Yeni seçilən Ali Rəhbəri də ölüm GÖZLƏYİR

Yeni seçilən Ali Rəhbəri də ölüm GÖZLƏYİRİranın Ekspertlər Şurası yeni Ali Rəhbəri elan edib. Səsvermə nəticəsində Ayətullah Müctəba Xamenei İran İslam Respublikasının üçüncü Ali Lideri olub.

Ali Rəhbərin seçilməsi müəyyən yeniliklər üçün bəzi İrandaxili qüvvələrdə ümid yaratsa da, ABŞ və İsrail onun seçilməsini qəbul etmirlər. Hətta ABŞ Prezidenti Donald Tramp yeni Ali Rəhbərin məhz onun təsdiqi ilə seçilə biləcəyini bildirib. Bu isə müəyyən suallar doğurur.

Yəni yeni rəhbər yeniliklər edə biləcəkmi, yoxsa tezliklə o da ABŞ və İsrail qüvvələri tərəfindən öldürüləcək?

Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan mövzunu Modern.az-a şərh edib.

Onun sözlərinə görə, Mücətba Xameneindən müəyyən yeniliklər gözlənilir:

"Müctəba Xameneinin Ali Rəhbər seçilməsi çoxları üçün müəyyən yeniliklər anlamına gəlir. Hesab olunur ki, Müctəba Xamenei İranda islahat xətti tutacaq, Qərblə danışıqlara gedərək, regionda müharibənin qarşısının alınması üçün addımlar atacaq. Lakin Müctəba Xamenei indiyə kimi ictimaiyyət arasına çıxmayıb və ya hansısa böyük bir tədbirlərdə çıxış etməyib, bu baxımdan onun səsini indiyə kimi heç kim eşitməyib. Müctəba Xameneinin fəaliyyəti onun mühafizəkar xəttin, daha çox SEPAH-ın təmsilçisi olduğunu təsdiqləyir.
Onun heç bir rəsmi dövlət qurumunda adı hallanmasa da, SEPAH-ın yarımhərbi təşkilatı sayılan Bəsic-in formalaşmasında və güclənməsində əsas rol oynayıb. Yəni o, Bəsic-in qeyri-rəsmi lideri olub. Digər tərəfdən, 2015-ci ildə atası Əli Xamenei əməliyyat olunduqdan sonra belə xəbərlər yayılırdı ki, ölkəni qeyri-rəsmi formada Müctəba Xamenei idarə edir. Bir sözlə, ötən 10-11 ildə onun ölkəni idarə etdiyi deyilirdi.
Eyni zamanda haradasa, 20 ildir ki, Müctəba Xamenei varis olaraq təqdim olunur, deməli, rəsmi və qeyri-rəsmi ölkənin daxili və xarici siyasətinin formalaşmasında müyyən rola malik olub.

Müctəba Xameneinin xarici siyasi kursda hansı addımlar atacağına gəldikdə, onun İranın keçmiş xarici işlər naziri, Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin təsiri altında olduğu deyilir. Əli Əkbər Vilayəti isə mühafizəkar xətt tərəfdarıdır. Hətta o, Zəngəzur dəhlizinə qarşı ən sərt çıxış edən İran rəsmillərindən olub. Eləcə də region məsələlərində mühafizəkar xətt tərəfdarlarındandır.

Bütün bunlara baxmayaraq, İranın regionda dəstəklədiyi "Hizbullah", HƏMAS kimi proksi qüvvələr ya sıradan çıxarılıb, ya da zəifləyib. Hesab edirəm ki, Müctəbanın İranın regionda ənənəvi, yəni atasından qalma aktiv, təcavüzkar, işğalçı siyasət yürütməsi üçün gücü də azdır".
Yeni seçilən Ali Rəhbəri də ölüm GÖZLƏYİRS.Soltan Müctəba Xamenei ilə Prezident Məsud Pezeşkian arasındakı münasibətlərin hansı məcrada formalaşacağından da danışıb:

"Məsud Pezeşkianın Prezident olması Ayətullah Əli Xameneinin xeyir-duası ilə baş verib. Bu baxımdan Müctəba Xamenei də həmin prosesi bilməmiş deyil. Pezeşkianla Xamenei arasında elə ciddi ziddiyyət olmayıb. Hətta ötən payız keçirilən hökumət toplantısında Xamenei Pezeşkiana gördüyü işlərə görə təşəkkürünü də bildirimişdi. Ona görə də, yaxın dövrdə Müctəba Xamenei ilə Məsud Pezeşkian arasında müharibə gedişatında ziddiyyətli toqquşmanın olma ehtimalı azdır. Həm Müctəba Xamenei, həm də Məsud Pezeşkian indiki hakimiyyətin, İslam Respublikasının qalması, onun hazırkı müharibədən sağ çıxması uğrunda fəaliyyət göstərir. Əgər dinc dövr olsaydı, onun tərəfləri bəlli olardı. Amma Məsud Pezeşkianın əlində Ali Rəhbərin əlində olan, arxasında dayanan qədər güc yoxdur. Ona görə də, Pezeşkian Müctəba Xameneinin tapşırıqlarını yerinə yetirməyə məcbur olacaq, ya da istefa verəcək".

ABŞ və İsrail tərəfindən yeni rəhbərin də sıradan çıxarılma ehtimalına gəlincə, müsahibimiz bunları deyib:

"Əgər ABŞ HƏMAS-a, "Hizbullah"a qarşı olduğu kimi, İran hakimiyyəti ilə davranarsa, bəli, Müctəba Xameneini də aradan götürə bilərlər. HƏMAS rəhbəri İsmail Haniyənin öldürülməsinin ardından təşkilatın digər liderlərini də sıradan çıxardılar. Eləcə də "Hizbullah"da Həsən Nəsrullahdan sonra hakimiyyətə gəlmiş yeni qüvvələri aradan götürdülər. İndiki rəhbəri saxlayıblar, çünki o heç bir işə yaramayan liderdir.

Bir daha deyirəm ki, Müctəba Xamenei atasının sərt xəttini sürdürərsə, onun da sıradan çıxarılma ehtimalı böyükdür. Çünki Tramp İranın növbəti Ali Rəhbərinin onun iştirakı ilə təyin edilcəyini bəyan etmişdi. Müctəba Xameneinin təyinatı isə ABŞ və ya Trampın iştirakı ilə olmadı. Deməli, təhlükə hələ də qalır. Nə qədər ki, ABŞ və İsrail İranda hərbi əməliyyatlar aparırsa, bu təhlükə qalır".

Qeyd edək ki, Müctəba Xamenei İranın fevralın 28-də öldürülən mərhum rəhbəri Ayətullah Əli Xameneinin ikinci oğludur. Əli Xamenei 1989-2026-cı illər arasında İranın ikinci Ali Lideri olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1341   Tarix: 09 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Putindən Kadırovla bağlı mühüm tapşırıq - Video

"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Ona - Zolotova tapşırıq verilib ki

10:30 172
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

00:29 251
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

11:07 167
.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

16:50 82
.

Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə

16:30 107
.

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib

10:45 150
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 135
.

Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"

15:30 129
.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

11:30 143
.