Bakcell 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İnnovasiya lideri Bakcell xanım jurnalistləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şirkət 30-dan çox media nümayəndəsini bir araya toplayaraq, səmimi və qeyri-rəsmi görüş təşkil edib.
Görüşdə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova media sahəsində peşəkarlığı, obyektivliyi və şəffaf informasiyanın ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan bütün xanımları təbrik edərək bildirib: "Media sahəsində çalışan xanımların hər biri özünəməxsus baxışa, üsluba və səsə malikdir. Bu fərqlilik müasir medianı daha zəngin və rəngarəng edir. Bugünkü görüşümüzün ideyasını da məhz bu fərdilikdən ilhamlanaraq qurduq. Hər bir jurnalistin cəmiyyətdə özünəməxsus izi və təsiri olduğuna inanırıq".
Tədbir çərçivəsində xanım jurnalistlər üçün parfümeriya üzrə master-klass təşkil olunub. İştirakçılar ətir harmoniyası, fərdi qoxu kompozisiyasının yaradılması və parfümün hazırlanma mərhələləri ilə tanış olub, öz zövqlərinə uyğun unikal ətirlər hazırlayıblar.
Qeyd edək ki, Bakcell yarandığı gündən media nümayəndələri ilə sıx əməkdaşlıq edərək, onların fəaliyyətini dəstəkləməyə və jurnalistlərin peşəkar inkişafına töhfə verməyə davam edir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.






BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 623 Tarix: 04 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəktəbli forması ətrafında kampaniya: Təhsil, milli dəyərlər və Azərbaycanın mövqeyi
"Vahid məktəbli forması ətrafında aparılan müzakirələr artıq təkcə təhsil və geyim məsələsi deyil. Bu mövzu məktəblərdə sosial bərabərlik, milli-mənəvi dəyərlər, dünyəvi təhsil prinsipləri və Azərbaycan cəmiyyətinə təsir göstərmək cəhdləri kontekstində də müzakirə olunur. Yeni Azərbaycan Partiyasını
11:11 161 Vahid məktəbli forması təhsildə bərabərliyin, intizamın və vahid məktəb mühitinin əsas göstəricisidir
"Vahid məktəbli forması ətrafında müzakirələrin mərkəzində ilk növbədə təhsilin keyfiyyəti, şagirdlər arasında bərabərliyin təmin olunması, məktəb intizamının möhkəmləndirilməsi və uşaqların sağlam sosial mühitdə yetişməsi dayanmalıdır. Məktəbli forması sadəcə geyim seçimi deyil, məktəbdə ümum
11:40 156 Uşaqlığı əlindən alınan qızlar: İran, Əfqanıstan və ərəb cəmiyyətlərində erkən nikahın acı reallığı
Erkən nikah müasir dünyanın ən ağrılı sosial problemlərindən biri, uşaqların hüquqlarını, azadlığını və gələcəyini təhdid edən ciddi insan hüquqları pozuntusudur. Azyaşlı qızın öz uşaqlığını yaşamadan həyat yoldaşı, ana və ailənin bütün məsuliyyətlərini daşımağa məcbur edilməsi sadəcə ailədaxili qəra
14:20 33 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi
Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. "Qafqazinfo"nun məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaiti
11:52 237 Azərbaycan-Laos münasibətləri inkişafdadır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında
12:36 134 Hər gecənin bir "Sabah"ı var... - Yenilənib
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar
13.10.2026 417 Uşaqlığı əlindən alınan qızlar: erkən nikahın pərdəarxası və susdurulan həyat faciələri
"Bir qız uşağının əlindən oyuncaqlarının alınması, məktəb arzularının yarımçıq qoyulması, gələcək peşəsi barədə düşünmək imkanının məhdudlaşdırılması və hələ uşaqlıq dövrünü başa vurmamış ailə məsuliyyətinin altına salınması insan taleyinə vurulan ən ağır zərbələrdən biridir. Dünyanın müxtəlif bölgələrind
14:25 0 "Halk TV"də axtarış aparıldı, yayımı dayandırıldı
Türkiyədə "Halk TV"nin sahibi Cafer Mahiroğlu barəsində aparılan araşdırma çərçivəsində kanalın İstanbuldakı ofisində axtarış aparılıb. "Qafqazinfo" "NTV"yə istinadən xəbər verir ki, əməliyyat zamanı barəsində saxlanılma qərarı çıxarılan 17 nəfərdən 11-i tutulub. Bununl
10:26 152 Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri
Müasir beynəlxalq münasibətlər sistemində Qlobal Cənub ölkələrinin siyasi və iqtisadi çəkisinin artması dünya siyasətinin əsas tendensiyalarından biridir. Asiya, Afrika, Latın Amerikası və Okeaniyanın inkişaf etməkdə olan dövlətlərini əhatə edən bu anlayış vahid siyasi təşkilatı deyil, müxtəlif maraqlar
11:48 152