Azərbaycanda xəyanətə görə təzminat: yeni hüquqi imkanlar - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Azərbaycanda xəyanətə görə təzminat: yeni hüquqi imkanlar - HÜQUQŞÜNASDAN AÇIQLAMASon dövrlərdə Azərbaycanda ailə hüququ sahəsində mühüm yeniliklərdən biri kimi "xəyanətə görə təzminat" məsələsi gündəmə gəlib. Əvvəllər ölkə qanunvericiliyində xəyanətə görə mənəvi və ya maddi təzminat tələb etmək hüquqi baxımdan nəzərdə tutulmamışdı və məhkəmələr boşanma zamanı xəyanət motivinə görə zərərçəkmiş tərəfə əlavə kompensasiya vermirdi. Lakin 24 dekabr 2025-ci ildən etibarən qəbul olunmuş yeni hüquqi yanaşma çərçivəsində şəxsi münasibətlərdə xəyanətə uğramış tərəf məhkəməyə müraciət edərək mənəvi zərərin ödənilməsini tələb edə bilər.

Bəzi məlumatlara görə xəyanətə məruz qalan tərəf xəyanət edən tərəfdən 10-20 min AZN məbləğində təzminat ala bilər. Belə mənəvi təzminatın məbləği zərərin dərəcəsi, hadisənin təsiri və digər amillər nəzərə alınmaqla müəyyən edilir. Bu dəyişiklik şəxsi hüquqların müdafiəsi sahəsində mühüm addım hesab olunur və ailə münasibətlərində etimadın qorunması ilə bağlı hüquqi mexanizmlərin gücləndirilməsinə xidmət edir.
Azərbaycanda xəyanətə görə təzminat: yeni hüquqi imkanlar - HÜQUQŞÜNASDAN AÇIQLAMAMövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov BiG.AZ-a açıqlamasında bildirdi ki, mənim ümumiyyətlə bizim kolleqamızın 10-20 min manat təzminat məbləği haqqında məlumatı hardan götürdüyü barədə məlumatım yoxdur. Çünki Ali Məhkəmənin qərarında bununla bağlı bir şey yoxdur. Bu yəqinki bizim kolleqamızın fantaziyasıdır. Birinci növbədə onu bildirmək istəyirəm ki, Ali Məhkəmənin plenium "Şəxsiyyət hüquqları və Şəxsiyyət hüquqlarının müdafiəsi" haqqında 24 dekabr 2025-ci il tarixli plenium qərarı açıqladı və həmin qərarda təkcə ailə münasibətilərində deyil, eyni zamanda əmək münasibətləri, azadlıqdan məhrumetmə yerlərində şəxsiyyət hüquqlarının qorunması, eləcədə fərdi münasibətlər zamanı, o cümlədən uşaqlara münasibətdə şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlı məsələlər öz əksini tapmışdır. Onun sözlərinə görə, burda ailə münasibətlərini tənzimləyən hissədə mütləq şəkildə şəxsiyyət hüquqlarına dair pozulmalarda kişi və qadının bir-birinə qarşı hansı hərəkətlərin pozuntu hesab olunması, o cümlədən kişi ilə qadının hüquqlarının pozulması burada psixoloji şiddət, iqtisadi şiddət, bir-birilərini aldatması, eyni zamanda kişi və qadının müəyyən bir evlilik dönəmi keçdikdən sonra zahiri görnüşündə olan fiziki dəyişilmələrin qüsur kimi təqdim olunması, məhz həmin şəxsin mənəvi istrabına səbəb ola biləcək ifadələrin işlədilməsi bütün bunların hər biri ilə bağlı Ali Məhkəmə qeyd edib ki, əgər bu sözlər qarşı tərəfin mənəvi sarsıntısına gətirib çıxardacaqsa, belə olan təqdirdə bu artıq pozuntu hesab olunacaq və həttda hüquqlarının pozulması fonunda mənəvi istiraba məruz qalmış şəxsin adiyyatı üzrə məhkəməyə müraciət etməklə mənəvi zərər tələb etmək hüquqununda yaranmasını bildirir: "Burda mənəvi təzminatın tələb olunması ilə bağlı kriteriyalar müəyyən olunan zaman Ali Məhkəmə bildirirki şəxsiyyətin alçaldılması ilə bağlı davam etmə müddəti nə qədər olmuşdur. Şəxsin xəyanətdən sonra gələcəkdə ailə qurma ehtimalı, onun iqtisadi vəziyyətinin pisləşməsi, bu hərəkətdən sonra onun dərman müalicəsi, o cümlədən psixoloq konsultasiyalarına getməsi bütün bunların hamısı məhkəmə tərəfindən nəzərə alına bilən faktor hesab olunacaq və buna mütanasib məhkəmə mənəvi zərəri müəyyən edəcək.

Amma ola bilərki bir məsələ ilə bağlı məhkəmə tutaq ki, 1000 manat müəyyən eləsin. Ordada əlbbətdəki o işində öz detalları ola bilər. Biri varki bir işlə bağlı məhkəmə 20 min manat müəyyən eləsin. Bu o demək deyil ki, məhkəmə hər iki işə eyni yanaşmalıdır və eyni zərər tətbiq olunmalıdır. Ona görədə bu məsələdə mən kolleqam hesab edirəm ki, şərh verməkdə və yaxudda bəlkədə şərhi düz verib, jurnalistlər onu yanlış anlayıblar. Hesab edirəm ki, bu məsələdə biraz anlaşılmazlıq olub və elə bir mənəvi zərər ola bilər ki, o mənəvi zərər 100 min manat məbləğlə ölçülə bilər. Bu məsələdə hesab edirəm ki, vurulmuş mənəvi zərər mütləq qaydada fərdi hesab olunacaq və fərdi hesablanacaqdır. Məhkəmələr bu zərəri təyin eliyən zaman daha diqqətli olacaqlar".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1271   Tarix: 07 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

03.10.2026 161
.

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA

Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard

00:13 111
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

00:09 103
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

03.10.2026 150
.

Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu

Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a

03.10.2026 143
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

03.10.2026 208
.

Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəb

03.10.2026 207
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yen

00:31 92
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 119
.