İran məsələsi ABŞ-İsrail danışıqlarının mərkəzində
"İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a səfər edib. Baş nazirin ofisi səfər ərəfəsində açıqlamışdı ki, danışıqlarda İranın ballistik raket arsenalının məhdudlaşdırılması və Tehranın Yaxın Şərqdəki müttəfiq qüvvələrinə dəstəyinin dayandırılması əsas mövzular olacaq".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, Netanyahu səfərdən əvvəl Omanda İranla danışıqlara dair mövqeyini də açıqlamışdı. O, İranın nüvə proqramının tam ləğvini, zənginləşdirmənin sıfıra endirilməsini, mövcud zənginləşdirilmiş materialların ölkədən çıxarılmasını və sərt beynəlxalq nəzarət mexanizminin tətbiqini tələb etmişdi. Həmçinin, İranın ballistik raketlərinin 300 km mənzillə məhdudlaşdırılmasını və regional proksi qruplara dəstəyin dayandırılmasını istəyirdi. Bu baxımdan, Netanyahunun Vaşinqtona konkret və sərt tələblərlə getdiyi əvvəlcədən məlum idi:
"ABŞ Prezidenti Donald Trampla təxminən üç saat davam edən görüşdə bütün bu məsələlərin müzakirə olunduğu istisna edilmir. Lakin Ağ Evin açıqlamasına əsasən, nüvə sazişi ilə bağlı yekun razılıq əldə edilməyib. Bu isə görüşün daha çox dialoq və istiqamət müəyyənləşdirmə mərhələsi olduğunu göstərir.
Tramp görüşdən sonra "Truth Social" platformasında yazıb ki, Vaşinqton nüvə sazişinin mümkünlüyünü qiymətləndirmək üçün Tehranla danışıqları davam etdirmək niyyətindədir və görüş zamanı bu istiqamətdə konkret razılaşma əldə olunmayıb.
Müşahidələr göstərir ki, görüş bir tərəfdən İsrailin təhlükəsizlik narahatlıqlarının ABŞ administrasiyasına birbaşa və açıq şəkildə çatdırılması baxımından uğurlu sayıla bilər. Netanyahu İranın raket proqramı və regional təsir dairəsi ilə bağlı məsələləri ön plana çıxararaq Vaşinqtonu İsrailin təhlükəsizlik perspektivinə daha sıx bağlamağa çalışıb.
Digər tərəfdən, Trampın açıqlamaları ABŞ-ın diplomatik manevr imkanlarını qoruduğunu və Tehranla danışıqlar xəttini açıq saxladığını göstərir. Bu isə Təl-Əvivin sərt mövqeyi ilə Vaşinqtonun daha praqmatik yanaşmasının paralel şəkildə mövcud olduğunu nümayiş etdirir.
Nəticə etibarilə, yekun razılaşmanın olmaması İranla nüvə danışıqlarının davam etdiyini və ABŞ-ın mövqeyini tam şəkildə İsrailin tələb etdiyi səviyyəyə uyğunlaşdırmadığını göstərir. Görüş daha çox regiona ünvanlanmış siyasi mesaj və strateji koordinasiya mərhələsi kimi qiymətləndirilə bilər.
Qısaca desək, Tramp-Netanyahu görüşü konkret nəticədən çox, qarşılıqlı mövqelərin dəqiqləşdirilməsi və gələcək addımlar üçün çərçivənin müəyyənləşdirilməsi xarakteri daşıyır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 660 Tarix: 13 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
13:12 70 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 138 Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb
Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi
11:15 125 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg
00:37 297 17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza
Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb
14.11.2026 279 Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər
Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d
11:00 139 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat
14.11.2026 429 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 305 Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor
00:42 266