"The Times": "Avropa hələ də kritik bir sahədə Rusiyadan asılıdır

"The Times": "Avropa hələ də kritik bir sahədə Rusiyadan asılıdırQərb ölkələri Rusiyanın nüvə sektorundan ciddi şəkildə asılı olaraq qalır.

Qaynarinfo xəbər verir ki, "The Times" qəzetinin yazdığına görə, Böyük Britaniyada 2,5 milyondan çox ev məhz Rusiya mənşəli nüvə yanacağı hesabına elektrik enerjisi ilə təmin olunur.

Söhbət xüsusilə yalnız Rusiyada emal olunmuş uranla işləyən Sizewell B atom elektrik stansiyasından gedir. Böyük Britaniyada fəaliyyət göstərən bütün AES-lərin sahibi və operatoru olan "EDF Energy" şirkəti bildirib ki, stansiya "uzunmüddətli öhdəliklər" səbəbindən hələ də bu yanacaqdan istifadə edir.

Məlumata görə, nüvə yanacağının istehsalı mürəkkəb zəncir üzrə həyata keçirilir. İlk mərhələdə uran Rusiyada emal olunur, daha sonra Almaniyaya göndərilərək yanacaq elementlərinə çevrilir və sonda Sizewell B stansiyasına çatdırılır.

Qəzet qeyd edir ki, bu vəziyyət Qərbin Rusiyanın nüvə sektorundan dərin asılılığını açıq şəkildə nümayiş etdirir. Rusiyanın dövlət korporasiyası "Rosatom" dünya üzrə uranın zənginləşdirilməsi güclərinin təxminən 40%-nə və atom elektrik stansiyaları üçün reaktor ixrac bazarının 65%-nə nəzarət edir. Bu isə onu Kremlin mühüm geosiyasi təsir alətlərindən birinə çevirir.

Bununla belə, G7 ölkələri və Avropa İttifaqı indiyədək "Rosatom"a qarşı tammiqyaslı sanksiyalar tətbiq etməyib. Analitiklərin fikrincə, bu, nüvə yanacağı tədarükündə Rusiyadan yüksək asılılıqla bağlıdır.

2023-cü ildə Rusiya zənginləşdirilmiş uran ixracından təxminən 2,7 milyard dollar gəlir əldə edib və bu məhsulun əsas alıcıları arasında ABŞ və Aİ ölkələri də olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1016   Tarix: 27 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya ordusu Ukraynanın bir qəsəbəsini nəzarətə götürüb

Rusiya Silahlı Qüvvələri Ukraynada bir yaşayış məntəqəsini öz nəzarəti altına alıb. xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Boqodarovka yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər

19:00 126
.

Argentinanın yeni baş naziri məlum olub

Argentinanın dövlət başçısı Xavyer Miley Manuel Adorninin tutduğu vəzifədən getməsindən sonra hökumətin yeni rəhbərini təsdiqləyib. Bu barədə AFP-yə istinadən xəbər verir. Məlumata görə, Nazirlər Kabinetinə keçən ilin noyabrından daxili işlər naziri vəzifəsini tutan 59 yaşlı Dieqo Santilli rəhbərli

12:30 181
.

Gündüz yuxusunun ən təhlükəli vaxtı: Ölüm riski XƏBƏRDARLIĞI

Yaşlı insanlarda gündüz yuxusu adətən normal hal hesab olunur və orqanizmin bərpasına kömək edir. xarici mediaya istinadən xəbər verir ki, alimlər təkcə gündüz yuxusunun müddəti deyil, onun hansı saatlarda baş verməsinin də sağlamlıq haqqında mühüm məlumat verə biləcəyini bildirirlər. Alimlər müəyyə

16:45 220
.

Finlandiyada nüvə silahının yerləşdirilməsi ilə bağlı Rovaniemi bazası gündəmə gəlib

Finlandiyada nüvə silahının yerləşdirilməsi ilə bağlı Rovaniemi bazası gündəmə gəlib. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, Finlandiyanın şimalında, Rusiya sərhədinə yaxın məsafədə yerləşən Rovaniemi aviabazası gələcəkdə nüvə silahının yerləşdirilə biləcəyi əsas məntəqələrdən biri kimi qiymətləndirilir

12:30 185
.

Ərdoğan: "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil"

"1926-cı ildə baş tutan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil". "Report"a istinadən xəbər verir ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsini

14:30 191
.

Banklar vətəndaşların etimadını necə bərpa edə bilər? - İQTİSADÇIDAN AÇIQLAMA

Son günlər bank sektorunda yaşanan texniki nasazlıqlar minlərlə vətəndaşın gündəlik maliyyə əməliyyatlarına mənfi təsir göstərdi. Kart ödənişlərində yaranan problemlər, mobil tətbiqlərə girişdə çətinliklər və bəzi köçürmələrin gecikməsi müştərilər arasında narahatlıq yaradaraq bank sisteminə olan etimad

13:07 225
.

Azərbaycanla Ekvador arasında viza tələbi LƏĞV EDİLDİ

Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"i

20:15 38
.

Azərbaycanda ilin sonunadək kripto haqqında qanun təsdiqlənə bilər

"Azərbaycan Mərkəzi Bankı (AMB) 2027-2030-cu illəri əhatə edəcək yeni maliyyə sektorunun inkişaf strategiyası hazırlayır. Strategiyada rəqəmsallaşma və süni intellekt əsas prioritetlərdən olacaq". xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyala

14:00 207
.

Kasım-Jomart Tokayev: "Azərbaycan bu gün türk dünyasında xüsusi yer tutur"

"Azərbaycan bu gün türk dünyasında xüsusi yer tutur". "Report"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına ünvanladığı müraciətd

15:00 171
.

TOP MP3