Məktəblərdə əlavə iş dəftərləri: valideynlər bahalı yük altında qalıb - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Son dövrlər məktəblərdə şagirdlərə əlavə iş dəftərləri və müxtəlif test vəsaitlərinin alınması məsələsi müzakirə mövzusuna çevrilib. Dərs proqramından kənar təqdim olunan bu materialların baha olması bir çox ailələr üçün ciddi maliyyə yükü yaradır. Xüsusilə bir neçə məktəbli övladı olan ailələr üçün əlavə vəsaitlərin alınması gündəlik xərcləri daha da artırır. Bəzi hallarda bu materialların dərs prosesində istifadə olunması onların faktiki məcburi xarakter daşıdığı barədə narahatlıqlar yaradır. Dövlət tərəfindən dərsliklər təmin olunduğu halda, əlavə vəsaitlərin zəruriliyi və tətbiq qaydası ətrafında suallar meydana çıxır. Mövcud vəziyyət məktəblərdə əlavə dərs materiallarının istifadəsinin nə dərəcədə əsaslı olduğu məsələsini yenidən gündəmə gətirir.
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, müasir təhsil mühitində ən çox müzakirə olunan mövzulardan biri olan əlavə vəsait məsələsi, əslində təhsilin həm keyfiyyət tərəfinə, həm də ailə büdcəsinə birbaşa toxunan həssas bir nöqtədir. Onun sözlərinə görə, bir pedaqoq və ictimaiyyət nümayəndəsi kimi bu məsələyə həm reallıqlar, həm də ehtiyaclar prizmasından yanaşdıqda görürük ki, əlavə vəsaitlərə ehtiyac dərsliklərin məhdudiyyətlərindən və imtahan modellərinin tələblərindən doğur: "Müasir tədris proqramları və DİM-in keçirdiyi qəbul imtahanları təkcə nəzəri bilikləri deyil, həm də bu biliklərin tətbiqini, məntiqi təhlili və sürətli işləmə bacarığını tələb edir. Bir çox dərsliklərdə mövzu geniş izah olunsa da, həmin mövzunu möhkəmləndirmək üçün test bazası və ya müxtəlif səviyyəli tapşırıqlar kifayət qədər deyil, bu da müəllimi şagirdin mövzunu mənimsədiyindən əmin olmaq üçün müxtəlif tipologiyalı suallar axtarmağa sövq edir.
Lakin bu ehtiyacın qarşısında ciddi problemlər də dayanır ki, bunların başında maddi yük və məzmun təkrarı gəlir. Hər il yenilənən və qiyməti artan vəsaitlər valideynlər üçün ağır maliyyə çətinliyi yaradır, xüsusilə bir ailədə bir neçə məktəbli olduqda bu yük dözülməz hala gəlir. Üstəlik, bəzi nəşrlərin dərslikdəki eyni məlumatları sadəcə üz qabığını dəyişərək təqdim etməsi şagird üçün yeni bir bilik deyil, sadəcə vaxt itkisi və psixoloji gərginlik deməkdir. Çanta dolusu vəsaitlə məktəbə gedən, lakin onların heç yarısını belə tam bitirə bilməyən şagirdlərdə "çatdıra bilmirik" qorxusu yaranır ki, bu da təhsilin keyfiyyətinə mənfi təsir göstərir.
Əgər müəllim peşəkardırsa və əlindəki resurslardan düzgün istifadə edirsə, əlavə vəsaitin olmaması "fəlakət" deyil, lakin bu zaman müəllimin üzərinə daha böyük yük düşür. O, hər dərs üçün fərdi tapşırıqlar hazırlamalı, onları texniki vasitələrlə çoxaltmalı və şagirdlərə fərqli sual tiplərini çatdırmalıdır. Düzgün yanaşma odur ki, müəllim hər hansı vəsaiti aldırmazdan əvvəl onun dərslikdə olmayan hansı yeni bacarığı qazandıracağını və il boyu ondan nə dərəcədə sistemli istifadə edəcəyini dəqiq müəyyənləşdirməlidir. Nəticə etibarilə, əlavə vəsait məcburi deyil, köməkçi bir vasitə olmalıdır; əsas məqsəd kitabın sayı və ya bahalığı deyil, biliyin keyfiyyəti və şagirdin o biliyi həyatda tətbiq etmə qabiliyyətidir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 810 Tarix: 25 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVolodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib
Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr
14.11.2026 219 COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını
00:39 225 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
14.11.2026 401 Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub
Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo
14.11.2026 201 Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini
10:39 0 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
14.11.2026 229 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg
00:37 264 Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq
Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd
14.11.2026 219 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"
"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə
14.11.2026 224