, həm də vətəndaşların təhlükəsizliyini təmin edər. Sığorta haqqının yığılması isə vətəndaşların mütəmadi ödədiyi kommunal xərclərə inteqrasiya oluna bilər. Avtomobillərin icbari sığortası da ilk vaxtlar narazılıqla qarşılanmışdı. Lakin sonradan qəzalar zamanı dəymiş zərərin sığorta şirkətləri tərəfindən ödənildiyini görən sürücülər bu gün nəinki icbari, hətta könüllü sığortalara belə özləri müraciət edirlər. Daşınmaz əmlak sığortasında da məhz bu cür inamın formalaşması vacibdir".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 533   Tarix: 26 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Acundan 100 milyon dollar təzminat istəyir

"Survivor Greece" yarışmasının iştirakçısı Stavros Floros çəkiliş zamanı keçirdiyi ağır qəzadan sonra Acun Ilıcalıya qarşı 100 milyon dollardan çox təzminat iddiası qaldırıb. Axşam.az xəbər verir ki, Floros 11 may 2026-cı ildə "Survivor Greece"in çəkilişləri zamanı yemək əldə etmə

05.09.2026 293
.

Prodüserindən 17 milyon təzminat aldı

Müğənni Oleq Qazmanov keçmiş prodüseri Filipp Rossandan təzminat alıb. Axşam.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, dələduzluqda ittiham olunan keçmiş prodüser sənətçiyə 17,5 milyon rubl (təxminən 370 min manat) məbləğində zərəri ödəyib. Filipp Rossanı martın əvvəlində həbs ediblər

05.09.2026 248
.

Alimlər yeni həşərat cinsinə Teylor Sviftin adını verdi

ABŞ-ın Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri yeni həşərat cinsini amerikalı müğənni Teylor Sviftin şərəfinə adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Taxtabitilər cinsinə Swiftiephylus adı verilib. Cinsə dörd növ daxildir. Onların latınc

10.09.2026 383
.

"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim"

Bir müddət əvvəl anasını itirən müğənni İntiqam Kərimov kədərini bölüşüb. Axşam.az xəbər verir ki, ifaçı "Şadlıq olsun" proqramında anasının vəfatından danışaraq, yaşadığı ağır günləri xatırlayıb:. "Anam axşam yatdı, səhər ayılmadı. Gəlib yanına uzandım, qucaqladım, ayrıla bilmirdim ondan

12.09.2026 248
.

Sibel Canın toy tarixi bəlli oldu

Türkiyəli məşhur müğənni Sibel Canın özündən 11 yaş kiçik iş adamı Emir Sarıgüllə nikah masasına əyləşəcəyi tarix bəlli olub. Axşam.az xəbər verir ki, toy sentyabrın 17-də Muğlanın Marmaris şəhərində keçiriləcək. Məclisdə 500 nıfırin iştirakı gözlənilir. Qeyd edək ki, cütlük uzun müddətdir sevgilidir

06.09.2026 288
.

Məleykə Əsədovanın qızı Çində təhsil alacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Məleykə Əsədovanın qızı Gülər magistraturaya qəbul olub. Axşam.az-ın məlumatına görə, aktrisanın övladı Çində təhsilini davam etdirməyi seçib. M.Əsədova bununla bağlı hazırda Çinə yollanıb. O, qızının Quançjou şəhərində oxuyacağını bildirib

09.09.2026 478
.

Bunun üçün 1 milyardından keçdi

"BTS" qrupunun üzvü Canqkuk xeyriyyə məqsədilə böyük məbləğdə ianə edib. Axşam.az xəbər verir ki, Cənubi Koreyanın məşhur ifaçısı Seul Milli Uşaq Xəstəxanasına 1 milyard von, təxminən 1 milyon 268 min manat bağışlayıb. Müğənni bildirib ki, vəsait maddi imkanı məhdud ailələrdən olan uşaqları

13.09.2026 238
.

"Mənim yeganə övladım olaraq qalacaqsan"

Xalq artisti Yusif Eyvazov keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun oğlu Tiaqonun doğum günü münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi onunla bağlı paylaşımında onun hər zaman özünün yeganə övladı olaraq qalacağını vurğulayıb. "Kaş bu dünya dəyişməsəydi, sə

06.09.2026 292
.

"Maşın şou"da qazandığı həmin avtomobillə foto paylaşdı

Bir müddət əvvəl aktrisa Xəyalə Quliyevanın həyat yoldaşı Yusif Musayevla boşandığı zaman "Maşın Şou"da qazandığı avtomobili məhkəmədə uduzduğu iddia edilmişdi. Axşam.az xəbər verir ki, aktrisa bu dəfə həmin avtomobillə foto paylaşıb. O, "Nə sürdüyünü göstər" trendinə qoşulub. Qey

05.09.2026 431
.