Neft 200 dollara çata bilərmi? Reuters-dən şok proqnoz - İQTİSADÇIDAN AÇIQLAMA

Neft 200 dollara çata bilərmi? Reuters-dən şok proqnoz - İQTİSADÇIDAN AÇIQLAMAQlobal enerji bazarında baş verən son hadisələr neftin qiyməti ilə bağlı ən pessimist ssenariləri yenidən gündəmə gətirib. Reuters-in yaydığı məlumatda neftin qiymətinin 200 dollara qədər yüksələ biləcəyi ehtimalı diqqət çəkir. Hazırda 111 dollar səviyyəsində olan qiymət fonunda bu proqnoz həm bazar iştirakçılarını, həm də idxaldan asılı ölkələri ciddi şəkildə narahat edir.

Artan geosiyasi risklər, xüsusilə Yaxın Şərqdə gərginliyin dərinləşməsi və enerji marşrutlarının təhlükə altına düşməsi bu cür kəskin artım ehtimalını daha real göstərir. Bu fonda əsas sual açıq qalır: neft həqiqətən 200 dollara çata bilər, yoxsa bu, yalnız qlobal böhran ssenarisinin bir hissəsidir?
Neft 200 dollara çata bilərmi? Reuters-dən şok proqnoz - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, neftin hazırki qiymətləri real qiymətlər deyil, psixoloji qiymətlərdir və müharibənin yaratdığı fəsadlardır. Təbiiki müharibə bitən kimi qiymətlərdə yenidən aşağı düşəcək. Onun sözlərinə görə, bundan başqa bu həftənin bazar günü yəni 2 gündən sonra OPEC+ anlaşmasına daxil olan ölkələrin toplantısı keçiriləcək və bu toplantı zamanı hasilatın artırılması ilə bağlı qərarlar çıxacaq: "Mən düşünürəm ki, elə bu qərarların özü belə, yəni hasilatın artırılması ilə bağlı qərarların özü belə birinci gündən neft bazarında müəyyən sabitlik yaradacaq. Yəni qiymətlərin enməsini müşahidə edə bilərik. Amma əsas məsələ təbiiki Hörmüz boğazı və İran ətrafında baş verən hadisələrdir.

Bu müharibədə çox uzun sürə bilməz. Çünki ABŞ prezidentinin daxili qanunvericiliyə görə, konqresin və senatın icazəsi olmadan cəmi 60 gün hərbi əməliyyatlar apara bilər. Ona görədə 60 günə çatmadan bu münaqişə bitməlidir ki, yenidən parlamentə müraciət üçün əsas yaranmasın. Ona görədə münaqişə bitən kimi və OPEC hasilatı artıran kimi qiymətlərin 100 dollardan aşağı düşəcəyinin şahidi olacayıq. Qlobal sabitlik yarananda, Hörmüz ətrafında məsələlər öz həllini tapandan sonra isə qiymətlərin yenidən 70-80 dollar kalidoruna çəkilməsi mümkündür".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 770   Tarix: 03 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sorğu: Böyük Britaniya əhalisinin yarısı Aİ-yə qayıtmaq istəyir

Böyük Britaniyada seçicilərin demək olar ki, yarısı Leyboristlər partiyasının lideri Endi Börnhemin növbəti ümumi seçkilərdən sonra ölkənin Avropa İttifaqına mümkün qayıdışı ilə bağlı mövqeyini dəstəkləyir. "Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu "Messin

03.10.2026 138
.

GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI

2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər

00:25 103
.

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d

03.10.2026 101
.

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr

03.10.2026 206
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

00:48 78
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yen

00:31 92
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

03.10.2026 150
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

00:33 104
.

Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb

Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı

03.10.2026 117
.