"İran NATO üçün artan təhlükədir"

"İran NATO üçün artan təhlükədir""İran Alyans üçün artan təhlükədir".

"Qafqazinfo" xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Brüsseldə NATO-nun qərargahında 2025-ci il üzrə İllik Hesabatın təqdimatı zamanı keçirdiyi mətbuat konfransında deyib.

O, NATO-nun bütün müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün birlik və qətiyyətlə hərəkət etdiyini vurğulayıb:

"Dünya sürətlə dəyişir və NATO da bu dəyişikliklərə uyğunlaşır".

Baş katib Rusiyanın Ukraynaya davam edən hücumu və Çinin hərbi gücünü artırmasını da əsas risk faktorları kimi dəyərləndirib.

Onun sözlərinə görə, 2025-ci il Alyans üçün daha çox iş görülməli olduğunu açıq şəkildə göstərib:

"NATO həm bu gün, həm də gələcəkdə yarana biləcək bütün təhlükələrə cavab vermək qabiliyyətini qorumaq üçün birlikdə hərəkət edir".

Rütte əlavə edib ki, müdafiə və investisiya sahəsində mühüm irəliləyişlər əldə olunub və NATO əvvəlkindən daha güclü mövqedədir.

Baş katib bildirib ki, 2025-ci ildə müttəfiq ölkələrin hamısı müdafiə xərclərini ÜDM-in ən azı 2 faizi səviyyəsinə çatdıracaq, bir çoxları isə bu göstəricini aşacaq.

O vurğulayıb ki, uzun illər ərzində bəzi müttəfiqlər kifayət qədər məsuliyyət daşımayıb və daha çox ABŞ-yə güvəniblər, lakin artıq təhlükəsizlik mühitinin dəyişməsi ilə ümumi yanaşmada ciddi dönüş baş verib.

Rütte çıxışında İranın yaratdığı təhlükəyə xüsusi diqqət ayırıb. O, Hind okeanında yerləşən Dieqo Qarsiya hərbi bazasına yönəlmiş raket hücumunu nümunə göstərərək bildirib ki, Tehran artıq daha uzaq məsafələri hədəfə ala bilən imkanlara malikdir.

"Bu cür hücumlar göstərir ki, İran müttəfiqlər üçün getdikcə daha təhlükəli potensiala sahib olur. Yaxşı xəbər isə odur ki, NATO bütün üzvlərinin yanında möhkə dayanır", - deyə o vurğulayıb.

Rütte həmçinin Şimali Koreya, İran, Rusiya və Çin arasında artan əməkdaşlığın narahatlıq doğurduğunu qeyd edib və bu məsələdə "sadəlövh olmamağa" çağırıb.

Baş katib əlavə edib ki, İranın nüvə silahına sahib olmasının qarşısının alınması NATO üçün prinsipial məsələdir. O bildirib ki, Alyans İranın regionda həyata keçirdiyi hücumları pisləyir və xüsusilə Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasını vacib hesab edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1104   Tarix: 26 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.