Zorakılığa məruz qalan qadınlara pulsuz hüquqi yardım göstərilə bilərmi? - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Zorakılığa məruz qalan qadınlara pulsuz hüquqi yardım göstərilə bilərmi? - HÜQUQŞÜNASDAN AÇIQLAMADünyanın bir çox ölkəsində məişət zorakılığına və müxtəlif formada təzyiqlərə məruz qalan, lakin hüquqi müdafiə üçün maddi imkanı olmayan qadınlara dövlət və ya ictimai təşkilatlar tərəfindən pulsuz hüquqi yardım göstərilir. Bu mexanizm qadınların hüquqlarını qorumaq, onların məhkəməyə çıxış imkanlarını artırmaq və zorakılıq hallarında cəzasızlığın qarşısını almaq baxımından mühüm vasitə hesab olunur. Hüquqşünas dəstəyi, psixoloji yardım və hüquqi maarifləndirməni birləşdirən bu model bir çox ölkələrdə effektiv nəticələr verərək zərərçəkənlərin cəmiyyətə daha təhlükəsiz şəkildə inteqrasiyasına şərait yaradıb. Azərbaycanda da məişət zorakılığı ilə bağlı hüquqi baza mövcud olsa da, praktikada bir çox qadın maddi imkanların məhdudluğu, hüquqi prosedurların mürəkkəbliyi və məlumat çatışmazlığı səbəbindən öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkir. Bu baxımdan, zorakılığa məruz qalan və sosial cəhətdən həssas vəziyyətdə olan qadınlara pulsuz hüquqi yardımın sistemli şəkildə təşkili məsələsi yenidən aktuallaşır. Bəs beynəlxalq təcrübədə uğur qazanan bu model ölkəmizdə də tətbiq oluna bilərmi və bunun üçün hansı addımlar atılmalıdır?
Zorakılığa məruz qalan qadınlara pulsuz hüquqi yardım göstərilə bilərmi? - HÜQUQŞÜNASDAN AÇIQLAMAMövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, ümumiyyətlə pulsuz xidmət olmur. Ola bilər ki, kimsə pulsuz xidmət göstərir. Məndə bəzən bəzi vətəndaşlara tam pulsuz hüquqi yardım göstərmişəm. Yəni bu o deməkdir ki, bunu edən vəkil pulsuz hüquqi yardımı öz hesabına edir. Pulsuz hüquqi yardımda vəkil birinci növbədə vaxt sərf edir. Eyni zamanda müxtəlif xərclər varki məsələn yol pulu, dövlət rusumu və s. vəkil öz cibindən ödəyir. Onun sözlərinə görə, təbiiki bu vəkilin öz istəyi ilə yəni könüllü şəkildə edilir: "Ancaq təbiiki vəkil hər dəfə pulsuz şəkildə hüquqi yardım göstərə bilməz. Onda gərək vəkil tamamilə pulsuz işləsin ki, bu mümkün deyil. Çünki hər bir insanın zəhmət haqqı verilməlidir, vəkilində öz maddi ehtiyacları və ailəsi var. Xarici ölkələrdə zoakılığa məruz qalmış qadınlara pulsuz şəkildə hüquqi yardım edən vəkillərin pulunu dövlət və ya qeyri hökümət təşkilatları ödəyir. Avropada pulsuz hüquqi yardım göstərən vəkillərin pulunu dövlət ödəyir. Amerikada isə onların pulunu QHT-lər ödəyir, yəni onları maliyyələşdirir. Azərbaycanda da bu təcrübə qismən tətbiq edilir. Yəni dövlət hesabına vəkil xidməti var.

Hər bir vətəndaş müraciət edə bilərki ona göstərilən hüquqi yardımın pulunu dövlət ödəsin. Yəni qanunda qeyd olunub ki, hansı hallarda vətəndaş mütləq pulsuz vəkil ilə təmin olunmalıdır və hansı hallarda isə məhkəmənin mülahizəsi ilə pulsuz vəkil ilə təmin olunmalıdır. Bundan başqa Ailə Qadın Uşaq Problemləri üzrə dövlət komitəsinin hesabına zorakılığa məruz qalmış qadınlar pulsuz vəkil ilə təmin oluna bilərlər. Eyni zamanda bizdə də pulsuz şəkildə hüquqi yardım göstərən hüquq müdafiəçiləri varki, onlarında pulu beynəlxalq təşkilatlar tərəfindən ödənilir. Yaxşı olardı ki, dövlət hər il zorakılığa məruz qalmış, ancaq maddi imkanları zəif olan qadınlara hüquqi yardımın göstərilməsi üçün vəsait ayırsın".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 731   Tarix: 25 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr

14.11.2026 219
.

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını

00:39 225
.

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat

14.11.2026 401
.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

14.11.2026 201
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 0
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 229
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

00:37 264
.

Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq

Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd

14.11.2026 219
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

14.11.2026 224
.