Qərb mediası xəbərdarlıq edir: Neftin qiyməti 200 dolları keçə bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Qərb mediasında yayılan son xəbərlərə görə, Yaxın Şərqdə artan hərbi gərginlik qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb və bəzi analitiklər neft qiymətlərinin rekord səviyyələrə yüksələ biləcəyini istisna etmirlər. Xüsusilə ABŞ-İsrail və İran arasında qarşıdurmanın genişlənməsi, həmçinin dünya neft tədarükünün mühüm hissəsinin keçdiyi Hörmüz boğazında təhlükəsizlik risklərinin artması fonunda bəzi ekspertlər bir barel neftin qiymətinin 200 dollara qədər yüksələ biləcəyi ehtimalını gündəmə gətirir. Artıq beynəlxalq bazarlarda neft qiymətləri sürətlə bahalaşmağa başlayıb və son günlərdə Brent markalı neft 100 dollar həddini yenidən keçib.
Analitiklər bildirirlər ki, regionda münaqişə daha da dərinləşərsə və neft daşımaları ciddi şəkildə pozularsa, bu, qlobal enerji bazarında yeni şok yarada və qiymətlərin kəskin sıçrayışına səbəb ola bilər. Belə bir ssenari yalnız enerji bazarına deyil, həm də dünya iqtisadiyyatına təsir edə bilər. Qərb ekspertləri hesab edir ki, neftin qiymətinin kəskin artması inflyasiyanın yüksəlməsinə, nəqliyyat və istehsal xərclərinin bahalaşmasına, hətta bəzi ölkələrdə iqtisadi tənəzzül riskinin artmasına gətirib çıxara bilər.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, geosiyası gərginlik neftin qiymətinə təsir edir. Çünki müharibə gedir. Neftin üçdə birinin hasil olunduğu, beşdə birinin daşındığı bir bölgədə müharibə gedir. Təbiiki bu psixoloji olaraq neft qiymətlərinə təsir göstərir. Ancaq neftin qiymətinin 200 dolları keçəcəyi xəbərləri İranın basqı yaratmaq cəhdidir. Çünki neftin qiyməti 200 dolları keçərsə, bunu dünya iqtisadiyyatı qaldıra bilməz. Neftin qiyməti 200 dollar olacağı təqdirdə bunun təsirləri bütün dünyaya yayılsa, dünyadakı inflyasiyanı necə təsəvvür etmək olar? Onun sözlərinə görə, bəzi ölkələr bununla bağlı qərarlar alıb: "ABŞ 170 milyon barel nefti öz ehtiyatlarından gələn həftədən satışa çıxaracaqki, neftin qiyməti aşağı düşsün. Avropa Birliyi ölkələridə 400 milyon barel nefti öz ehtiyatlarından satışa çıxaracaq, neftin ucuzlaşması üçün. Yəni istənilən halda qiyməti aşağı salmağa cəhd edəcəklər.
Amma qiymətlərin artmasının səbəbi geosiyasi gərginlikdir. Sabah Tramp elan etsəki, müharibə bitdi və biz məqsədlərimizə çatdıq, bununlada neftin qiymətinin aşağı düşməsinin şahidi olacağıq. Yəni neftin indiki qiymətləri psixoloji qiymətlərdir, real iqtisadi qiymətlər deyil".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 719 Tarix: 12 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar
11:10 167 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
00:50 212 Tramp: "Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər"
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələrinin ona qarşı impiçment proseduruna başlamaq niyyətində olduqlarını bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Tramp qeyd edib ki, vaxtilə ABŞ-nin sabi
14:30 129 Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"
00:19 254 Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər
Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib
10:45 150 Dönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
00:27 261 Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu
14:00 137 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
15:20 124 GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər
00:25 233