Rusiya işğal olunmuş Ukrayna ərazilərinin resurslarını satır - "Reuters"
Rusiya işğal olunmuş Ukrayna ərazilərindəki resursları hərraca çıxarır və artıq Luqansk vilayətində yerləşən iri qızıl yataqlarından birini satıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Moskva dövlət onlayn hərracları vasitəsilə bu ərazilərin təbii ehtiyatlarına nəzarəti artırır. Satışa çıxarılan aktivlər arasında şaxtalar, karyerlər və kənd təsərrüfatı sahələri də var.
Artıq satılan aktivlər sırasında Luqansk vilayətində yerləşən dörd şaxtadan qumdaşı, çınqıl, qranit və təbaşir hasilatı hüquqları da yer alır.
Ən iri sövdələşmələrdən biri Luqanskdakı Bobrikivske qızıl yatağının işlənməsi hüququnun satışı olub. Bu hüquqları "Alçevskpromqrup" şirkəti 9,7 milyon dollara əldə edib. Şirkət əsasən Rusiyanın Uzaq Şərqində fəaliyyət göstərən "Polyanka" mədən şirkətinin nəzarətindədir.
Hərrac sənədlərinə əsasən, yatağın ehtiyatları təxminən 1,64 ton qızıl təşkil edir ki, bu da mövcud qiymətlərlə təxminən 260 milyon dollar dəyərində qiymətləndirilir.
Bu yatağın işlənməsi ilə əvvəllər Avstraliyanın "Korab Resources" şirkəti məşğul olub. Lakin şirkət 2014-cü ildə Rusiya tərəfindən ərazinin işğalından sonra fəaliyyətini dayandırıb və layihəni bağlayıb.
Sentyabr ayında çəkilmiş peyk görüntüləri yataqda işlərin başlana biləcəyini göstərir. Ərazidə texnika izləri, ekskavator və mədən tullantılarının yaxınlığında yerləşən konteynerlər müşahidə olunub.
Ekspertlər qeyd edir ki, işğal olunmuş ərazilərin saxlanması Rusiya üçün baha başa gəlir. Lakin bu ərazilərin təbii və sənaye resurslarının istifadəsi müharibə xərcləri və beynəlxalq sanksiyalar fonunda mühüm maliyyə mənbəyinə çevrilə bilər.
Vaşinqtondakı Müharibənin Öyrənilməsi İnstitutunun tədqiqatçısı Karolina Hird bildirib: "Bu, vəziyyəti elə nöqtəyə gətirə bilər ki, işğal Rusiya üçün faktiki olaraq gəlirli olsun."
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 792 Tarix: 27 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133