Trampın kiçik oğlu İrana göndərilsin - Minlərlə amerikalı petisiya BAŞLATDI

Trampın kiçik oğlu İrana göndərilsin - Minlərlə amerikalı petisiya BAŞLATDIMinlərlə ABŞ vətəndaşı prezident Donald Trampın 20 yaşlı kiçik oğlu Berronun İranda mümkün quru əməliyyatında iştirak etmək üçün hərbi xidmətə çağırılmasını tələb edib. Bu ictimai kampaniya Ağ Evin Yaxın Şərqdə münaqişəni daha da kəskinləşdirmək və bölgəyə ABŞ hərbi kontingenti göndərmək planlarına qarşı artan narazılıq fonunda başlayıb.

Lent.az xəbər verir ki, Almaniyanın "Bild" nəşri eyni adlı petisiyanın yerləşdirildiyi sayta istinadən yazır:

"Sosial şəbəkələrdə Trampın planlarına dəstək verənlərlə yanaşı, ciddi qəzəb də yaranıb. #SendBarron həştəqi altında minlərlə insan Trampın kiçik oğlunun orduya çağırılmasını tələb edir".

Nəşrin qeydinə görə, bu təşəbbüs administrasiyanın sərt hərbi ritorikasına cavab kimi ortaya çıxıb. İstifadəçilər dövlət başçısının ailəsinin də adi amerikalıların üzləşdiyi riskləri bölüşməli olduğunu bildirirlər.

"Xidmət etmək şərəfdir. Güc nəsildən-nəslə ötürülür. Tanrı səni qorusun, Berron", - petisiyanın təsvirində deyilir. Müəlliflər istehzalı şəkildə prezidentin liderlik keyfiyyətlərini xatırladıblar.
Hərəkat təşkilatçıları hesab edir ki, ABŞ yalnız o zaman güclü qalır ki, onun rəhbərləri ölkəni şəxsən müdafiə etməyə hazır olsunlar.

Qəzet qeyd edir ki, #SendBarron hərəkatının arxasında "South Park" satirik serialının keçmiş ssenaristi Tobi Morton dayanır. Onun Trampın kiçik oğlunu atasından nümunə götürərək İran cəbhəsinə getməyə çağıran müraciəti qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1247   Tarix: 09 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

17:50 0
.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinləri

00:51 223
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

00:27 261
.

Tramp: "Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər"

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələrinin ona qarşı impiçment proseduruna başlamaq niyyətində olduqlarını bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Tramp qeyd edib ki, vaxtilə ABŞ-nin sabi

14:30 129
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

00:11 240
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

00:07 193
.

Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə

15:20 127
.

"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq

Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa

14:50 130
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

00:35 244
.