"ƏDV geri al" sistemi ilə bağlı yenilik - Belə hesablanacaq
Azərbaycanda "ƏDV geri al" sistemində əhəmiyyətli yeniliklər gözlənilir. Yaxın günlərdə planlaşdırılan tam avtomatlaşdırılmış mexanizm vətəndaşların alış-veriş zamanı ödədikləri əlavə dəyər vergisinin geri alınmasını daha sürətli və rahat edəcək. Yeni model çərçivəsində bank kartı ilə ödəniş edilən zaman kassa çekinin məlumatları avtomatik olaraq elektron sistemə daxil olunacaq və geri qaytarılma üçün müraciət prosesi minimum səviyyəyə enəcək.
NOCOMMENT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Birbank (Kapital Bank) və PAŞA Bank ilə birlikdə həyata keçiriləcək. Qurumun rəhbəri Orxan Nəzərli bildirib ki, bu təşəbbüs həm şəffaflığı yüksəldəcək, həm də vətəndaşların ƏDV-ni daha operativ şəkildə əldə etməsinə imkan yaradacaq.
İqtisadçı deputat Azər Badamov mövzu ilə bağlı fikrini bildirib: "ƏDV geri al sisteminin tətbiqi dövriyyənin şəffaflaşmasında böyük rol oynayıb. Alıcılar ƏDV-ni geri ala bildiklərindən mütləq şəkildə alışlarına görə çek tələb edirlər. Amma çek alındıqdan sonra müəyyən prosedurlar var ki, bunu da hamı edə bilmir və əlavə çətinliklər meydana çıxır. Yeni tətbiq olunacaq sistemlə nağdsız əməliyyatlarda çeki alıb ayrıca yükləməsinə ehtiyac qalmayacaq. Çünki hər bir alış kassaya vurulanda kart sahibinin hesabında avtomatik oturacaq. Bu da alıcıları əlavə əməliyyatların aparılmasından azad olunmasına və müraciət prosesi minimuma enəcəyi üçün ƏDV vəsaitinin hesabınıza qayıtmasının daha tez baş verməsinə yol açacaq".
Deputat "ƏDV geri al sistemi avtomatlaşdılandan sonra ümumiyyətlə alış ilə bağlı kassa çekinin alınmasına ehtiyac qalacaqmı" sualına da cavab verib: "Çekin alınması ilk növbədə alıcı üçün vacibdir. Çünki çekin üzərində aldığın malların adları və qiymətləri yazılır. İkinci məsələ isə "ƏDV geri al" sistemi nağdsız hesablamalar üçün də qaytarılır. Burada fərq ondan ibarətdir ki, nağdsız əməliyyatlar üçün qaytarılan ƏDV-nin faizi nağd əməliyyatlardan daha çoxdur. Məqsəd isə nağdsız əməliyyatların stimullaşdırlmasıdır. Amma nağd əməliyyatlarda ƏDV-ni geri almaq üçün yenə də çekin QR kodunun sistemə yüklənməsi lazım gələcək. Bank kartı ilə ödəniş etdikdə çek məlumatları sistemə avtomatik ötürülə bilər. Yəni çekdəki QR kodu ayrıca skan etmək və ya əl ilə əlavə etmək ehtiyacı azalacaq.
Qeyd etmək istəyirəm ki, kassadan keçən əməliyyatlar birbaşa vergi sistemində göründüyü üçün qeyri-rəsmi satışların qarşısı daha effektiv alınır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1153 Tarix: 09 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPutindən Kadırovla bağlı mühüm tapşırıq - Video
"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Ona - Zolotova tapşırıq verilib ki
10:30 172 Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını
00:29 251 Abşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
11:07 167 ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə
16:50 82 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
16:30 107 Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər
Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib
10:45 150 İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub
14:40 135 Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu
Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"
15:30 129 Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
11:30 143