Türkiyə-İran gərginliyi: Raket hücumu və mümkün nəticələr - POLİTOLOQDAN AÇIQLAMA
Dünən İranın Türkiyəyə atdığı raket yenidən bölgədə gərginliyi artırdı. Bu xəbər həm qorxulu, həm də düşündürücüdür - çünki təhlükə indi artıq qonşuluğumuzda hiss olunur. Hadisənin regional təsirləri yalnız diplomatik sərhədlərlə məhdudlaşmır, həm də Türkiyənin ABŞ‑İran münaqişəsinə necə reaksiya verə biləcəyi sualını gündəmə gətirir. Ortada aydın bir cavab yoxdur: Türkiyə birbaşa müharibəyə qoşulacaq, yoxsa diplomatik yollarla vəziyyəti idarə edəcək?
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı BiG.AZ-a açıqlamasında bildirdi ki, İrandan Türkiyədə daxil olmaqla qonşu ölkələrə atılan raketlər, edilən hücumlar əslində müharibədə bir növ strateji çəkindirmə taktikasının işə salınmasıdır. Yəni Amerika və İsrail ilə müharibə aparan İran qonşu ölkələri hədəf almaqla belə bir rəy yaradırki, əgər qonşu ölkələr müharibənin dayandırılması üçün Amerika və İsrailə təzyiq göstərməsələr, müharibədən onlarda əziyyət çəkəcəklər. İran bir növ bütövlükdə regionu müharibəyə cəlb etməklə Amerika və İsrailə qarşı əks cəbhə formalaşdırmağa çalışır. Ən azından narazılıq formalaşdırmağa çalışır ki, bunada bir növ strateji çəkindirmə taktikası deyə bilərik. Düşünürəm ki, bu plan Xamneyinin sağ olduğu vaxt hazırlanıb. İran mediasında yayılan məlumatlar, verilən açıqlamalarada baxdıqda bu ehtimal güclənir. Xamneyinin dövründə belə bir plan hazırlanıb ki, əgər İrana hücum olacaqsa və ya Xamneyi öldürüləcəksə, İran qonşu ölkələrə ayrıseçkilik qoymadan Türkiyə, Azərbaycan, Körfəz ölkələrinə hücum etməli, onları bu müharibəyə cəlb etməli və bir növ xaos genişləndirilməlidir. Burada təbiiki məqsəd regionda Amerikaya qarşı narazılığın formalaşdırılması və bir növ İrana hücumların dayandırılması üçün ictimai rəyin formalaşdırılmasıdır. Düşünürəm ki, Türkiyəyə edilən hücumlarda buna hesablanıb. Təbiiki bu prosesdə əks effektdə yarana bilər. Onun sözlərinə görə, ilk gündən Körfəz ölkələridə daxil olmaqla İranın region ölkələrinə hücumu bu fikri formalaşdırdı ki, region ölkələridə müharibəyə qoşula bilərmi? İran hakimiyyətində belə bir fikir formalaşıb ki, onsuzda ciddi hücuma məruz qalırlar və müharibədən sağ çıxıb çıxmayacaqları məlum deyil: "Buda təbiiki qonşu ölkələrin müharibəyə qoşulması riskini yaradır. Mənim fikrimcə, indiki vaxtda Türkiyənin müharibəyə qoşulması, Türkiyənin strateji maraqlarına uyğun deyil. Ona görədə Türkiyə daha çox məsələnin diplomatik həll yolları ilə yoluna qoyulmasında maraqlıdır.
Sonuncu dəfə atılan raketdən sonra məsələyə dərhal reaksiyanın verilməsi, Pezeşkian ilə Ərdoğan arasında danışıqların aparılması, o cümlədən Türkiyənin hazırlıq vəziyyətinə gətirilməsidə onu göstərir ki, Türkiyə öz təhlükəsizliyini qorumaq üçün daha çox addımlar atacaq, nəyinki müharibəyə qoşulmaq istiqamətində. Türkiyə böyük ehtimalla bu müharibəyə qoşulmaq istəmir və qoşulmayacaq. Türkiyə o zaman müharibəyə qoşularki, İranda hakimiyyət tamamilə devrilər və xaos yaranar. Yəni eyni ilə Suriyada olduğu kimi eyni ssenari İranda təkrarlanarsa, Türkiyə müharibəyə qoşula bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 952 Tarix: 10 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq
Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib
17:50 0 Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri
00:51 223 Dönər həvəskarlarına PİS XƏBƏR
Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua
00:27 261 Tramp: "Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər"
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələrinin ona qarşı impiçment proseduruna başlamaq niyyətində olduqlarını bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Tramp qeyd edib ki, vaxtilə ABŞ-nin sabi
14:30 129 Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
00:11 240 ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
00:07 193 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
15:20 127 "Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq
Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa
14:50 130 Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
00:35 244