Zelenski: Ukrayna Pasxadan sonra da Rusiya ilə atəşkəsin uzadılmasına hazırdır
Ukrayna Pasxa atəşkəsi ilə bağlı təklifi dəstəkləyir, ona riayət etmək niyyətindədir, lakin Rusiya tərəfindən pozulmalar olacağı təqdirdə eyni şəkildə (güzgü prinsipi ilə) hərəkət edəcək.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb.
"Bu gün Rusiya ordusu tərəfindən atəşkəs şərtlərinin mümkün pozulmasına reaksiyamızın parametrlərini müəyyən etdik. Ukrayna sükut rejiminə riayət edəcək və tamamilə güzgü prinsipi ilə hərəkət edəcək. Səmada, quruda və dənizdə Rusiya zərbələrinin olmaması bizim cavablarımızın da olmaması mənasına gələcək", - o qeyd edib.
V.Zelenskinin sözlərinə görə, Ukraynanın addımlarının güzgü xarakterli olacağı və atəşkəsin Pasxadan sonra da davam etdirilməsinin mümkünlüyü barədə məlumat Rusiya tərəfinə çatdırılıb.
O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski ilə atəşkəs şəraitində Ukrayna bölmələrinin hərəkət qaydasını müzakirə edib və ordunun cəbhədə hadisələrin istənilən inkişafına hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin aprelin 9-da Rusiya tərəfinin 2026-cı il aprelin 11-i saat 16:00-dan aprelin 12-si günün sonunadək Pasxa atəşkəsi tətbiq edəcəyini elan edib.
V.Zelenski isə aprelin 10-da Pasxa ilə əlaqədar cəbhə xəttində atəşkəs elan edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 825 Tarix: 11 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMoldovanın hava məkanı PUA-larla pozulub
Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd
18:00 133 YAP Azərbaycanın siyasi tarixində özünəməxsus yer tutur
Ötən əsrin sonlarında birpartiyalı sistemdən ayrılan müstəqil Azərbaycanda yeni siyasi təşkilatlar təsis olunmuşdu. Amma populizm yolunu tutan partiyalar ayrı-ayrı şəxslərin siyasi maraqlarından doğmuş, onların ətrafında formalaşmışdı. Bu qurumların yaranmasında şəxsi siyasi ambisiyalar əsas yer tuturd
14:26 159 Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab
14:57 416 Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?
"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr
17:53 184 Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
21:00 103 "Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind
19:40 133 Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb
Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind
19:00 138 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
20:45 110 Sürücülərin nəzərinə: 40 manat cərimə oluna bilərsiniz
Yağışlı havalarda yollarda yaranan gölməçələr piyadalar üçün ciddi narahatlıq yaradır. Bəs avtomobil gölməçədən keçərkən su və ya palçıq piyadanın üzərinə sıçrayarsa, sürücü buna görə məsuliyyət daşıyırmı?. xatırladır ki, sözügedən hərəkət sürücülərdə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətala
21:15 76