Maksim Medvedev: "Bir oyunçu necə 30 metrdən tüpürə bilər?"

Maksim Medvedev: "Bir oyunçu necə 30 metrdən tüpürə bilər?""Oyunda hakimdən qaynaqlanan problemlər var idi. Çünki o, matçın əvvəlindən etibarən bizim əleyhimizə xırda follar (qayda pozuntusu) verirdi. Səkkizinci dəqiqədə isə daha ciddi problem yaşandı və rəqib qol vurdu. Rəqibin vurduğu qoldan əvvəl həm yan hakim bayrağını qaldırdı, həm də baş hakim fit çaldı. Buna baxmayaraq rəqib topu qapıya göndərdi. Bundan sonra hakimlər öz aralarında müzakirə apardılar və belə qərar qəbul etdilər ki, qol hesaba alınsın. "YouTube"da bunun görüntüləri də mövcuddur. Bu cür oyunlarda daha yaxşı hakimlər təyin olunmalıdır. "Sabah-2" "Qarabağ-2" oynayır və rəqib çempionatın birincisidir. Buna baxmayaraq hakim bu cür səhvlər edir. Məncə, AFFA da bunu nəzərə alaraq, oyuna daha yaxşı hakim göndərməlidir".

Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə "Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev deyib.

O, Əvəzedicilər liqasının 21-ci turunda "Sabah-2"yə 2:1 hesabı ilə qalib gəldikləri oyunda baş verənlərdən danışıb.

M.Medvedev həmin matçın 43-cü dəqiqəsində komandasını meydandan çıxarmasına aydınlıq gətirib:

"Matçın 43-cü dəqiqəsində hesab 1:1 idi. Rəqib oyunçu künc zərbəsini ötürülən topa əllə toxunaraq qapıya göndərməyə çalışdı. Yəni Maradonasayağı qol vurmaq istədi. Hakim də həmin epizodu gördü və fol kimi dəyərləndirdi. Lakin bunun qarşılığında rəqib oyunçuya sarı vərəqə vermədi. Normalda belə epizodlar "sarı"dır. Bizim futbolçumuz Sami Mmae də hakimə irad bildirdi ki, "epizodu saxlamısan, buna sarı vərəqə verməlisən". Amma hakim, əksinə, Sami Mmaeyə sarı vərəqə verdi. Daha sonra isə o, hakimə rəqibə deyil, özünə sarı vərəqə verdiyinə görə təşəkkür etdi. Bundan sonra hakim ikinci sarı vərəqəni verdi və Samini meydandan qovdu.

Bizim də rəhbərliyimiz orada idi. Mən də onlara dedim ki, "bu, mümkün deyil, belə bir şey ola bilməz". Biz hər dəfə "Sabah"la oynayanda bu cür epizodlar olur, əleyhimizə qərarlar verilir. Bundan əvvəlki oyunda da bizim futbolçumuza qırmızı vərəqə verilmişdi. Hakim protokola qeyd etmişdi ki, "futbolçu mənə tüpürüb". Amma epizod "YouTube"da var, baxanda görünür ki, bizim oyunçumuz hakimdən 30 metr aralıdadır. Başa düşə bilmirəm, bir oyunçu necə 30 metrdən tüpürə bilər? Yəni bu cür qərarlar qalmaqallara yol açır.

43-cü dəqiqədə Mmaeyə verilən qırmızı vərəqədən sonra dedim ki, rəqibə 3 xal lazımdırsa, meydandan çıxırıq, xal onların olsun. Paltardəyişmə otağına yollandıq. Komandamızın direktoru da gəldi və hakim-inspektor Ömər Paşayevə iradlar bildirildi.

Ö.Paşayev özü də idarəçilikdən şoka düşmüşdü, o da nə deyəcəyini bilmədi. Daha sonra direktorumuz gəldi, bizə bildirdi ki, "çıxıb oynayın". Biz də meydana çıxdıq, oynamağa başladıq. Künc zərbəsindən qol vurub 2:1 hesablı qalibiyyət əldə etdik. Normal haldır ki, oyundan sonra ara qarışdı, bəzi şeylər baş verdi. Paltardəyişmə otağına girəndə gördük ki, "Sabah"ın paltardəyişmə otağından səslər gəlir, orada dava olub, polislər də otağa daxil olublar. Kimsə stadionun şüşələrini sındırmışdı. Amma rəqibin paltardəyişmə otağında baş verənlərin bizə heç bir aidiyyəti yox idi".

