İranın nazir müavini Naxçıvana hücum barədə: "Elan etdiyimiz siyasət budur" - VİDEO

İranın nazir müavini Naxçıvana hücum barədə: "Elan etdiyimiz siyasət budur" - VİDEOİran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Naxçıvan Beynəlxalq Aeroportuna dron hücumu ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Azərbaycanın "AnewZ" kanalına danışıb.

"İran İslam Respublikasının siyasətində qonşu ölkələrə hücum etmək və ya onları hədəfə almaq yoxdur. O vaxta qədər ki, orada bizim düşmənlərimiz olan ABŞ və İsrail rejiminin aktiv hərbi bazaları yoxdur. Hansı ki, onlar İranda günahsız insanlara hücum etmək üçün istifadə olunur. Çünki biz ən başdan elan etmişdik ki, hansısa baza İrana hücum edəcəksə, biz onları hədəfə alacağıq. Bizim elan etdiyimiz siyasət budur", - o açıqlamasında bildirib.

Kazım Qəribabadinin sözlərinə görə, məsələ ilə bağlı yayılan məlumatların dəqiqliyi araşdırılmalı və hadisənin necə baş verdiyi müəyyənləşdirilməlidir.

Xatırladaq ki, İran tərəfindən Naxçıvanın Beynəlxalq Aeroportu dron hücumuna məruz qalıb. Azərbaycan Müdafiə Nazirliyi məsələyə dərhal reaksiya verib. Bildirilib ki, baş verən hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır. Qeyd olunub ki, bu hücum aktları cavabsız qalmayacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1149   Tarix: 05 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Putin Paşinyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Müstəqillik Günü münasibətilə Baş nazir Nikol Paşinyana təbrik göndərib. xəbər verir ki, Rusiya liderinin təbrik teleqramı Ermənistan Baş nazirinin rəsmi saytında dərc olunub. Putinin mesajında deyilir: "Hörmətli Nikol Vovayeviç, Ermənistan Respublikasını

10:58 156
.

Vahid məktəbli forması nizam-intizama necə təsir edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəbli formaları ilə bağlı yeni qərar qəbul edilib. Yeni qaydalara əsasən, şagirdlərin müəyyən edilmiş geyim formasının vahidliyini pozan geyim elementlərindən istifadəsinə yol verilməyəcək. Qərarla valideynlərin də övladlarının müəyyən edilmiş məktəbli formasına riayət etməsini təmin etməsi nəzərd

12:16 177
.

Bakıda ətin qiyməti 19 manat oldu

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin

14:16 89
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

14:44 0
.

Almaniya Baş Prokurorluğundan casusluq ittihamı

Almaniya Federal Baş Prokurorluğu Almaniya və Ukrayna vətəndaşı olan şəxsi xarici kəşfiyyat xidmətinin xeyrinə fəaliyyət göstərməkdə ittiham edib. xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Almaniya hakimiyyət orqanlarının məlumatına görə, İlona V.-nin hərbi və siyasi dairələrd

11:23 148
.

Uşaqlarda ürək xəstəliklərinin riski 8 yaşdan üzə çıxa bilər

Ürək-damar, böyrək və metabolik xəstəliklər riskinin artdığını göstərən molekulyar əlamətlər uşaqlarda artıq 8 yaşından etibarən ortaya çıxa bilər. xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar 273 uşağın qanında təxminən 5 min zülalı araşdıraraq altı xarakterik zülal profilini müəyyən ediblər

21.09.2026 232
.

"Alim Qasımov Baləli ilə də duet oxusun!" - Baba Vəziroğlu

Şair, tərcüməçi Baba Vəziroğlu Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi duetə münasibət bildirib. Bu barədə "Yeni Sabah"a danışan şair duet haqqında fikirlərini bölüşərək layihəni müsbət qiymətləndirib və muğamın müasir musiqi ilə sintezinin vacibliyindən danışıb:

21.09.2026 393
.

Daşınmaz əmlak bazarında vergi yükü optimallaşdırılır - əsas gözlənti nədir?

"Daşınmaz əmlak bazarında vergi yükünün optimallaşdırılması yalnız vergilərin azaldılması kimi qiymətləndirilməməlidir. Burada əsas məqsəd vergi sisteminin bazardakı real iqtisadi proseslərə uyğunlaşdırılması, investisiyaların təşviqi, əməliyyatların şəffaflığının artırılması və vətəndaşlar, eləc

13:25 130
.

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Geoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu ba

21.09.2026 260
.