Vüsalə İbrahimli: "Teatr gözəllikdir, eşqdir" - Milli Teatr Günü ilə bağlı AÇIQLAMA

Vüsalə İbrahimli: "Teatr gözəllikdir, eşqdir" - Milli Teatr Günü ilə bağlı AÇIQLAMABu gün Azərbaycanda teatr sevənlər üçün xüsusi bir gündür - Azərbaycan Teatr Günü. Səhnələrimiz illərdir ki, yalnız əyləncə yeri deyil, həm də duyğuların, düşüncələrin və milli dəyərlərin ifadə olunduğu bir dünyadır. Bu gün tamaşaçılar həm klassik, həm də müasir əsərlərlə səhnədə görüşür, aktyorlar və rejissorlar isə sənətin canlılığını bir daha göstərir. Azərbaycan teatrı tarixdən gələn zəngin ənənəsini qoruyur və hər yeni tamaşa ilə milli mədəniyyətimizi daha da zənginləşdirir.
Vüsalə İbrahimli: "Teatr gözəllikdir, eşqdir" - Milli Teatr Günü ilə bağlı AÇIQLAMAMövzu ilə bağlı jurnalist, teatrşünas Vüsalə İbrahimli BiG.AZ-a açıqlamasında bildirdi ki, dünənmiş kimi xatırlayıram, birinci kursa yeni başlamışdıq və ilk olaraq qrup rəhbərimiz Elçin Cəfərovla tanış olduq. İlk dərs günümüzdə o, bizə "Teatr nədir?" sualını verdi və hərəmizdən bir vərəqə bu suala bir neçə cümlə ilə cavab yazmağımızı istədi. Açığı, o gün tərəddüd içində qalmışdım ki, nə yazım. Nə yazım ki, ilk gündən müəllimin gözündə ağıllı tələbə kimi görünə bilim? (Gülür).

Çünki teatr haqqında o qədər də dərin düşünməmişdim. Hətta teatrşünaslıq ixtisasında oxumaq fikrim də yox idi. Hazırda da teatrşünas kimi fəaliyyət göstərmirəm. Amma indi düşünürəm ki, nə yaxşı məhz o sahədə təhsil almışam. Çünki mən öz ixtisasına görə universitetə ayağını sürüyə-sürüyə gedənlərdən olmamışam. Həftələrimiz daha çox maraqlı tamaşalar izləmək və onları müzakirə etməklə keçib. Təbii ki, bu sevgidə dəyərli müəllimlərimizin də böyük payı var. Onların sayəsində günbəgün teatra daha da bağlandıq. Bu bağ isə o qədər güclüdür ki, hansı sahədə fəaliyyət göstərməyimdən asılı olmayaraq teatrı hər zaman sevəcəyəm.

Bu gün sevimli teatrımızın 153 yaşı tamam olur. 5 il öncə müəllimimin "Teatr nədir?" sualına yazdığım cavabı, düzünü desəm, xatırlamıram. Amma bu gün deyə bilərəm ki, teatr gözəllikdir, eşqdir və cəmiyyətimiz üçün olduqca vacib bir məkandır.

Ona görə də yaşa, inkişaf et və daha da böyü əziz teatrım.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1088   Tarix: 10 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

17:50 0
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

00:51 223
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 261
.

Tramp: "Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər"

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələrinin ona qarşı impiçment proseduruna başlamaq niyyətində olduqlarını bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Tramp qeyd edib ki, vaxtilə ABŞ-nin sabi

14:30 129
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

00:11 240
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

00:07 193
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

15:20 127
.

"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq

Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa

14:50 130
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

00:35 244
.