Nazir yerli və əcnəbi aktyorlarla görüşdü - Fotolar
Martın 10-da Azərbaycan peşəkar milli teatrının yaradılmasının 153-cü ildönümü tamam olub.
Axşam.az xəbər verir ki, bu münasibətlə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı (AXTİ) və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib. Akademik Milli Dram Teatrında təşkil olunan tədbirə ölkəmizlə yanaşı, Türkiyə və Özbəkistanın teatr xadimləri, bu sahə üzrə aparıcı qurumların rəhbər və nümayəndələri qatılıblar.
Tədbir çərçivəsində mədəniyyət naziri Adil Kərimli Azərbaycanın və qardaş ölkələrin teatr təmsilçiləri ilə görüşüb. Görüşdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının baş direktoru Tamer Karadağlı, AXTİ-nin sədri Xalq artisti Hacı İsmayılov, Özbəkistanın Xalq artisti Yodqar Sağdiyev, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Cahangir Novruzov, İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Şəhər Teatrlarının baş bədii rəhbəri Ayşəgül İşsever, İBB Şəhər Teatrlarının aktrisası, Azərbaycanın Əməkdar incəsənət xadimi Məlahət Kalyoncu, Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Xalq artisti Samir Cəfərov iştirak ediblər.
Nazir Azərbaycanın mədəniyyət təqvimində xüsusi yer tutan Milli Teatr Günü münasibətilə təbriklərini çatdırıb, ölkəmizdə teatr sənətinin inkişaf yolundan söz açıb.
Qeyd olunub ki, 153 yaşlı Azərbaycan teatrı tarixin müxtəlif mərhələlərində qonşu və dost ölkələrin də sənət mühitinin formalaşmasına öz töhfəsini verib.
Nazir Prezident İlham Əliyev tərəfindən mədəniyyətin digər sahələri kimi, teatr sahəsinin də inkişafına yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb. Söhbət zamanı Türk dünyasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi, teatr kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin, birgə festival və müsabiqələrin təşkili, təcrübə mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 10 Mart 13 ildir ölkəmizdə Milli Teatr Günü kimi qeyd edilir. Əlamətdar gün Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında "Milli Teatr Günü"nün təsis edilməsi haqqında" 1 mart 2013-cü il tarixli Sərəncamı ilə təqvimimizə yazılıb.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 722 Tarix: 11 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda
00:48 297 327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı
11:00 140 Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu
14:00 137 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
00:50 212 Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu
Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a
03.10.2026 212 Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"
00:19 254 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
03.10.2026 292 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"
Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen
11:15 141 Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
03.10.2026 183