Milyonlarla insanın yediyi meyvə: təhlükəliymiş
ABŞ-dan olan bir həkim iddia edir ki, milyonlarla insanın tez-tez yediyi bir meyvə əslində sağlamlıq üçün zərərli ola bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hüceyrə sağlamlığı üzrə mütəxəssis doktor Daniel Pompa meyvə ilə bağlı bir qədər mübahisəli fikirlər səsləndirilib.
Adətən çoxlu meyvə və tərəvəz yemək, xüsusilə də qidalanmaya bol yaşıl tərəvəzlər daxil etmək sağlamlıq üçün faydalı hesab olunur. Ancaq həkimin sözlərinə görə, bu fikir bir məşhur meyvəyə aid olmaya bilər.
Dünyada görünüşcə dadlı olsa da, insan üçün zəhərli olan bir çox meyvə var. Lakin söhbət onlardan getmir.
Həkimin fikrincə, bu meyvə banandır. Banana çoxları gündəlik qidalanmada, xüsusilə də yolda və ya işdə tez yeyilən qəlyanaltı kimi üstünlük verir.
Doktor Pompa banan haqqında olduqca sərt mövqe bildirib: "Məncə, bu, yeyə biləcəyimiz ən təhlükəli meyvədir. Hətta düşünürəm ki, bu, sağlam deyil, amma valideynlər bunu uşaqlarına verirlər".
Bir çox insan bunun səbəbini bananın tərkibindəki yüksək şəkər miqdarı ilə əlaqələndirə bilər. Lakin həkimə görə, əsas səbəb bu deyil.
Onun sözlərinə görə, məsələ daha çox bananın necə yetişdirilməsi ilə bağlıdır. Doktor Pompa iddia edir ki, bananlar "fungisidlər baxımından çox zəngindir". Bu maddələr kənd təsərrüfatında bananları böyümə zamanı göbələk xəstəliklərindən qorumaq üçün istifadə olunur.
Həkim bildirib: "Bananlar çoxlu miqdarda fungisidlərlə və etilen adlanan maddə ilə püskürdülür. Bu maddə yetişmə prosesini başlatmaq üçün istifadə olunur və bütün bunlar nəticədə bananın içinə, sonra isə bizim orqanizmimizə daxil olur".
Etilen bitki hormonudur. Hormonlar isə canlı orqanizmlərin bədənlərinə müəyyən prosesləri başlatmaq üçün siqnal verən kimyəvi maddələrdir.
Etilen sənayedə də istifadə olunur, lakin o, eyni zamanda bir çox bitkilərdə təbii şəkildə də mövcuddur. Bəzən bitkilərə yarpaqlarını tökmək siqnalı verir, meyvələrdə isə yetişmə prosesinin başlamasına səbəb olur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1006 Tarix: 11 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq
Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa
14:50 130 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
00:50 212 Dönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
00:27 261 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"
Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen
11:15 141 İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar
11:10 167 Putindən Kadırovla bağlı mühüm tapşırıq - Video
"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Ona - Zolotova tapşırıq verilib ki
10:30 172 Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK
Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard
00:17 228 Azərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
03.10.2026 159 "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr
10:15 171