Fast food və qazlı içkilər: Dadın arxasında gizlənən asılılıq təhlükəsi - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son illər fast food məhsulları, paketləşdirilmiş qidalar və qazlı içkilər gündəlik qida rasionunun ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsulların tərkibində yüksək miqdarda şəkər, duz, doymuş yağ və müxtəlif dad artırıcılarının olması onların yalnız dad baxımından cəlbedici deyil, həm də psixoloji və fizioloji baxımdan asılılıq yarada biləcək xüsusiyyətlərə malik olduğunu göstərir. Bir çox insan bu cür qidaları qəbul etdikdən qısa müddət sonra yenidən yemək istəyi hiss edir, toxluq hissi isə uzun çəkmir. Bu tip qidalar beyində mükafat mexanizmini aktivləşdirərək dopamin ifrazını artırır və nəticədə insan həmin həzzi təkrar yaşamaq üçün yenidən eyni məhsullara üz tutur. Bu isə zamanla sağlam qidalanma vərdişlərinin pozulmasına, artıq çəki və digər sağlamlıq problemlərinə yol aça bilər. Bəs həqiqətənmi fast food və qazlı içkilər asılılıq yaradır, yoxsa bu sadəcə formalaşmış bir davranış vərdişidir? Mövzu son illər geniş müzakirə olunur.
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, Fast food, paketlenmiş qidalar, saqqız, qazlı, şəkərli içkilər kimi məhsulların insanlarda tez-tez təkrar istifadə istəyi yaratmasının əsas səbəbi onların tərkibi, dad profili və beynimizdə yaratdığı biokimyəvi reaksiyalardır.
1. Şəkər və yağın beyinə təsiri.
Fast food və şirin qazlı içkilər sürətli enerji mənbəyi olan şəkərlə zəngindir. Şəkər qəbul edildikdə beyində dopamin kimi "zövq və mükafat" hissi yaradan maddələrin ifrazı artır. Bu da insanın həmin hissi yenidən yaşamaq istəməsinə səbəb olur. Yağ və şəkərin birlikdə olması isə bu təsiri daha da gücləndirir.
2. Dad "kombinasiyaları" və qida mühəndisliyi.
Bu məhsullar təsadüfi hazırlanmayıb. Qida sənayesində dad, duz, şəkər və yağ balansı elə qurulur ki, məhsul nə çox doydurucu olsun, nə də tez bezdirsin. Buna "həddən artıq dadlılıq" deyilir.
3. Maye kalorilər və toxluq siqnalının zəifliyi.
Məsələn, qazlı içkilər kalorili olsa da, mədə toxluq siqnalını beyinə güclü göndərmir. Ona görə insan içkini tez-tez təkrarlamaq istəyir.
4. Saqqız məsələsi.
Saqqız çeynəmək ağız və beynə "yemək gəlir" siqnalı verir, amma real qida gəlmədiyi üçün bədən bəzən yenə nəsə yemək istəyə bilər. Bəzi saqqızlarda olan dadlandırıcılar da bu prosesi gücləndirir.
5. Vərdiş və psixoloji faktor.
Bu məhsullar tez-tez stress, yorğunluq və ya mükafatlandırma hissi ilə əlaqələndirilir. İnsan beynində bu davranışlar vərdiş halına gələ bilir.
Bu qidaların beyində zövq mexanizmlərini stimullaşdırdığı və təkrar istək yarada bildiyi qəbul olunur.
Əsas məsələ balanslı qidalanma və bu məhsulları tez-tez yox, nadir hallarda istifadə etmək və ya tamamilə rasiondan çıxartmaqdır.
Sağlam qidalanaraq sağlam yaşayın!
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 830 Tarix: 03 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop
17:20 157 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
15:20 154 Tramp: "Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər"
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələrinin ona qarşı impiçment proseduruna başlamaq niyyətində olduqlarını bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Tramp qeyd edib ki, vaxtilə ABŞ-nin sabi
14:30 147 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
00:50 227 BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"
15:40 148 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"
Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen
11:15 154 Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüy
12:10 183 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq
18:40 130 Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda
00:48 326