Mayasından ucuz maşın satan "NBK Motors" necə ayaqda qalır? - Şikayət
Azərbaycanın avtomobil bazarında dominantlıq edən Çin istehsalı maşınların satışında qəribə vəziyyət yaranıb.
Tribuna.az-a müraciət edən avtomobil satışçı salonları bazarda mövcud şirkətlərdən birinin çox ucuz qiymətə avtomobil satdığını qeyd edirlər.
Onlar bildirirlər ki, bu ucuz qiymət mövcud şərtlərlə uyğun gəlməməklə yanaşı, həm də həmin şirkətyin vergi və ya gömrükdən yayınmasına ciddi şübhələr yaradıb.
Söhbət Çin maşını bazarını bir birinə vurmuş "NBK Motors" MMC-dən gedir. Belə ki, sözügedən MMC artıq digər rəsmi distribyüterlərin nəinki bazarını "öldürüb", həm də onların müflis olmasına belə səbəb olmağa başlayıb.
Məsələnin mahiyyəti nədən ibarətdir? Baş verənlərdən şikayətçi düşən Lənkəran Avtomobil Mərkəzi, "Auto Drayver", və "KN transport" MMC avtomobil satışı şirkətləri "NBK Motors"un ucuz maşın satmasının içində qanunsuzluğun olduğunu düşünürlər. Bunu da onunla əsaslandırırlar ki, mövcud xərclərlə satış qiyməti arasında 2000 manatlıq bir fərqin yaranması qeyri-mümkündür. Onlar qeyd edirlər ki, "BYD" avtomobilinin SA05 markasının Çindən alınma qiyməti 8700 dollar təşkil edir. Bir avtomobilin Azərbaycana çatdırılması xərci isə 1600 dollar civarındadır. Bura 102 dollar sığorta, 5540 manat gömrük rüsumu və digər xərclər də 600 manat olur. Üstəlik, xaricə pul köçürmə xərci də 6 faiz təşkil edir ki, nəticədə sözügedən markanın toplam maya dəyəri 23 min 830 manata çatır. Onlar sual edirlər ki, Bakıya 23 min 830 manata gələn avtomobil necə olur ki, "NBK MOTORS" 21 min 800 manata satır?
Şikayətçilər ikinci başqa bir misal da çəkiblər. Onlar qeyd edirlər ki, "Changan"ın Uni-Z modelinin Çində alınma qiyməti 14 min 400 dollara alınır. Bir maşının çatdırılma xərci isə 1700 dollara bərabərdir. Buraya gömrük (7150 manat) və digər xərclər (600 manat) də əlavə etdikdə, maya dəyəri 35 min 120 manat təşkil edir. "Amma bu gün NBK Motors həmin maşını 32 min manata satır. 3000 min manat qiymət fərqi ola bilməz. Bu mümkün deyil. Şübhəmiz var ki, "NBK Motors" MMC mütləq hansısa qanunsuzluq edir və ya buna bənzər əməllərlə məşğuldur".
Şikayətçilər Tribuna.az-a bildiriblər ki, indiyə qədər məsələnin araşdırılması üçün müxtəlif qurumlara teleqramlar vurublar. Lakin onlara cavab verilməyib. Ona görə də, İqtisadiyyat Nazirliyinə üz tutaraq, nazirdən xahiş ediblər ki, məsələni araşdırsın. "Biz cənab nazirdən xahiş eddirik ki, bu məsələni araşdırıb, tədbir görsün. Biz sahibkarları batmaqdan xilas etsin. Çünki biz xeyli sayda işçi saxlayır, dövlətə vergi veririk".
Tribuna.az açıq mənbələr üzərindən apardığı qısa araşdırma zamanı məlum olub ki, "NBK Motors" MMC heç də qanunlarla münasibəti yaxşı deyil. Elə bu səbəbdən də ötən ilin oktyabrında cərimlənib. Belə ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsilə protokol tərtib olunub. Səbəb "NBK Motors"un Çindən 8 ədəd nəqliyyat vasitəsini Samur keçid məntəqəsi vasitəsilə Azərbaycana gətirsə də, gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməməsidir. Nəticədə, 1500 manat cərimə olunub.
O da məlum olub ki, nizamnamə kapitalı 20 manat olan "NBK Motors" MMC-nin qanuni təmsilçisi çinli Aisaiti Ahatidir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1078 Tarix: 19 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşErmənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri
00:51 180 Azərbaycan manatının dövretmə sürəti 8 ayda azalıb
Bu ilin sentyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,04 bənd, ilin əvvəlinə nisbətən 0,24 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə is
03.10.2026 153 Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA
Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard
00:13 172 Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul
03.10.2026 206 Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
00:17 196 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar
11:10 54 DİQQƏT! Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"
03.10.2026 298 Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?
"Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələr
03.10.2026 230 Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını
00:29 211