Pulunuzu boşa xərcləməyin - bu məşhur saç vitaminləri zərərlidir
Saçların "ağarmasına qarşı" vitaminlər təbii rəngi geri qaytarmağın sadə yolu kimi getdikcə daha çox reklam olunur.
Lent.az xarici mediaya istinadən bildirir ki, lakin bu cür qida əlavələri sağlamlığa ciddi zərər vura bilər.
Saçların ağarmasına nə səbəb olur?
Saçların ağarmasına səbəb olan iki əsas amil var: genetika və yaşlanma.
Saç rəngi əsasən saç follikullarında olan melanin miqdarından asılıdır və yaş artdıqca orqanizm daha az melanin istehsal edir. Melanin saçlara, dəriyə və gözlərə rəng verən maddədir. Həmçinin müəyyən həyat tərzi vərdişləri də erkən ağarmaya səbəb ola bilər. Xüsusilə siqaret çəkmək və stress. Qida maddələrinin çatışmazlığı da müəyyən rol oynaya bilər.
Vitamin və mineral çatışmazlığı
Vitamin və ya mineral çatışmazlığı bəzi hallarda saçların ağarmasına səbəb ola bilər, lakin bu nadir hallarda baş verir. İlk ağ saçları müşahidə etdikdə qidalanma rasionunuzu nəzərdən keçirmək vacibdir.
Aşağıdakı qida maddələrinin çatışmazlığı erkən ağarmaya töhfə verə bilər:
vitamin B12
vitamin D
kalsium
mis
dəmir
sink
Əlavələr saçların ağarmasının qarşısını ala bilərmi?
Əgər orqanizmdə dəmir, vitamin D və ya vitamin B12 çatışmazlığı varsa, qida əlavələrinin qəbulu erkən ağarmanın qarşısını müəyyən dərəcədə ala bilər. Lakin "ağ saçlara qarşı" kimi xüsusi olaraq reklam edilən bəzi əlavələrin effektivliyini sübut edən elmi araşdırmalar yoxdur.
Bundan əlavə, vitamin və mineralları tövsiyə olunan gündəlik normadan artıq qəbul etmək müxtəlif problemlərə, o cümlədən həddindən artıq saç tökülməsinə səbəb ola bilər. Buna görə də, hər hansı "ağ saçlara qarşı" vitamin qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
Həqiqətən nə kömək edə bilər?
Düzgün qidalanma sağlam və gözəl saçların əsas şərtidir. Əksər insanlar balanslı qidalanma sayəsində kifayət qədər vitamin və mineral alır və əlavə qəbuluna ehtiyac duymur.
Qidalanmada aşağıdakılara üstünlük vermək tövsiyə olunur:
sağlam yağlar (məsələn, yağlı balıq və avokado)
yarpaqlı göyərtilər
sitrus meyvələri
giləmeyvələr
paxlalılar
yumurta
yunan yoqurtu
Populyar və sərt pəhrizlərdən uzaq durmaq lazımdır, çünki onlar qida maddələrinin çatışmazlığına səbəb ola bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 726 Tarix: 11 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar
11:10 167 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
00:50 212 Tramp: "Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər"
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələrinin ona qarşı impiçment proseduruna başlamaq niyyətində olduqlarını bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Tramp qeyd edib ki, vaxtilə ABŞ-nin sabi
14:30 129 Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"
00:19 254 Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər
Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib
10:45 150 Dönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
00:27 261 Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu
14:00 137 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
15:20 124 GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI
2027-ci ilin dövlət büdcəsinin hazırlanması fonunda gəlir və xərclərin hansı istiqamətlər üzrə müəyyənləşdiriləcəyi diqqət mərkəzindədir. Xüsusilə sosial ödənişlərin, əməkhaqlarının və pensiyaların artırılması ilə bağlı gözləntilər əhali üçün əsas məsələlərdən biridir. İnflyasiya və qiymət dəyişikliklər
00:25 233