Bayramdan qayıdan sürücülərə müraciət

Bayramdan qayıdan sürücülərə müraciətBaş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərinin bitməsi ilə daimi yaşayış yerlərinə qayıdan sürücülərə müraciət edib.

İdarədən verilən məlumata görə, bayramlarla əlaqədar qeyri-iş günlərinin başa çatması ilə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların iştirakı ilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyi müşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək qayıdış zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməməyi xahiş edir: "Bununla yanaşı, sürücülərə yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamaq, yol və hava şəraitini düzgün qiymətləndirmək, hərəkət zamanı sürət həddini mövcud şəraitə uyğun seçmək, ara məsafəsini qorumaq, ötmə və digər manevrlər zamanı xüsusilə diqqətli olmaq vacibdir.

Eyni zamanda, sürücülərin uzun məsafəli səfərlər zamanı fasilələrlə istirahət etmələri, diqqəti yayındıran amillərdən, xüsusilə mobil telefondan istifadə hallarına yol verməmələri, bu kimi davranışlardan uzaq durmaları tələb olunur.

BDYPİ hərəkət iştirakçılarını yollarda məsuliyyətli olmağa və qaydalara ciddi əməl etməyə çağırır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 811   Tarix: 30 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Macarıstanda anomal istilər: 90 illik temperatur rekordu yeniləndi

Macarıstanda 28 iyunda rekord temperatur qeydə alınıb. Bazar günü Budapeştdə termometrin civə sütunu 40 dərəcə Selsiyə yüksəlib. -ın məlumatına görə, bu barədə Macarıstanın "HungaroMet" Meteorologiya Xidməti açıqlama yayıb. Məlumatda bildirilir ki, ölkədə müntəzəm hava müşahidələri 1870-c

16:15 136
.

Tramp Peleni geridə qoyan yeganə futbolçunun adını çəkdi

ABŞ prezidenti bildirib ki, yalnız Lionel Messi əfsanəvi braziliyalıdan daha yaxşı hesab olunmağa layiqdir. ABŞ prezidenti Donald Tramp tarixin ən görkəmli futbolçuları haqqında fikirlərini bölüşüb və əfsanəvi Peleni geridə qoyan oyunçunun adını çəkib. -ın xarici mediaya istinadən xəbərinə görə, amerikal

16:00 158
.

İsrail hökuməti 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıdı

İsrail hökuməti Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında baş vermiş hadisələri, xüsusən də ermənilərin kütləvi qətllərini yekdilliklə "soyqırımı" kimi qəbul edib. -ın "Euronews"a istinadən verdiyi xəbərə görə, bu təşəbbüs İsrailin xarici işlər naziri Gideon Saar tərəfində

11:30 175
.

Məşhur şairin oğlu vəfat etdi

Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadə vəfat edib. xəbər verir ki, bununla bağlı sosial şəbəkədə yaxınları məlumat paylaşıb. Bildirilib ki, o, ötən gün 80 yaşında dünyasını dəyişib. Qeyd edək ki, A.Rüstəmzadə Süleyman Rüstəmin yeganə övladıdır. Onun bir oğlu, bir qızı var. A.Rüstəmzadə ərə

15:45 177
.

Azərbaycanda 63 yaşlı qadın ilk dəfə ana oldu

Azərbaycanda 63 yaşlı qadın uzun illərdən sonra ilk dəfə ana olub. xəbər verir ki, bu barədə tibb üzrə fəlsəfə doktoru Natiq Məhərrəmov sosial şəbəkə hesabında məlumat verib. Həkimin sözlərinə görə, qadın 38 il boyunca övlad sahibi ola bilməyib. Uğurlu müalicədən sonra qadın hamilə qalıb və sağlam körpəsin

19:15 2
.

Banklar vətəndaşların etimadını necə bərpa edə bilər? - İQTİSADÇIDAN AÇIQLAMA

Son günlər bank sektorunda yaşanan texniki nasazlıqlar minlərlə vətəndaşın gündəlik maliyyə əməliyyatlarına mənfi təsir göstərdi. Kart ödənişlərində yaranan problemlər, mobil tətbiqlərə girişdə çətinliklər və bəzi köçürmələrin gecikməsi müştərilər arasında narahatlıq yaradaraq bank sisteminə olan etimad

13:07 217
.

Qızılca epidemiyasından ölən uşaqların sayı 700-ü keçdi

Banqladeşdə qızılca epidemiyası davam edir və son 24 saat ərzində daha dörd uşaq həyatını itirib və bununla da ölənlərin sayı 712-yə çatıb. -ın xarici mediaya istinadən xəbərinə görə, son gündə 941 yeni şübhəli yoluxma halı aşkar edilib və şübhəli halların ümumi sayı 99.207-yə çatıb. Epidemiyanın qarşısını

18:30 1
.

Xaçmazda evin həyətində meyit tapıldı

Xaçmazda meyit tapılıb. xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Rayon mərkəzindəki evlərdən birinin həyətində gənc oğlanın meyiti aşkar edilib. Meyiti tapılan şəxsin elə həmin ünvanda yaşayan, 1998-ci il təvəllüdlü Ələkbərov Ruslan Rövşən oğlu olması müəyyən edilib. Faktla bağlı Xaçma

11:45 214
.

FRANSA YANIR: İqlim böhranı qarşısında inkişaf etmiş ölkələr də aciz qala bilir

Xəbər verdiyimiz kimi, Avropanın bir sıra ölkələrini anomal istilər cənginə alıb. Fransada mindən çox insan qızmar istilərin qurbanı olub. Avropada özünü lider adlandıran Fransa bu fəlakətin qarşısında aciz qalıb. Ölkənin onlarla infrastruktura zərər dəyib, yollar əriyib, göllər buxarlanıb. Fransad

19:30 2
.

TOP MP3