Kredit kartlarına tələb azalır: Səbəblər nədir?

Kredit kartlarına tələb azalır: Səbəblər nədir?"Bank kredit kartlarının verilməsində aparılan dəyişikliklər əsasən risklərin azaldılması, vətəndaşların borclanma yükünün nəzarətdə saxlanılması və bank sektorunda maliyyə dayanıqlığının gücləndirilməsi məqsədini daşıyır".

Bunu BiG.AZ-a açıqlamasında bank üzrə ekspert Asif İbrahimov bildirib.

O, qeyd edib ki, yeni qaydalara görə, banklar kredit kartı təqdim edərkən müştərinin rəsmi gəlirini, mövcud kredit öhdəliklərini və ümumi borclanma səviyyəsini daha ciddi şəkildə qiymətləndirirlər. Yəni əvvəlki illərlə müqayisədə kredit kartı almaq üçün tələb olunan maliyyə göstəriciləri daha dəqiq analiz olunur:

"Bundan əlavə, bəzi banklar kredit kartı limitlərini müştərinin aylıq gəlirinə uyğun müəyyənləşdirir və yüksək riskli hesab edilən müştərilərə kart verilməsinə daha ehtiyatla yanaşırlar.

Bu dəyişikliklər fonunda kredit kartlarına marağın müəyyən qədər azalması müşahidə olunur. Bunun bir neçə əsas səbəbi var. Birincisi, əhalinin son illərdə borclanma ilə bağlı daha ehtiyatlı davranmasıdır. İkincisi, bankların tətbiq etdiyi faiz dərəcələri və komissiya xərcləri bəzi vətəndaşları kredit kartından istifadə etməkdən çəkindirir. Üçüncü səbəb isə kredit kartı əldə etmək üçün tələb olunan sənədlərin və maliyyə yoxlamalarının daha sərt olmasıdır.

Digər tərəfdən, bəzi vətəndaşlar kredit kartı əvəzinə istehlak kreditlərinə üstünlük verirlər. Çünki istehlak kreditlərində ödəniş qrafiki daha aydın olur və borcun bağlanma müddəti əvvəlcədən müəyyən edilir. Kredit kartlarında isə vəsaitdən təkrar istifadə imkanı olduğu üçün borclanma riskinin artacağı düşünülür.

Ümumilikdə, kredit kartları maliyyə baxımından çevik alət hesab olunur və düzgün istifadə edildikdə vətəndaşların qısamüddətli maliyyə ehtiyaclarını qarşılamağa kömək edir. Lakin həm bankların risk siyasətinin sərtləşməsi, həm də əhalinin ehtiyatlı maliyyə davranışı kredit kartlarına marağın əvvəlki illərlə müqayisədə azalmasına səbəb olur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 921   Tarix: 10 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

17:50 0
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

00:51 223
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 261
.

Tramp: "Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər"

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələrinin ona qarşı impiçment proseduruna başlamaq niyyətində olduqlarını bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Tramp qeyd edib ki, vaxtilə ABŞ-nin sabi

14:30 129
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

00:11 240
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

00:07 193
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

15:20 127
.

"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq

Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa

14:50 130
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

00:35 244
.