Prezident bu teatrın kollektivini təbrik etdi

Prezident bu teatrın kollektivini təbrik etdiPrezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılış münasibətilə kollektivə təbrik ünvanlayıb.

Axar.az təbrikin mətnini təqdim edir:

"Əziz dostlar.

Sizi əlamətdar hadisə - Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının genişmiqyaslı yenidənqurmadan sonra açılışı münasibətilə təbrik edirəm.

Rusiya Federasiyasının və Dağıstan Respublikasının rəhbərliklərinə Azərbaycan xalqının mədəni-tarixi irsinin bu abidəsinin qorunmasına göstərilən diqqətə görə təşəkkürümü bildirirəm.

Bir əsrdən çox tarixi olan bu mədəniyyət mərkəzi Azərbaycan milli teatr sənətinin ən qədim kollektivlərindən biridir.

Rusiya Federasiyasında Azərbaycan dilində yeganə dövlət teatr müəssisəsi olan Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrı Dağıstanın mədəni həyatında daim mühüm rol oynayıb və respublikanın ərazisində yaşayan azərbaycanlıların milli və mənəvi dəyərlərinin qorunmasına töhfə verib. Görkəmli Azərbaycan dramaturqlarının əsərlərinin uğurla tamaşaya qoyulması mədəniyyət mərkəzinə təkcə Dağıstanda deyil, həm də onun hüdudlarından kənarda geniş tamaşaçı rəğbəti qazandırıb.

Bu gün Dərbənddə Azərbaycan teatrının fəaliyyətini bərpa etməsi həm peşəkar sənətçilər və incəsənətə dəyər verənlər, həm də zəngin mədəni rəngarəngliyə malik Dağıstanın bütün əhalisi üçün böyük, çoxdan gözlənilən bayramdır.

Azərbaycan və Dağıstan xalqlarını əsrlər boyu sıx dostluq əlaqələri, mehriban qonşuluq və qarşılıqlı dəstək birləşdirib. Bu ənənəvi əlaqələr Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərdə xüsusi rola malikdir.

Humanitar əməkdaşlığın inkişafı öz növbəsində Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin mühüm amilidir. Əminəm ki, Azərbaycan ilə Dağıstan arasında sıx əməkdaşlıq, o cümlədən mədəni-humanitar əlaqələr gələcəkdə də ardıcıl inkişaf edəcək və Azərbaycan-Rusiya müttəfiqlik qarşılıqlı münasibətləri məcrasında genişlənəcəkdir.

Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının bütün kollektivini bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edirəm.

Teatra yeni yaradıcılıq uğurları arzulayıram".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 679   Tarix: 27 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğan: "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil"

"1926-cı ildə baş tutan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil". "Report"a istinadən xəbər verir ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsini

14:30 191
.

Hörmüz boğazında gəmiçiliyin tam bərpası nə vaxt mümkün olacaq?

"İranla ABŞ arasında atəşkəs əldə olunsa belə, Hörmüz boğazında gəmiçiliyin tam bərpa edilməsi aylarla vaxt aparacaq". xəbər verir ki, bunu "Financial Times" qəzetinə Yaponiyanın "NYK Line" gəmiçilik şirkətinin rəhbəri Takaya Soqa deyib. Qeyd olunur ki, həllini gözləyə

17:15 160
.

Unikal yeraltı şəhərcik - Başçı aşkarlanan tunelləri təqdim etdi - VİDEO

2023-cü ildə Göygöl şəhərində almanların saldığı 6 küçədən biri olan Hummel küçəsində yeraltı şəhərcik aşkarlanıb. Yeddi tuneldən ibarət olan və vaxtilə şərab anbarı kimi istifadə edilən bu tarixi tikilinin əhəmiyyəti və keçmişi barədə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ARB Televiziyasın

20:21 0
.

Yağıntılı hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında iyunun 30-u gündüzdən iyulun 1-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğu

16:59 186
.

İlham Əliyev: "TDT layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır"

"Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Birinc

13:30 193
.

Banklar vətəndaşların etimadını necə bərpa edə bilər? - İQTİSADÇIDAN AÇIQLAMA

Son günlər bank sektorunda yaşanan texniki nasazlıqlar minlərlə vətəndaşın gündəlik maliyyə əməliyyatlarına mənfi təsir göstərdi. Kart ödənişlərində yaranan problemlər, mobil tətbiqlərə girişdə çətinliklər və bəzi köçürmələrin gecikməsi müştərilər arasında narahatlıq yaradaraq bank sisteminə olan etimad

13:07 225
.

FRANSA YANIR: İqlim böhranı qarşısında inkişaf etmiş ölkələr də aciz qala bilir

Xəbər verdiyimiz kimi, Avropanın bir sıra ölkələrini anomal istilər cənginə alıb. Fransada mindən çox insan qızmar istilərin qurbanı olub. Avropada özünü lider adlandıran Fransa bu fəlakətin qarşısında aciz qalıb. Ölkənin onlarla infrastruktura zərər dəyib, yollar əriyib, göllər buxarlanıb. Fransad

19:30 104
.

Gündüz yuxusunun ən təhlükəli vaxtı: Ölüm riski XƏBƏRDARLIĞI

Yaşlı insanlarda gündüz yuxusu adətən normal hal hesab olunur və orqanizmin bərpasına kömək edir. xarici mediaya istinadən xəbər verir ki, alimlər təkcə gündüz yuxusunun müddəti deyil, onun hansı saatlarda baş verməsinin də sağlamlıq haqqında mühüm məlumat verə biləcəyini bildirirlər. Alimlər müəyyə

16:45 220
.

Paltaryuyan maşında qalan yaş paltar nə vaxt təhlükəli olur?

Yuyulmuş paltarları paltaryuyan maşının barabanında unudub saxlamaq demək olar ki, hər kəsin başına gələn vəziyyətdir. Yemək hazırlayarkən, uşaqlarla məşğul olarkən və ya maraqlı film izləyərkən paltarları maşından çıxarmağı unutmaq mümkündür. -ın xarici mediaya istinadən xəbərinə görə, belə hallard

18:15 157
.

TOP MP3