Azərbaycan XİN Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb
Martın 9-da xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı keçirilib.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyəti və artan gərginlik ətrafında fikir mübadiləsi aparılıb, hərbi eskalasiya fonunda son hadisələrin yaratdığı risklər və onların regional sabitliyə təsirləri müzakirə edilib.
Nazir Ceyhun Bayramov bu gün Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib.
Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi qeyd edilərək, gərginliyin azaldılması və dialoq mühitinin təşviqi istiqamətində mümkün addımlar barədə fikir mübadiləsi aparılıb.
Qarşıdurma zamanı qonşu ölkələrə qarşı hücumların və suveren dövlətlərin ərazi bütövlüyünə yönəlmiş hər hansı addımların qəbuledilməz olduğu xüsusi vurğulanıb.
Azərbaycan-Türkiyə strateji müttəfiqlik və qardaşlıq münasibətlərinin hazırkı mürəkkəb geosiyasi şəraitdə böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib, bu çərçivədə iki ölkə arasında qarşılıqlı məsləhətləşmələrin və regional məsələlər üzrə koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 673 Tarix: 09 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFRANSA YANIR: İqlim böhranı qarşısında inkişaf etmiş ölkələr də aciz qala bilir
Xəbər verdiyimiz kimi, Avropanın bir sıra ölkələrini anomal istilər cənginə alıb. Fransada mindən çox insan qızmar istilərin qurbanı olub. Avropada özünü lider adlandıran Fransa bu fəlakətin qarşısında aciz qalıb. Ölkənin onlarla infrastruktura zərər dəyib, yollar əriyib, göllər buxarlanıb. Fransad
29.06.2026 261 Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı
"2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 4 dəfəyə qədər artıb". "Qafqazinfo" xəbər verir ki, bunu "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazir qeyd edib ki, ölkə üzr
10:53 128 Artıq Ağ Evin qapısında olacaq - Qızıldan hədiyyə
ABŞ Prezidenti Donald Tramp Ağ Evə əlavə olunan yeni hədiyyəni paylaşıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Truth Social" hesabında açıqlama yayıb. "250 illik yubiley münasibətilə Ağ Evə qızıl hədiyyə!" - sözlərini yazıb. Paylaşımda Ağ Evin fasadında qızılı rəngd
10:34 130 Vitkoff İranla danışıqlar üçün Dohaya gedir
ABŞ-ın iki rəsmisinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İran danışıqlarının bu gün Qətərdə keçirildiyini və onun nümayəndəsi Stiv Vitkoffun paytaxt Dohaya gedəcəyini bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, yaxı
10:39 130 Dəniz duzunun adi duzdan daha xeyirli olmasının SƏBƏBİ
Duz mətbəxdə ən çox istifadə olunan məhsullardan biridir. Lakin onun müxtəlif növləri var və onlar həm əldə edilmə üsulu, həm tərkibi, həm də dadı baxımından bir-birindən fərqlənir. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər dəniz duzu ilə adi xörək duzu arasındakı əsas fərqləri izah ediblər
29.06.2026 341 Bu halda 50 min manatadək cərimə olunacaqlar
Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə yeni cərimələr müəyyənləşdiriləcək. Axşam.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməs
12:09 7 İsrailə qarşı kiberhücumlar kəskin artıb: Təl-Əviv Tehranı ittiham etdi
"Bu il İranın İsrailə qarşı kiberhücumlarının sayı kəskin artıb". xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksək rütbəli İsrail təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb. İsrailin Milli Kibertəhlükəsizlik İdarəsinin baş direktoru Yossi Karadi bildirib ki, 2025-ci ili
29.06.2026 287 Kolorado ştatından sosialist namizəd ABŞ-ın xarici siyasətinə görə 11 sentyabr terror hücumlarını "qaçılmaz" adlandırdı
Kolorado Demokrat Sosialist namizədi Melat Kiros bu yaxınlarda ABŞ və İsrailin Yaxın Şərqdəki hərbi əməliyyatlarından sonra 11 sentyabr və 10 sentyabr terror hücumlarının "qaçılmaz" olduğunu iddia etdi. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, 22 iyun tarixində Colorado-nun Next 9News kanalın
11:35 93 Nazirdən QƏRAR: Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ
Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar təsdiqlənib. "Trend"ə istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb. Ümumi müddəalar. Qərara əsasən, bu Qaydalar məktəbəhazırlı
29.06.2026 364