ABŞ-İran qarşıdurması: Nüvə obyektlərinə zərbələr və Azərbaycanda radiasiya riski - POLİTOLOQDAN AÇIQLAMA
Cari regional qarşıdurmalar fonunda Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) və digər beynəlxalq qurumların diqqəti İran ərazisindəki nüvə obyektlərinə yönəlib. ABŞ və müttəfiqlərinin İranın bəzi nüvə müəssisələrini hədəf alması barədə yayılan xəbərlər bir çox ölkədə, o cümlədən Azərbaycanda da narahatlıq yaradıb. İnsanlar bu cür əməliyyatların mümkün radiasiya təhlükəsi ilə nəticələnə biləcəyini düşünürlər. Hazırda IAEA-nın açıqlamalarına əsasən, hələlik heç bir nüvə obyektinin zərər gördüyünə dair təsdiqlənmiş sübut yoxdur və radiasiya səviyyələrində anormal artım qeydə alınmayıb. Buna baxmayaraq, nüvə obyektlərinin hücuma məruz qalması hər hansı bir radioaktiv sızmanın baş vermə ehtimalını tamamilə istisna etmir və bu narahatlıq atmosferi region ölkələrində məsələni gündəmə gətirib.
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı BiG.AZ-a açıqlamasında bildirdi ki, İranda əgər nüvə obyektləri vurularsa, bu təkcə Azərbaycan üçün yox, ümumiyyətlə region üçün radiasiya problemləri yarada bilər. Yəni tarixi təcrübədə göstərib ki, istənilən atom elektrik stansiyasında belə baş verən sızıntı regionda çox ciddi ekoloji təhlükələr yaradır. Xüsusəndə müharibənin getdiyi bir vaxtda nüvə obyektləri vurulacaqsa, həmin nüvə obyektlərindən radiasiyanın yayılmasının qarşısını ala biləcək bir mexanizm daha zəif olur. Onun sözlərinə görə, müharibənin getdiyi bir vaxtda əgər nüvə obyektlərində hər hansısa bir sızıntı olacaqsa, İran tərəfi Beynəlxalq Atom Agentliyinin əməkdaşlarının ora daxil olmasına və sızıntının qarşısını almasına icazə verməyəcək: "Bu ssenarilər göstərir ki, İranda nüvə obyektləri ilə bağlı məsələ radiasiyanın yayılması baxımından daha təhlükəlidir. Digər tərəfdən ən önəmli məsələ isə İranın zənginləşdirdiyi urandır. Yəni İranın zənginləşdirilmiş uran ehtiyatının olduğu bəllidir. Danışıqlar prosesində də əsas məsələlərdən biri zənginləşdirilmiş uranın İrandan çıxarılması tələbi idi. Zənginləşdirilmiş uranın harda yerləşdirildiyi bəlli deyil.
Eyni zamanda o uran ehtiyatının hansı formada qorunduğu bəlli deyil. Əsas radiasiya təhlükəsi olan ərazilərdən biridə Xəzər dənizidir. Yəni Xəzər dənizində baş verə biləcək hər hansısa bir radisasiya yayılması, Xəzər dənizinin ekologiyasının məhv edilməsinə səbəb ola bilər. İranın Azərbaycanla həm quru sərhədi, həmdə su sərhədinin olması radiasiya təhlükəsinin daha böyük olduğunu deməyə əsas verir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1144 Tarix: 03 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop
17:20 157 Rusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
15:20 154 Tramp: "Demokratlar mənə qarşı impiçment elan etmək istəyirlər"
ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının nümayəndələrinin ona qarşı impiçment proseduruna başlamaq niyyətində olduqlarını bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Tramp qeyd edib ki, vaxtilə ABŞ-nin sabi
14:30 147 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
00:50 227 BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"
15:40 148 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"
Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen
11:15 154 Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüy
12:10 183 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq
18:40 130 Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda
00:48 326