Buraxılış imtahanında yazıb-pozan qələm müzakirəsi: DİM-dən AÇIQLAMA

Buraxılış imtahanında yazıb-pozan qələm müzakirəsi: DİM-dən AÇIQLAMAMartın 9-da və 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında bəzi abituriyentlərin cavab kartlarını yazıb-pozan qələmlə doldurduqları məlum olub.

Oxu.Az xəbər verir ki, bu cür qələmdən istifadə edənlərin nəticələrinin etibarsız sayılacağı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu, xüsusi və geniş yayılmış bir problem deyil.

"Açığı, elə də ciddi məsələ deyil. Sadəcə olaraq, sən karandaşla və ya qələmlə verilən dairəni qaralayırsan. Skaner sistemi belə işləyir: əgər dairə düzgün şəkildə qaralanıbsa, cavabı oxuyur, onu düzgün və ya səhv kimi qeydə alır. Əgər dairə qaralanmayıbsa, sistem onu oxumur. Dairənin necə qaralanmalı olduğu da hər bir iştirakçının cavab kartında nümunə kimi göstərilir. Yəni abituriyentə dairəni necə doldurmalı olması əvvəlcədən izah edilir. Qaydalarda qeyd olunub ki, imtahan iştirakçısı cavab kartındakı dairəni sadə karandaşla və ya diyircəkli qələmlə (qara/göy) tam şəkildə qaralamalıdır. Məsələ bununla bitir", - deyə X.Xanlarzadə bildirib.

Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri ilə bağlı rəsmi məlumata görə, nəticələrin imtahandan sonra təxminən yeddi həftə ərzində açıqlanması nəzərdə tutulur. Bu isə aprelin sonu və mayın əvvəlinə təsadüf edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 831   Tarix: 24 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var

Rusiya paytaxtı Moskvanın mərkəzində restoranın müştərisi qarnından bıçaqlanıb. Bu barədə -ya istinadən xəbər verir. Məlumata görə, hadisə oktyabrın 1-də axşam "Lubyanka" metrostansiyasının yaxınlığındakı Nikolskaya küçəsində yerləşən restoranda baş verib. Mənbələrin bildirdiyinə görə, ik

03.10.2026 176
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

03.10.2026 161
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

00:50 74
.

Moldovanın hava məkanı PUA-larla pozulub

Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd

03.10.2026 145
.

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d

03.10.2026 101
.

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr

03.10.2026 206
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

00:29 103
.

"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı

Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind

03.10.2026 173
.

Azərbaycan banklarının xalis xarici aktivləri 20 %-dən çox artıb

Bu ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 462,2 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i müqayisədə 1,4 %, ilin əvvəlinə nisbətən 25,6 %, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is

03.10.2026 149
.