Alimlər popkorn qoxulu pomidor yaratdı

Alimlər popkorn qoxulu pomidor yaratdıAraşdırma göstərib ki, müəyyən bir molekulun konsentrasiyasını artırmaq meyvənin aromasını gücləndirməyə imkan verir və bu, məhsuldarlığa və digər aqronomik xüsusiyyətlərə təsir etmir. Çin və Avstraliyadan olan alimlər qeyri-adi aromaya malik genetik modifikasiya olunmuş pomidor yaradıblar. Bu pomidorun qoxusu yağlı popkornu xatırladır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, pomidorun "popkorna bənzər xoş aroma" yaydığı ilk belə eksperiment hesab olunur. Pomidor (Solanum lycopersicum) dünyada ən geniş yayılmış kənd təsərrüfatı məhsullarından biridir. Lakin uzun illər ərzində seleksiya əsasən məhsuldarlığın artırılması, xəstəliklərə davamlılıq və meyvələrin eyni ölçüdə olması kimi xüsusiyyətlərə yönəldiyi üçün pomidorun təbii aromatik müxtəlifliyi tədricən azalıb. Buna görə də alimlər indi müasir biotexnologiyalar vasitəsilə pomidorun dad və qoxu xüsusiyyətlərini bərpa etməyə və hətta gücləndirməyə çalışırlar. Tədqiqatın mərkəzində 2-asetil-1-pirrolin (2-AP) adlı molekul dayanır. Məhz bu maddə popkornun xarakterik qoxusuna cavabdehdir və bəzi ətirli düyü növlərində də rast gəlinir.

Alimlər pomidorun Alisa Craig adlı kommersiya sortunda iki geni deaktiv ediblər. Nəticədə bu aromatik birləşmənin konsentrasiyası əhəmiyyətli dərəcədə artıb. Söhbət SlBADH1 və SlBADH2 genlərindən gedir. Bu genlər bitkidə 2-AP maddəsinin yaranmasını tənzimləyir. CRISPR/Cas9 gen redaktəsi texnologiyası vasitəsilə onların fəaliyyəti dayandırılıb. SlBADH2 genində baş verən mutasiya aromatik molekulun səviyyəsini ciddi şəkildə artırıb, hər iki genin deaktiv edilməsi isə onun miqdarını adi pomidorlarla müqayisədə dörd dəfədən çox yüksəldib. Çində yerləşən Xianghu laboratoriyasının professoru Şençun Syunun sözlərinə görə, alimlər pomidorun referens genomunu analiz edərək bu aromaya cavabdeh ola biləcək iki geni müəyyən ediblər və məhz həmin genlər redaktə olunub.

Tədqiqatçılar bildirirlər ki, genetik dəyişikliklər bitkinin əsas aqronomik xüsusiyyətlərinə təsir etməyib. Pomidorun çiçəkləmə vaxtı, kolların hündürlüyü, meyvələrin çəkisi, eləcə də şəkər, üzvi turşular və C vitamini miqdarı dəyişməz qalıb. Alimlər hesab edirlər ki, bu tədqiqat pomidorların dad və aromasını məhsuldarlığı azaltmadan yaxşılaşdırmaq üçün yeni imkanlar açır.

Popkorn qoxulu pomidor ideyası hər kəsin xoşuna gəlməsə də, tədqiqatçılar belə texnologiyaların gələcəkdə fərqli dad xüsusiyyətlərinə malik tərəvəzlərin yaradılmasına yol aça biləcəyini düşünürlər. Bu isə seleksiya sahəsinə və hətta kənd təsərrüfatı bazarına təsir göstərə bilər. Hazırda alimlər yeni aromatik xüsusiyyəti kommersiya pomidor sortlarına tətbiq etmək üzərində işləyirlər. Bu, pomidorların dadını daha zəngin edə, istehlakçılar arasında populyarlığını artıraraq bazar dəyərini yüksəldə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 720   Tarix: 09 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Putindən Kadırovla bağlı mühüm tapşırıq - Video

"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Ona - Zolotova tapşırıq verilib ki

10:30 172
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

00:29 251
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

11:07 167
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

16:50 82
.

Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə

16:30 107
.

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib

10:45 150
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 135
.

Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"

15:30 129
.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

11:30 143
.