ABŞ prezidenti Donald Tramp konqresdəki çıxışı zamanl önəmli mesajlar verdi

ABŞ prezidenti Donald Tramp konqresdəki çıxışı zamanl önəmli mesajlar verdiABŞ prezidenti Donald Trump 24 fevral 2026-cı ildə Konqresdə ölkənin vəziyyəti ilə bağlı illik müraciətlə çıxış edib. Təxminən 1 saat 48 dəqiqə davam edən çıxış ABŞ tarixində ən uzun Konqres müraciətlərindən biri kimi qiymətləndirilir. Prezident çıxışını "Amerikanın qızıl dövrünün başlanğıcı" kimi təqdim edərək ölkədə iqtisadi və siyasi dönüş baş verdiyini bildirib. Çıxış zamanı Respublikaçı konqresmenlər tez-tez alqışlarla çıxışı dəstəkləsə də, Demokrat Partiyasının üzvləri bir sıra məqamlarda etiraz edib, bəziləri isə zalı tərk edib.

BiG.AZ CNN-ə istinadən xəbər verir ki, çıxışın mühüm hissəsi xarici siyasətə həsr olunub. Tramp İranı nüvə proqramını genişləndirmək cəhdində ittiham edib və ABŞ-ın İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəyini vurğulayıb. O, diplomatik həll yollarının üstün tutulduğunu desə də, lazım gələrsə sərt addımların mümkün olduğunu bildirib. Prezident həmçinin Ukrayna müharibəsinin dayandırılması istiqamətində danışıqların davam etdiyini qeyd edib və öz administrasiyasının bir sıra regional münaqişələrin həllinə töhfə verdiyini iddia edib.

Daxili siyasət mövzularında Tramp iqtisadi göstəricilərin yaxşılaşdığını, inflyasiyanın azaldığını və yeni iş yerlərinin yaradıldığını söyləyib. O, tarif siyasətini müdafiə edərək bəzi hallarda gömrük rüsumlarının gələcəkdə vergi yükünü azaltmağa kömək edə biləcəyini bildirib. Miqrasiya məsələsinə toxunan prezident ABŞ sərhədlərinin daha təhlükəsiz vəziyyətə gətirildiyini və qanunsuz miqrasiyaya qarşı sərt tədbirlərin davam etdiriləcəyini açıqlayıb.

Enerji və texnologiya sahəsində isə Tramp böyük texnologiya şirkətləri ilə elektrik xərclərinin azaldılması istiqamətində yeni təşəbbüslərdən danışıb və iri data-mərkəzlərin enerji məsrəflərinin daha böyük hissəsini özlərinin qarşılamalı olduğunu qeyd edib. O, həmçinin Konqres üzvlərinin gizli məlumatlardan istifadə edərək birjada qazanc əldə etməsinin qarşısını alan qanunun qəbul edilməsinə çağırış edib.

Çıxış zamanı simvolik hadisə də baş verib - Koreya müharibəsində iştirak etmiş 100 yaşlı veteran ABŞ-ın ən yüksək hərbi mükafatlarından biri ilə təltif olunub. Prezident bunu Amerika hərbçilərinə hörmət nümunəsi kimi təqdim edib.

Çıxışdan sonra siyasi reaksiyalar kəskin olub. Respublikaçılar prezidentin iqtisadi və təhlükəsizlik siyasətini dəstəklədiklərini bildiriblər. Demokratlar isə bir sıra bəyanatların şişirdildiyini və faktlarla tam uyğun gəlmədiyini iddia edərək çıxışı tənqid ediblər. ABŞ mediası və siyasi müşahidəçilər bu müraciətin ölkədə onsuz da mövcud olan siyasi parçalanmanı daha da gücləndirdiyini qeyd edir.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 739   Tarix: 25 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Rusiya enerji infrastrukturuna qarşı qarşılıqlı zərbələrin dayandırılması barədə razılaşmadan imtina edib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə bir qrup jurnalistlə keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndələr

14.11.2026 219
.

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - Foto

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İqlim dayanıqlılığını

00:39 225
.

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat

14.11.2026 401
.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

14.11.2026 201
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

10:39 0
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

14.11.2026 229
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

00:37 264
.

Zelenski: Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq

Ukrayna konstitusiyada neytral statusun təsbit edilməsinə razı olmayacaq, çünki belə bir status ölkəni uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə təmin etməyəcək. "Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasınd

14.11.2026 219
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

14.11.2026 224
.