Məşqçi iki futbolçunun polis bölməsinə aparılması ilə bağlı yayılan xəbər barədə isə bunları deyib: "Məncə, onlar futbolçular deyildilər, başqa adamlar idi. Kim olduqlarını bilmirəm. Amma oyunda və ondan sonra da ara qatan adamlar həmin şəxslər idi".

M.Medvedev əvəzedicilərin oyunlarında dəfələrlə bərbad hakim idarəçiliyi ilə üzləşdiklərini də sözlərinə əlavə edib:

"Ümumiyyətlə, bu, ilk dəfə baş verən hal deyil. Dəfələrlə belə hallar yaşanıb, amma bu əvəzedicilər komandasıdır. Biz futbolçuların inkişafını istəyirik, onlara nəsə qatmağa çalışırıq. Onsuz da burada nəticə qazanılsa da, bir şey dəyişməyəcək. Guya əvəzedicidə çempion olsaq, nə olacaq? Orada nə dəyişəcək ki?

Əvəzedicilərdə ən gənc komanda "Qarabağ"ın komandasıdır. 2007-2008-ci il təvəllüdlü futbolçulara şans veririk ki, təcrübə qazansınlar. Onlar milli komandaya kömək edirlər. Amma bu cür hakimliklə, bu cür qərarlarla onların inkişafına ziyan vurulur. AFFA-nın verəcəyi cəzaya da hazıram. Yəni nə dəyişəcək ki? Axı bu hakimləri kim necə təyin edir?! Bizim oyunlarda bu cür anlaşılmaz qərarlar verilir. Başa düşmürəm ki, məqsəd nədir? Bu gün milli komandaya ən çox futbolçu verən məhz "Qarabağ"dır.

Yəni istər bizim heyətimizdən, istər aşağı yaş qruplarından xeyli futbolçu milli komandalara çağırılır. Bu cür oyunçulara belə psixoloji zərbələr vurmaq olmaz. Meydanda əziyyət çəkirlər, çalışırlar ki, özlərini inkişaf elətdirsinlər, amma onlara qarşı belə hallar olur. Sonra mən özüm də futbolçuya nəsə deməkdən və hansısa bir tapşırıq verməkdən çəkinirəm.

Bu futbolçular meydanda can qoyurlar, zədələnirlər. Amma əziyyətlərinin qarşılığı belə qərarlarla yerə vurulur və sonra da o futbolçunun psixoloji durumunu düzəltmək çətin məsələdir. Bu cür vəziyyətlə üzləşəndə onlar həvəsdən düşürlər. Dəfələrlə AFFA-ya şikayət etsək də, heç bir xeyri yoxdur.

Tüpürməyə görə cəzalandırılan oyunçuya görə gedib şikayət etdik, görüntülər verdik, amma min manat cərimə kəsdilər və dördoyunluq diskvalifikasiya etdilər. Yəni heç nə dəyişmədi. Maraqlıdır ki, bu cür hadisələr kritik anlarda baş verir. Yəni adi oyunlarda çox yaxşı idarəçilik edirlər, kritik məqamlara çatanda isə bu cür anlaşılmaz qərarlar verirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 640   Tarix: 24 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini

03.10.2026 326
.

Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu

Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a

03.10.2026 143
.

3 oktyabr - Azərbaycanın taleyində dönüş nöqtəsi

"3 oktyabr 1993-cü il Azərbaycan tarixinin yaddaşında adi bir seçki günü kimi qalmayıb. Bu tarix müstəqilliyini yenicə bərpa etmiş, lakin müstəqilliyini qoruyub saxlamaq üçün ağır sınaqlardan keçən Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi tarixə düşüb. Həmin gün Ümummilli lide

03.10.2026 171
.

Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər - YENİ MEXANİZM

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Milli Məclisdə 25 sentyabr 2026-cı ildə birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsi

00:09 103
.

Ərdoğan Türk dövlətlərini Əməkdaşlıq Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sosial media hesablarında Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə təbrik mesajı yayılıb. "Report" xəbər verir ki, Türkiyə Prezidentinin "X" hesabındakı paylaşımda qeyd edilib:. "Türk Dövlətləri Təşkilatımızın yaradılmasına imka

03.10.2026 143
.

Moldovanın hava məkanı PUA-larla pozulub

Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd

03.10.2026 145
.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

00:19 107
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

00:23 109
.

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Nayrobi-Mombasa magistral yolunda bir neçə avtomobilin kütləvi toqquşması nəticəsində ən azı 17 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Keniya polisisinə istinadən xəbər verir. Polisin məlumatına görə, qəza Salam şəhərində baş verib, belə ki, sahi

03.10.2026 150
.