Netanyahunun Vaşinqton Səfəri: Gündəliyin Əsas Mövzuları Nələrdir? - POLİTOLOQDAN AÇIQLAMA

Netanyahunun Vaşinqton Səfəri: Gündəliyin Əsas Mövzuları Nələrdir? - POLİTOLOQDAN AÇIQLAMAİsrailin Baş naziri Benjamin Netanyahu-nun ABŞ-a səfəri beynəlxalq siyasətdə diqqət mərkəzinə çevrilib. Rəsmi Vaşinqtonla keçiriləcək görüşlərin gündəliyində təhlükəsizlik məsələləri, Qəzza zolağında davam edən proseslər, İranla bağlı artan gərginlik və regionda qüvvələr balansı əsas yer tutur. Bu səfər həm də Təl-Əvivlə Vaşinqton arasında strateji tərəfdaşlığın gələcək istiqamətləri baxımından mühüm əhəmiyyət daşıyır. Səfər daxili siyasi kontekstdə də xüsusi önəm kəsb edir - İsraildə hökumətə yönələn tənqidlər fonunda Vaşinqtonla yüksək səviyyəli təmaslar rəsmi Təl-Əviv üçün mühüm mesaj xarakteri daşıyır. Görüşlərin nəticələri Yaxın Şərqdə növbəti mərhələnin konturlarını müəyyənləşdirə bilər.
Netanyahunun Vaşinqton Səfəri: Gündəliyin Əsas Mövzuları Nələrdir? - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, İsrail baş nazirinin ABŞ-a səfəri elə məhz Amerika İran gərginliyi fonunda ola biləcək hadisələrlə bağlı mövqe müzakirələrinin aparılması və nüvə danışıqları ilə bağlı, daha doğrusu hər iki dövlətlə bağlı qırmızı sərhədlər və ən əsas şərtlər ilə bağlı idi. Onun sözlərinə görə İsrailin bu istiqamətdə şərtləri və maksimalist tələbləri hər kəsə məlumdur ki, İran nüvə proqramına sahib ola bilməz: "Bu məsələdə ABŞ ilə İsrail ortaq mövqeydən çıxış edirlər. Düşünürəm ki, İranında nüvə proqramı ilə bağlı maksimalist tələblər irəli sürməsi və uranın zənginləşdirilməsindən heç bir halda imtina etməyəcəyini bəyan etməsi onu deməyə əsas verir ki, yaxın perspektivdə danışıqlar masası arxasında ortaq razılığa gəlmək kifayət qədər çətin görünür. Amma hərbi qarşıdurma ehtimalıda o qədər asan deyil. Çünki İran Orta Şərqin digər dövlətləri, yada ABŞ-ın hərbi əməliyyatlar apardığı digər dövlətlər, Əfqanıstan, İraq ilə müqayisə oluna biləcək bir dövlət deyil. İranla ola biləcək hərbi qarşıdurmanın maştabını nəzarət altında saxlamaq kifayət qədər çətin ola bilər.

Ona görə masa arxasında problemin həll olunması və nüvə razılaşmasının əldə olunması Amerika, İsrail və İran üçündə ən əsas arzu olunan istiqamətlərdən biridir. Burda əsas məsələ onunla bağlıdır ki, hansı tərəf hansı mərhələdə güzəştə getməyə hazır olacaq. Düşünürəm ki, İranında ABŞ-ında müəyyən maksimalist tələblərdə güzəştə getməsi, ortaq razılığa gəlib çıxmağa müəyyən mənada icazə verə bilər. Ən azından 2015-ci il çərçivə sənədi formatında həm uranının zənginləşdirilməsi ilə bağlı İranın öhdəliklər götürməsi, həmdə İrana münasibətdə müəyyən sanksiyaların yumşaldılması müəyyən razılaşmaların əldə olunmasına gətirib çıxarda bilər. Mart ayına qədər bunun mümkün olması, təbiiki hadisələrin inkişafı buna hansı istqiamətdə icazə verəcək, bu haqda fikir irəli sürmək o qədər asan deyil.

Düşünürəm ki, ən azından razılıq əldə olunması bütün tərəflər üçün arzu olunan istiqamətdir. Düşünürəm ki, İran tərəfinin irəli sürdüyü yanaşmalar və 2015-ci il çərçivə sənədi formatında ancaq nüvə danışıqlarının davam etdirilməsi idi. Amma İsrailin tələbləri sırasında biz proksi qüvvələrə dəstəyin dayandırılması, eyni zamanda ballistik raketlərin əldə olunmaması ilə bağlı müəyyən öhdəliyin götürülməsi və tamamilə bu istiqamətdə addımlardan imtina olunmasının əsas istiqamət olaraq müəyyənləşdiyini görürük. İran bunu daxili işlərə müdaxilə, suverenliyə təhdid kimi qəbul edir. Həttda Pezeşkianın bu yaxınlarda verdiyi bir bəyanat var idi ki, biz nüvə silahlarının yayılmasının qarşısının alınması ilə bağlı olan müqavilədən irəli gələn hüquqlarımızdan istifadə edirik. Yəni hər hansısa bir formada başqa dövlətləri təhdid altına almırıq. Amma İsrailində təhlükəsizliklə bağlı olan yanaşmalarında ifadə olunduğu kimi regionda hər hansısa bir dövlətin nüvə proqramına sahib olması birbaşa olaraq İsrailin milli təhlükəsizliyi üçün təhdid olaraq qəbul edilir. Bu prizmadan çıxış edərək ABŞ-ı daha çox təşviq etməyə çalışır ki, sürətli şəkildə hərbi qarşıdurma mərhələsinə gəlinsin, yadaki hərbi təzyiq mexanizmlərindən, yəni sərt güc amilindən İrana qarşı istifadə olunsun.

Düşünürəm ki, Amerikada, eyni zamanda Ağ Evdə İsrail dəstəkli qüvvələrində bununla mövqeyi kifayət qədər fərqlidir. Çünki biz Ağ Evdə İrana qarşı fikir ayrılıqlarının olduğunuda müşahidə edə bilirik. Həm sərt güc amilindən istifadə olunması, həmdə danışıqların davam etdirilməsini müdafiə edən iki fərqli fraksiya var. İran-ABŞ qarşıdurmasında İsrailin təzyiqi və ya təşviqi, eyni zamanda İsrail lobbisinin müəyyən qədər təsir mexanizmləri ilə ABŞ-ın sürətli şəkildə hərbi müdaxilə qərarına sövq etməyə çalışan tərəflərin olduğu istisna edilmir. Amma düşünmürəm ki, Amerika bu qədər tələsik hər hansısa addım atsın və kifayət qədər profmatik və strateji qərarlar verməyə çalışır İrana münasibətdə. İranın həm cəmiyyətinin quruluşu, həm idarəçiliyi və yerləşdiyi coğrafi mövqe, İranla bağlı hədəflər və maraqlar onu deməyə əsas verir ki, İranla hərbi qarşıdurma qərarının verilməsi Amerika üçün heçdə asan deyil".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 763   Tarix: 13 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 138
.

Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb

Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi

11:15 125
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

00:37 297
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb

14.11.2026 279
.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı

Bakıda tələbə qız qəfil vəfat edib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib. Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb. Məlumat

14.11.2026 429
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 305
.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

00:42 266
.