Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu artırır

Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu artırırBu gün Azərbaycanın enerji istehsalı və tranziti potensialı onun dünyada söz sahibi olmasını təmin edir. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının iclasına Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, eləcə də 49 enerji şirkəti qatılması onu deməyə əsas verir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu artırmaqla yanaşı, siyasi dəstək qazanıb.
Dünyada baş verən gərgin geosiyasi proseslər, müharibələr Avropada enerji böhranı yaradıb. Belə bir dövrdə Azərbaycanın Avropaya qaz ixracını artırmaq niyyəti rəsmi Bakının etibarlı tərəfdaş olmasını göstərir. Azərbaycan qazı Türkiyə üzərindən Avropaya ixrac edilir. İki dost və qardaş ölkənin həyata keçirdikləri layihələr Avropa üçün önəmlidir. Bu baxımdan hər iki dövlətin Avropadan siyasi dəstək və regionda təhlükəsizliyin təmin olunması üçün addımlar atmasını gözləməyə haqqı var. 2027-ci ildə Azərbaycan Avropaya qaz ixracını 20 milyard kubmetrə çatdırmağı planlaşdırıb. Bu çox böyük rəqəmdir və qitə üçün də mühüm əhəmiyyətə malikdir. Avropanın maliyyə institutları da Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün sərmayəni artırmalı, interkonnektorların mühafizəsini gücləndirməlidir. Türkiyə istər Bakı-Tbilisi-Ərzurum, istərsə də Cənub Qaz Dəhlizinin Türkiyədən keçən hissəsinin təhlükəsizliyini təmin edir.
Ölkə başçısı tədbirdəki çıxışında bildirib: "Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir".
Yaxın gələcəkdə Mərkəzi Asiya Respublikalarının karbohidrogen ehtiyatlarının Azərbaycan və Türkiyə üzərindən Avropaya ixrac edilə biləcəyini deyən ekspert vurğulayıb ki, bunun üçün Avropa İttifaqı sərmayə yatıraraq infrastruktur layihələrin reallaşmasına nail olmalıdır.
Bakıdakı tədbirdə iştirak edən Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen bildirib ki, Aİ-nın Rusiya qazından asılılığının davamlı şəkildə azaldıldığı dövrdə Azərbaycanla tərəfdaşlığın vacibliyi yalnız artacaqdır. Bu da öz növbəsində Avropanın enerji təhlükəsizliyinə və Azərbaycan iqtisadiyyatına fayda verəcək. O bildirib ki, Trans-Adriatik Boru Kəməri ilə kommersiya daşımaları başladığı dövrdə Azərbaycan 2024-cü ildə Avropa İttifaqının alıcılarından təbii qazın ixracına görə təxminən 24 milyard avro qazanıb.
Mövqeyini açıq şəkildə bəyan etməyi fürsət adlandıran komissar vurğulayıb: "Azərbaycanın qazı, qaz təchizatı Avropa İttifaqının enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq".

Cavid Fərhadov - ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 731   Tarix: 04 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib

İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin

05.10.2026 341
.

Dünyada yenidən populyarlaşan 10 qədim ad

Bu adlar əvvəlki nəsillərə məxsus olsa da, sadə səslənişi və zamana meydan oxuyan cazibəsi sayəsində bu gün yenidən dəbdədir. Bəzi adlar əslində heç vaxt tamamilə dəbdən düşmür. Uzun müddət yaşlı nəsillə assosiasiya olunan bir çox "vintaj" ad indi yenidən qayıdır və valideynlər arasında mara

19:15 1
.

Eyni marka, fərqli keyfiyyət? - Azərbaycandakı məhsullarla bağlı AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra gıda, təmizlik məhsulları və dərman sahəsi ilə bağlı fəaliyyət göstərən qlobal korporasiyalar Rusiyanın işğalçılıq siyasətinə etiraz olaraq oradakı nümayəndəliklərini və fəaliyyətlərini bağladılar. Bizə də həmin məhsullar əsasən Avropa ölkələrindən və Rusiyada

13:00 233
.

Ombudsmanın maaşı artırıldı - Prezident təsdiqlədi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu təsdiq edib. bu barədə -a istinadən xəbər verir. Azərbaycan Respublikas

17:55 60
.

Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl

16:46 282
.

Bu ərazilərdə səhərə qədər su olmayacaq

Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə "İri Şəhərlərin Su Təchizatı" QSC məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlıdır. Qey

17:10 142
.

Dərman istehsalının Azərbaycanda qurulması qiymətlərə necə təsir göstərəcək?

"Azərbaycanda dərman istehsalının yaradılması dərman qiymətlərinin aşağı düşməsinə real təsir göstərə bilər. Lakin bu, bütün dərmanların avtomatik olaraq ucuzlaşacağı anlamına gəlmir". Bunu BİG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. O, qeyd edib ki

11:42 181
.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

10:22 321
.

Husilər Səudiyyə hava limanına zərbə endirdilər

Husilər Səudiyyə Ərəbistanının Asir əyalətində yerləşən Abha Beynəlxalq Hava Limanına yeni zərbə endirdiklərini bildiriblər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Səri açıqlamasında bildirib ki, hava limanı ballistik raketlə hədəfə alınıb. Onun sözlərinə görə, rake

14:19 158
.