İran Hörmüz boğazından keçmək istəyən gəmilərdən pul alır
İran rejimi Hörmüz boğazından təhlükəsiz keçid üçün bəzi gəmilərdən ödəniş alır.
Lent.az xəbər verir ki, bu barədə martın 24-də "Bloomberg" mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, İran tərəfi bir reys üçün 2 milyon dollara qədər ödəniş tələb edir. Beləliklə, strateji əhəmiyyətə malik bu dəniz yolundan keçid üçün faktiki olaraq qeyri-rəsmi tranzit rüsumu formalaşır.
Nəşrin yazdığına görə, bəzi gəmilər ödəniş edib. Lakin mexanizm, o cümlədən istifadə olunan valyuta əvvəlcə aydın olmayıb və dənizçilərin sözlərinə görə, bu hal hələlik sistemli xarakter daşımır. Agentliyin mənbələrinin bildirdiyinə görə, bu ödənişlər açıq şəkildə elan olunmadan həyata keçirilib.
"Şəffaflığın olmaması və növbəti hədəfin kim olacağı ilə bağlı qeyri-müəyyənlik bu dəniz dəhlizində gərginliyi daha da artırır", - materialda qeyd olunur.
"Bloomberg" yazır ki, ABŞ-ın İrana qarşı müharibəsi başlayandan bəri Hörmüz boğazından çox az sayda gəmi keçib və onların əksəriyyəti İran rejimi ilə əlaqəli olub. Digər azsaylı gəmilərin isə ehtimal ki, İran sahillərinə yaxın alternativ marşrutları seçdiyi bildirilir.
Mənbələrdən biri qeyd edib ki, hazırda ödənişlər ayrı-ayrı gəmilərdən fərdi qaydada alınsa da, İran hakimiyyəti bu cür rüsumların "müharibədən sonrakı daha geniş razılaşma" çərçivəsində rəsmi şəkildə tətbiqini artıq müzakirə edir. Eyni zamanda agentliyin digər həmsöhbətləri vurğulayır ki, hətta qeyri-rəsmi ödənişlər belə Fars körfəzi ölkələrinin ərəb şirkətləri üçün qəbuledilməzdir. Çünki bu, təhlükəli presedent yaradır, suverenlik məsələlərini şübhə altına alır və əsas dəniz marşrutunun enerji ixracına təzyiq vasitəsi kimi istifadə olunması riskini artırır.
"Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri öz neftlərini dünya bazarlarına çatdırmaq üçün bu marşrutdan asılıdırlar. Lakin hazırda onlar nefti müştərilərinə çatdırmaq üçün Hörmüz boğazını yan keçən alternativ boru kəmərlərinə üstünlük verirlər", - deyə Bloomberg yekunlaşdırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1160 Tarix: 25 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO
Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin
03.10.2026 268 Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"
Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın
03.10.2026 150 Azərbaycanda ət BAHALAŞDI - YENİ QİYMƏT+VİDEO
Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9- 12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır. Satıcıların sözlərinə görə, qiymət artımının əsas səbəb
03.10.2026 207 DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
03.10.2026 233 Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb
Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
03.10.2026 149 3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini
03.10.2026 326 Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM
Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi
00:09 103 Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". BİG.AZ Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yen
00:31 92 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
03.10.2026 138