Möhbalıyevin restoranının pullarını kazinoda uduzdu

Möhbalıyevin restoranının pullarını kazinoda uduzduNaxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən "Batabat" restoranının Aqil adlı icraçı direktoru sözügedən obyektin pullarını kazinoda uduzub.

BiG.AZ xəbər verir ki, bu barədə "Qaynarinfo" məlumat yayıb.

Restoran sahibinin bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilir. Aqil adlı şəxs saxlanılıb və ona Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (mənimsəmə və ya israf etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işinə Şahbuz Rayon Məhkəməsində hakim Daşqın Səfərovun sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 29 may 2025-ci ildə restoranın direktoru təyin olunub. Lakin bu rəsmi şəkildə baş verməyib. Aqilin sözlərinə görə, onu restoranın direktoru vəzifəsinə Azərbaycan Həmkarlar İttifaqları Konfederesiyasının keçmiş sədri, sabiq deputat Səttar Möhbalıyev təyin edib.

Aqil əlavə edib ki, iyul ayının 12-dək qeyri-rəsmi olaraq restoranın direktoru vəzifəsində çalışıb. Daha sonra Türkiyəyə gedib. O, restoranın pullarını "Pinco-Casino" adlı kazinoda uduzduğunu deyib.

Məhkəmənin hökmü ilə Aqil 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Qeyd edilib ki, "Batabat" restoranı "Batabat Restoranı" MMC-yə məxsusdur. Bu MMC-nin qanuni təmsilçisi Möhbalıyev Ayxan Namiq oğludur. O, Səttar Möhbalıyevin qardaşı oğludur.

Möhbalıyevin restoranının pullarını kazinoda uduzduMediada gedən məlumatlara görə, "Batabat" restoranı Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun nəzarətində olan "Nəqşicahan Holdinq"in tərkibində fəaliyyət göstərib. Vasif Talıbov tutduğu vəzifədən azad edildikdən sonra onun biznes imperiyası da çökməyə başlayıb.

Belə ki, Ali Məclisin keçmiş sədrinin nəzarətində olan biznes subyektləri, o cümlədən "Batabat" restoranı onun əlindən çıxıb. Restoran Naxçıvan Həmkarlar İttifaqları Şurasının balansına keçib. Bir müddət sonra isə Səttar Möhbalıyev obyekti özəlləşdirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 889   Tarix: 24 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Deputat 13 saat tualetdə qaldı - Qeyri-adi fövqəladə vəziyyət

Belçikada qəribə və eyni zamanda təhlükəli hadisə baş verib. Flamand Parlamentinin deputatı Frederik Erens qanunverici orqanın tualetində təxminən 13 saat bağlı qapı arxasında qalıb. xarici mediaya istinadən xəbər verir ki, 58 yaşlı deputat iş gününün sonunda evə getməzdən əvvəl tualetə daxil olub. Laki

21.09.2026 189
.

Bu ölkədə niqab qadağan edilir

İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun

21.09.2026 128
.

"Alim Qasımov Baləli ilə də duet oxusun!" - Baba Vəziroğlu

Şair, tərcüməçi Baba Vəziroğlu Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi duetə münasibət bildirib. Bu barədə "Yeni Sabah"a danışan şair duet haqqında fikirlərini bölüşərək layihəni müsbət qiymətləndirib və muğamın müasir musiqi ilə sintezinin vacibliyindən danışıb:

21.09.2026 209
.

Uşaqlarda ürək xəstəliklərinin riski 8 yaşdan üzə çıxa bilər

Ürək-damar, böyrək və metabolik xəstəliklər riskinin artdığını göstərən molekulyar əlamətlər uşaqlarda artıq 8 yaşından etibarən ortaya çıxa bilər. xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçılar 273 uşağın qanında təxminən 5 min zülalı araşdıraraq altı xarakterik zülal profilini müəyyən ediblər

21.09.2026 163
.

Bakıda maraqlı toy karvanı - Video

Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz

21.09.2026 269
.

Suriyada güclü partlayışlar olub

Suriyada, Hələb əyalətinin cənubunda, Əl-Ays yaşayış məntəqəsi ərazisində Suriya ordusuna məxsus obyektlərdən birinin ərazisində yerləşən sursat anbarında silsiləvi partlayışlar baş verib. Bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb. Obyektdə ilk güclü partlayışdan sonra yeni partlayışla

21.09.2026 118
.

"Kurtlar Vadisi"nin "Ömer Baba"sından şok etiraf: "Şaşmaz qardaşları dürüst adamlar deyil"

Türkiyə televiziya tarixinin ən məşhur seriallarından olan "Kurtlar Vadisi"ndə "Ömer Baba" obrazını canlandıran aktyor Emin Olcay illər sonra çəkiliş meydançasında baş verənlərlə bağlı diqqətçəkən iddialar səsləndirib. yerli mediaya istinadla xəbər verir ki, Emin Olcay müsahibəsind

21.09.2026 245
.

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək

Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd

21.09.2026 197
.

Mərkəzi Nəbatat Bağında konsert təşkil edilib

Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata

21.09.2026 212
.