Cənubi Amerikada insanlar və təbiət tərəfindən yaradılmayan nəhəng tunellər tapıldı
Cənubi Braziliyanın təpələri altında və Argentinanın şimalında alimlər tərəfindən aşkarlanan nəhəng tunellərin çox güman ki, Buz dövründə yaşamış iri heyvanlar tərəfindən qazıldığı ehtimal olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" yazır.
Uzunluğu 548 metrə qədər çatan və içindən yetkin bir kişinin rahatlıqla keçə biləcəyi qədər geniş olan bu tunellər nə insanlar, nə də təbii geoloji proseslər tərəfindən yaradılıb.
Məqalədə qeyd olunur ki, son on ildə tədqiqatçılar bu tip 1500-dən çox nəhəng tuneli xəritələşdirərək qədim yeraltı dünyanı üzə çıxarıblar. Bu keçidlərin divarlarında pəncə izlərinə bənzər izlər var ki, bu da onların tarixdən əvvəlki iri canlılar tərəfindən qazıldığını göstərir.
Bu yeraltı kameralar çaylar və ya geoloji qüvvələr tərəfindən yaranmış tipik mağaralara bənzəmir. Braziliyanın Rio-Grandi-du-Sul Federal Universitetinin geoloqu Henrix Frenkin sözlərinə görə, tunellərin forması və quruluşu heç bir məlum təbii və ya süni formalaşmaya uyğun gəlmir.
Alim bildirib ki, dünyada dairəvi və ya oval kəsikli, qolları olan, yuxarı-aşağı yönələn və divarlarında pəncə izləri olan belə uzun tunelləri yarada biləcək heç bir geoloji proses mövcud deyil.
Bu tunellərin həm də insanlar və texnika üçün qazılması çətin olan ərazilərdə yerləşməsi onların iri heyvanlar tərəfindən yaradıldığı ehtimalını gücləndirir.
Araşdırmaçılar nəhəng yuvaların ölçülərini və divarlardakı pəncə izlərini analiz ediblər. Ən böyük tunellərin eni və hündürlüyü ən azı 2 metrdir ki, bu da nəhəng quruda yaşayan tənbəllərin, xüsusilə meqateriumların ölçülərinə uyğundur.
Bu növün 3,5 metr hündürlüyə və 4 tona qədər çəkiyə çatdığı, bu tunellərin əsas "yaradıcısı" olduğu hesab edilir.
Tədqiqatçılar müəyyən ediblər ki, divarlardakı uzun və əyri pəncə izləri müasir heyvanlardan, məsələn, qısa pəncəli armadillolardan fərqli olaraq, məhz tənbəllərin pəncələrinə uyğundur.
Geoloq qeyd edib ki, indiki dövrdə yaşayan 40 kiloqramlıq heyvanın 40 santimetr enində və 6 metr uzunluğunda yuva qazdığını nəzərə alsaq, 1,5 metr enində və 76 metr uzunluğunda tunelləri nə yarada bilərdi - bunun üçün heç bir izah yoxdur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 853 Tarix: 20 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşErmənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri
00:51 180 Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb
Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
03.10.2026 153 Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA
Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard
00:13 172 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
03.10.2026 206 Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
00:17 196 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar
11:10 54 DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
03.10.2026 298 Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?
"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr
03.10.2026 230 Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını
00:29 211