Ekspert təklifi: Məktəblərdə "akademik dəstək mərkəzləri" yaradılmalıdır

Ekspert təklifi: Məktəblərdə "akademik dəstək mərkəzləri" yaradılmalıdır"Mart ayında keçirilən 11-ci sinif buraxılış imtahanları hər il həm valideynlər, həm də təhsil işçiləri arasında böyük müzakirələrə səbəb olan, təhsil sisteminin ən həssas nöqtələrindən biridir. İlk baxışda bu imtahanlar şagirdlərin yükünü azaltmış kimi görünə bilər, lakin əslində tədris prosesinin bütövlüyünə ciddi zərbə vurur".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki,Mart ayında imtahanı başa vuran 11-ci sinif şagirdləri üçün məktəb dövrü psixoloji olaraq bitmiş hesab olunur. Nəticədə aprel, may və iyun ayları "itirilmiş zaman" kəsiyinə çevrilir. Şagirdlərin əksəriyyəti artıq məktəb dərslərinə motivasiyasını itirərək bütün diqqətini ali məktəbə qəbulun ikinci mərhələsi olan blok imtahanlarına yönəldir. Bu isə məktəblərdə davamiyyətin kəskin azalmasına və tədris proqramının qalan hissəsinin sadəcə formal xarakter daşımasına səbəb olur:

"Təhsil rəsmiləri erkən imtahan modelini minlərlə şagirdin yazı işlərinin yoxlanılması və nəticələrin emalı üçün vaxt qazanmaqla əsaslandırsa da, reallıqda bu yanaşma 11 illik təhsil proqramını de-fakto 10 il yarıma endirir, məktəbin tərbiyəvi rolunu zəiflədir və repetitor institutlarının təsirini artırır.

Ən ciddi problem isə buraxılış imtahanından sonra 11-ci siniflərin dərsə gəlməməsi və yaranan intizamsızlıqdır. Şagird artıq qiymət qorxusu yaşamır, attestat balları böyük ölçüdə formalaşmış sayılır və məktəb rəhbərliyinin əlində onu sinifdə saxlamaq üçün heç bir rəsmi vasitə qalmır. Bu "cəzasızlıq" mühiti illərlə qurulan məktəb ierarxiyasını sarsıdır; müəllim sinfə daxil olduqda qarşısında boşluq görür, şagird isə məktəbi sadəcə "arayış mənbəyi" kimi qəbul edir. Bu isə pedaqoji kollektivin nüfuzuna ağır zərbədir.
Ekspert təklifi: Məktəblərdə "akademik dəstək mərkəzləri" yaradılmalıdırTəklif edirəm ki, bu boşluğu aradan qaldırmaq və intizamı bərpa etmək üçün ən səmərəli yol həmin üç aylıq müddəti məktəb daxilində universitetə hazırlıq - yəni blok imtahanlarına hazırlıq - üzrə xüsusi bir proqram və ya layihəyə çevirməkdir. Məktəblərdə ixtisas qrupları üzrə yaradılacaq "akademik dəstək mərkəzləri" vasitəsilə şagirdlər intensiv test tapşırıqları və sınaq imtahanları ilə məşğul ola bilərlər.

Bu cür proqram həm də sosial ədaləti təmin edər: repetitora gedə bilməyən istedadlı şagirdlər məktəbdə peşəkar müəllimlərin nəzarəti altında hazırlıqlarını tamamlaya bilərlər. Belə bir yanaşma məktəbi sadəcə bina deyil, universitet qapısına aparan strateji bir mərkəzə çevirər. Məktəb rəhbərliyi bu üç ayı şagirdin taleyi üçün "qızıl dövr" kimi qiymətləndirərək dərsləri praktiki hazırlıq üzərində qursa, həm davamiyyət problemi həll olunmuş olar, həm də qazanılan uğur birbaşa doğma məktəbin adı ilə bağlanar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 861   Tarix: 10 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

17:50 0
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

00:51 223
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 261
.

Tramp: "Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər"

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələrinin ona qarşı impiçment proseduruna başlamaq niyyətində olduqlarını bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Tramp qeyd edib ki, vaxtilə ABŞ-nin sabi

14:30 129
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

00:11 240
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

00:07 193
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

15:20 127
.

"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq

Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa

14:50 130
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

00:35 244
.