Repetitor asılılığı artırmı? Erkən imtahanların təsiri
"Valideynlərin və şagirdlərin bu narahatlığı tamamilə əsaslı hesab olunur. Tədris ili iyun ayında başa çatdığı halda, buraxılış imtahanlarının mart ayında keçirilməsi həm pedaqoji, həm də psixoloji baxımdan ciddi uyğunsuzluqlar yaradır. Təhsilin əsas məntiqi ondan ibarətdir ki, əvvəlcə bilik tam şəkildə öyrədilir, daha sonra isə qiymətləndirilir.
Dövlət proqramı 11-ci sinfin sonuna qədər olan bütün mövzuları əhatə etdiyi halda, martda keçirilən imtahan şagirdi hələ tam mənimsəmədiyi mövzular üzrə qiymətləndirmə ilə üz-üzə qoyur. Bu yanaşma tədris prosesinin planlı axarını pozur, müəllimi mövzuları sürətlə keçməyə, şagirdi isə dərin anlayış əvəzinə mexaniki yaddaşa yönəlməyə məcbur edir".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, eyni zamanda, bu vəziyyət repetitor asılılığını da gücləndirir. Məktəb proqramı təbii axarı ilə tamamlanmadığından, şagirdlər məcbur qalaraq kənar hazırlıq kurslarına yönəlir və qısa müddətdə proqramı "çatdırmağa" çalışırlar. Nəticədə mart imtahanları məktəbin deyil, daha çox fərdi hazırlıq sistemlərinin nəticəsini ölçən mexanizmə çevrilir:
"Digər tərəfdən, imtahanı martda verən şagirdlərdə "prosesin bitdiyi" düşüncəsi formalaşır və bu da aprel-may aylarında dərs prosesinə marağı azaldır. Beləliklə, tədris ilinin son ayları ciddi şəkildə səmərəsiz keçir.
Aydın görünür ki, buraxılış imtahanlarının bu qədər erkən keçirilməsi daha çox təhsilin keyfiyyətindən ziyadə, inzibati və texniki proseslərin asanlaşdırılmasına xidmət edir. Halbuki əsas məqsəd şagirdin bilik səviyyəsini obyektiv şəkildə qiymətləndirmək olmalıdır. Bunun üçün isə imtahanların tədris proqramı tam başa çatdıqdan sonra keçirilməsi daha doğru yanaşma hesab olunur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 810 Tarix: 17 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş3 oktyabr Azərbaycanın gələcək yolunu müəyyənləşdirən tarixi gündür
"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəs
15:14 149 Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır
"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə
13:20 158 Rusiya rəsmisi "Tramp Marşrutu" ilə bağlı Ermənistana dair iddia irəli sürüb
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun sözlərinə görə, Ermənistanda "Tramp Marşrutu"nun ABŞ tərəfindən idarə olunması ölkədə Amerika özəl hərbi şirkətlərinin (PMC) və kəşfiyyat infrastrukturunun yaradılmasına gətirib çıxara bilər. xəbər verir ki, bu barədə TASS məluma
10:49 176 Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb
Bu il Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcminin 16 milyon tona çatacağı gözlənilir, uzunmüddətli perspektivdə isə bu göstəricinin 30 milyon tona çatdırılması hədəflənir. Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasını
16:20 99 Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib. Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır
02.10.2026 231 ABŞ raketləri 3 dəfə uzağa uçacaq: Pentaqon tələbləri dəyişdi
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) HIMARS sistemlərində istifadə olunan yeni nəsil raketlər üçün tələbləri sərtləşdirib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, söhbət HIMARS buraxılış qurğusunun özünün dəyişdirilməsindən deyil, onun üçün nəzərdə tutulan raketlərin imkanlarının artırılmasından gedir
11:10 167 3 oktyabr - Azərbaycanın taleyində dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixinin yaddaşında adi bir seçki günü kimi qalmayıb. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş, lakin müstəqilliyini qoruyub saxlamaq üçün ağır sınaqlardan keçən Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Ümummilli lide
15:49 123 Buryatiyada insanların həyatına təhlükə yaradan 330-dan çox ayı zərərsizləşdirilib
Mütəxəssislər Buryatiyada yaşayış məntəqələrinə yaxınlaşaraq insanlar üçün təhlükə yaradan 330-dan çox ayını zərərsizləşdiriblər. "Report" xəbər verir ki, bu barədə TASS "Burprirodnadzor"a istinadən məlumat yayıb. "İnsanlar üçün təhlükə yaradan 331 ayı zərərsizləşdirilib. Buryatiyad
17:40 0 Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl
16:26 91