Bakcell ilə ingilis dilini "Singit" tətbiqində öyrən
İnnovasiya lideri Bakcell abunəçiləri üçün "Singit" xidmətinə çıxış imkanı yaradır. Xidmət ingilis dilini öyrənmə prosesini daha praktik və gündəlik vərdişə çevirərək, musiqi əsaslı yanaşma ilə istifadəçilərə dili daha rahat mənimsəməyə imkan verir.
"Singit" tətbiqi istifadəçilərə sevdikləri mahnılar üzərindən dinləmə və tələffüz bacarıqlarını inkişaf etdirməyə şərait yaradır. Tətbiqdə təqdim olunan süni intellekt funksiyası isə danışıq bacarıqlarının praktik şəkildə inkişafına dəstək verir.
Bununla yanaşı, istifadəçilər sözlərin Azərbaycan dilinə tərcüməsini birbaşa tətbiq daxilində əldə edərək öyrənmə prosesini daha rahat və ardıcıl şəkildə davam etdirə bilirlər.
Xidməti Bakcell tətbiqi üzərindən və ya "singit" sözünü 4142 qısa nömrəsinə göndərməklə aktivləşdirmək mümkündür. Qeydiyyatdan sonra istifadəçiyə tətbiqi yükləmək üçün keçid təqdim olunur və abunəlik həmin andan etibarən aktivləşir. Ətraflı məlumat üçün *4142# yığmaq mümkündür.
"Singit" xidməti ilk 30 gün ərzində pulsuz təqdim olunur. Daha sonra xidmət aylıq 5 AZN (30 gün) abunə haqqı ilə davam edir və ödəniş istifadəçinin qoşulduğu tarixə uyğun olaraq hər ay avtomatik şəkildə balansdan çıxılır.
Bakcell tərəfdaşlıqlar çərçivəsində abunəçilərinə müxtəlif rəqəmsal xidmətlərə rahat çıxış imkanı təqdim edir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 651 Tarix: 07 aprel 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
00:17 53 Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb
Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
03.10.2026 141 Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
00:35 15 Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik
03.10.2026 174 Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
00:11 73 Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"
00:19 58 Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb
Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
03.10.2026 147 Moldovanın hava məkanı PUA-larla pozulub
Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd
03.10.2026 145 Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
00:23 57