Sosial media ilə olan maddi qazanca güvənmək olmaz!
"Son illərdə xüsusilə gənclər arasında "YouTube və sosial media ilə pul qazanım" düşüncəsi geniş yayılıb. İlk baxışdan bu model cəlbedici görünür: azad iş qrafiki, sürətli qazanc ehtimalı, tanınmaq şansı. Lakin reallıq sosial şəbəkələrdə göründüyü qədər sadə deyil".
Bunu BiG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-tədqiqatçı, Bəhruz Əliyev bildirib.
O, qeyd edib ki, statistik baxımdan YouTube, TikTok, Instagram və digər platformalar üzərindən sabit və yetərli gəlir əldə edənlərin faizi olduqca aşağıdır. Uğur mümkündür, amma bu yol çoxları üçün təsəvvür edildiyi qədər real və dayanıqlı deyil:
"Əgər insanın konkret ixtisası, dərin biliyi və ya cəmiyyətə ötürə biləcəyi real dəyəri yoxdursa, "Video çəkim, bəlkə tutdu" yanaşması olduqca qeyri-sabit modeldir. Bu, klassik mənada peşə deyil. Bu, uzunmüddətli səbr, strateji yanaşma və qeyri-müəyyənliklə barışmaq tələb edən bir məşğuliyyətdir.
Biznes və reklam kontentlərini kənara qoysaq, sosial mediada qazananların böyük hissəsi peşə sahibidir. Müəllim dərs izah edir, mühəndis texnologiyanı şərh edir, həkim maarifləndirici sağlamlıq videoları çəkir, usta praktik bacarıqlarını göstərir. Bu halda YouTube onların əsas işi deyil - peşələrinin vitrini olur.
Bəli, hekayə danışmaq bacarığı olan, cəmiyyətin "damarını" tutan insanlar da fərqlənə bilir. Amma bu, ya təbii istedad, ya da illərlə formalaşan bacarıqdır. Hamı üçün əlçatan model deyil.
Ən riskli kateqoriya isə "sadəcə məşhur olum" düşüncəsidir. Çünki burada konkret dəyər təklifi yoxdur. Dəyər təqdim etməyən kontent isə uzunömürlü auditoriya formalaşdırmır.
Ən sağlam model isə fərqlidir: əvvəl peşə və bacarıq, sonra sosial media aləti.
Məsələn, kənddə yaşayan bir gənc elektrik ustalığını öyrənir və paralel olaraq YouTube-da "evdə elektrik təmiri" mövzusunda videolar paylaşır. Bir neçə ildən sonra onun həm real peşəsi, həm də formalaşmış onlayn auditoriyası olur. Bu artıq təsadüfi deyil, planlı və dayanıqlı karyera modelidir.
"Oxumayım, ixtisas öyrənməyim, sadəcə YouTube üçün video çəkim" yanaşması isə təhlükəlidir. Çünki sosial media gəliri zəmanətli deyil. Peşə isə insanın əlində qalan ömürlük kapitaldır.
Yalnız sosial media üzərindən, peşəsiz şəkildə pul qazanmağa ümid bağlamaq riskli strategiyadır. Sosial şəbəkələr alətdir, əsas dayağa çevriləndə isə qeyri-sabitlik qaçılmaz olur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 891 Tarix: 25 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVolodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib
Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr
14.11.2026 219 COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını
00:39 225 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
14.11.2026 401 Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub
Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo
14.11.2026 201 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 0 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 229 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg
00:37 264 Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq
Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd
14.11.2026 219 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"
"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə
14.11.2026 224